|
MÜQƏDDİMƏ
Həmd yalnız Allaha məxsusdur. Ona həmd edirik, Ondan kömək, bağışlanma və bizi doğru yola yönəltməyini diləyirik. Nəfslərimizin şərindən və əməllərimizin pisliklərindən Allaha pənah aparırıq. Allahın doğru yola yönəltdiyi insanı heç kim yolundan azdıra bilməz, Allahın haqq yoldan azdırdığı insanı isə heç kəs doğru yola yönəldə bilməz. Şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. O, təkdir, heç bir şəriki yoxdur. Və şəhadət verirəm ki, Məhəmməd Onun qulu və elçisidir.
«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün!» (Ali İmran, 102).
«Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir!» (ən-Nisa,1)
«Ey iman gətirənlər! Allahdan qorxun və düz söz söyləyin! Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və rəsuluna itaət etsə, böyük bir səadətə nail olar» (əl-Əhzab, 70-71).
Həqiqətən iman zəifliyinin təzahürü müsəlmanlar arasında genişdir və intişar tapmışdır. İnsanların bir çoxu qəlblərinin sərtliyindən şikayətlənir və deyir: «Qəlbimdə sərtlik hiss edirəm, ibadətlərimdən heç bir həzz ala bilmirəm, imanımın zəiflədiyini hiss edirəm, Quran oxumaqdan təsirlənmirəm, asanlıqla günaha batıram». Belə insanlarda açıq-saçıq xəstəlik nişanələri var. Bu xəstəlik bütün bəlaların əsası, bütün nöqsanları və fəlakətlərin səbəbidir.
Qəlb mövzusu həssas və mühüm bir mövzudur. Qəlb sürətlə dəyişdiyi və çevrildiyi üçün bu cür adlanır. Rəsulullah (s) buyurur: «Həqiqətən, qəlb dəyişkən olduğuna görə belə adlanır. Qəlb ağacın budağından sallanan bir yarpaq kimidir, külək onu o tərəf bu tərəfə çevirir». (Əhməd, 4/408; «Səhih əl-Cami», 2365) .
Başqa bir rəvayətdə deyilir: «Qəlb çöldə torpaq üzərinə düşən lələk kimidir, külək onu o tərəf bu tərəfə çevirər» (İbn Əbi Asim, «Kitəb əs-Sünnə», ¹ 227; «Zilal əl-cənnə fi təxricu əs-sünnə», 1/102. Sənədi səhihdir) .
Qəlb rəsulullahın (s) vəsf etdiyi kimi sürətlə çevriləndir: «Adəm övladının qəlbi fikirlərlə coşub-daşdığı vaxt daha da dəyişkən olar» . (İbn Əbi Asim, «Kitəb əs-Sünnə», ¹ 226; «Zilal əl-cənnə fi təxricu əs-sünnə» 1/102. Sənədi səhihdir).
Başqa bir rəvayətdə isə deyilir: «Qəlbdə həddən artıq çevriliş onun coşub-daşdığı vaxt olur» . (Əhməd, 6/4; «Səhih əl-Cami», ¹ 5147).
Allah sübhanəhu və təala qəlbləri dəyişdirən və yönləndirəndir. Necə ki, Abdullah bin Amr Amr bin As rəsulullahdan belə eşitdiyini rəvayət edir. O, (s) buyurur: «Həqiqətən, Adəm övladının hamısının qəlbi tək bir qəlb kimi ər-Rəhmanın barmaqlarının ikisinin arasındadır. Onu necə istəyər, elə də çevirər» . Sonra Rəsulullah (s) dedi: «Allahım, sən qəlbləri dəyişirənsən! Bizim qəlblərimizi sənə itaət etməyə yönəlt!». (Müslim, ¹ 2654) .
Belə ki, «həqiqətən, Allah insanla onun qəlbi arasına girər» və «Yalnız Allahın hüzuruna sağlam qəlblə gələnlərdən başqa» heç kəs Qiyamət günü nicat tapmaz. . Vay o kəslərin halına ki, «qəlbləri Allahı zikr etməməkdən paslanıb» . «ƏrRəhmandan onu görmədikləri halda qorxanlar və təvazökar qəlblə gələnlər üçün» Cənnət müjdəsi var. Mömin olan kəs qəlbini dərindən hiss etməli, dərmanın sirrini və xəstəliyin səbəbini bilməlidir. Və nələrinsə qəlbinə hakim kəsilib onu məhv etməsindən əvvəl əlac tapmalıdır. Bu böyük və təhlükəli məsələdir. Allah bizi sərt, qıfıllanmış, xəstə, kobud, tərs və möhürlənmiş qəlbli olmaqdan çəkindirmişdir.
Aşağıda iman zəifliyi xəstəliyinin görünən tərəfləri, səbəbləri və əlacı ilə tanış olmağa cəhd edəcəyik. Allahdan bu əməlin mənim və bütün müsəlman qardaşlarım üçün faydalı olmasını diləyirəm. Allah bu işin həyata keçməsində iştirak edənlərə ən layiqli mükafatı versin. Diləyimiz odur ki, qəlblərimizi yumşaltsın və doğru yola yönlətsin! O, ən gözəl, ən gözəl vəkildir. O, bizə kifayət edər.
İman zəifliyinin təzahürləri
|
|