TÖVHİD ƏHLİ OLAN BİR KİMSƏNİN TƏKFİR ƏSLA CAİZ DEYİLDİR


       Tövhid əhli olan bir müsəlmanı onun bir əməlinə görə təkfir etmək əsla caiz deyildir. Lakin namazı tərk edən Allahın şəriətini inkar etdiyi üçün və ya namaz qılmağa dəvət olunduğu halda qılmamaqda israr edərək öldürülürsə bu hal müstəsnadır.
       Bu münasibətlə Hafiz İbn Həcər – rahmətullahi aleyhi – «Fəthul Bəri» 12/300 əsərində İmam Qazalidən nəql etdiyi sözləri zikr etmək istəyirəm. İbn Həcər belə demişdir: «İmkan olduqca namazı tərk edəni təkfir etməkdən çəkinməliyik. Tövhidi iqrar edən muvahhid müsəlmanın qanını axıtmağa mübah saymaq xətadır. Bir kafiri həyatda (sağ) buraxmaqdakı xəta bir müsəlmanın qanını tökməkdəki xətadan daha yüngüldür.
       Vəziyyət belə olduğu halda bəzi kimsələr bu hədislə tanış olduqda, namazı tərk edən bir müsəlmanın kafirlərlə bərabər Cəhənnəmdə əbədi qalmayacağına dəlalət etdiyi halda insanları şübhəyə salmaları və atəşdən çıxardılanların cünləsində onun zikri keçmədiyini söyləmələri mənə çatmışdır. Bu əcaib bir təkəbbürlükdür. Belə bir mövqe mənə məzhəbi nəyin bahasına olursa-olsun saxlamaq məqsədilə səhih nasların dələlət etdiyi şeyləri rədd edən bəzi təqlidçi təəssübkeş əhlini xatırladır. Şübhəsiz ki, bu hədis atəşdən ilk çıxanların üzlərinə atəş belə dəyməyən namazı qılanlardan olması, atəşdən ikinci və daha sonra çıxanların içərisində isə namaz qılmayanların belə olduğu açıq-aşkar və çox aydındır.
       Buna baxmayaraq zikr olunan dəlillər bəzi təqlidin xəstə etdiyi muqallidlərə fayda verməzsə bizə düşən: «Sələmun aleykum! Bizim cahillərlə işimiz yoxdur…» (əl-Qəsəs 55) deməkdir.
       NƏTİCƏ
       XÜLASƏ: Əbu Səid el-Xudri – radıyallahu anhu – nun rəvayət etdiyi bu «şəfaət hədisi» bir çox dəlaləti və mənaları etibarı ilə əzəmətli bir hədisdir. Zikr edildiyi kimi o, mənalardan biri də: «Fəriyyətinə imanla bərabər namazı tərk edən kimsənin İslam millətindən çıxmayacağına. Kafir və müşriklərlə bərabər atəşdə əbədi qalmayacağına qəti bir dəlildir. Buna görə də zikr edilən hədisi və – eyni mənalı digər hədisləri – özündə birləşdirən bu risaləni oxuyan hər kəsdən fərziyyətinə iman etdikləri halda namazı tərk edən müsəlmanı, Allahın tövhid (bir edən müchidləri təkfir etməkdən çəkinmələrini səmimiyyətlə rica (xahiş) edirəm. Çünki bir müsəlmanı təkfir etmək – zikr edildiyi – kimi təhlükəli bir şeydir. Bu qardaşlarımıza namazın İslamdakı yerini və əzəmətini ayə ilə, səhih hədislə, sələfin yolu ilə ən gözəl üslubdan istifadə edərək nəsihət etməkdir.
       Hökm təəssüf ki, alimlərin əlindən çıxdı. Buna görə də küfrü vacib edən hökmü yerinə yetirə bilmirlər. Müsəlmanların yaşadıqları bütün ölkələr bir tərəfə, öz ölkələrində belə namazı tərk edənlərə, hətta namazı tərk edən bir nəfərə belə ölüm cəzasını tətbiq edə bilmirlər. Çünki tövbəyə dəvətindən sonra namazı tərk edəni öldürmək açıq-aydın bir hikmətə görədir. Bunun səbəbi namazın fərziyyətinə iman edərsə tövbə edər. Ölümü namaz qılmaqdan üstün tutub öldürülərsə bu əməl namazı təmbəllikdən tərk etmək olmadığına, əksinə namazı tərk etmək səbəbi inkara görə olduğuna dəlalət etməkdədir.
       İbn Teymiyyə – rahmətullahi aleyhi – nin sözlərində də zikr olunduğu kimi bu halda bir kimsə kafirdir. Belə bir vəziyyətdə namazı qılmaqdan imtina etmək onu İslam ümmətindən çıxmasına dəlildir. Təəssüf ki, bu gün bunun anlaşılmasına imkan yoxdur. O, halda alimlər fərziyyətinə imanla bərabər namazı tərk edənin təkfir edilməməsi ilə bağlı bütün imamların üzərində ittifaq etdikləri görüşləri ilə kifayətlənməlidirlər. Buna əsasən səhih sünnətdən qəti dəlil təqdim etdik. Bundan sonra heç kimsə üzürlü ola bilməz. «Onun əmrinə qarşı çıxanları başlarına gələcək bir bəladan, yaxud da düçar olacaqları bir əzabdan qorxsunlar» (ən-Nur 63). Sonda diqqətinizi iki məsələyə yönəltmək istəyirəm.
       BİRİNCİSİ: Bu risalənin 28-ci səhifəsində İbn Qudamə – rahmətullahi aleyhi – dən bir neçə kəlimə nəql edildi. İbn Qudamə – rahmətullahi aleyhi – bu səhih hədislə təmbəllik səbəbi ilə namazı tərk edənin təkfir edilməyəcəyi haqqında olan doğru görüşünə dəlil gətirməyi (namazı) fovt (ötürənlərin,keçirənlərin) cümləsindəndir. Lakin qəribə burasıdır ki, o bir hədis zikr etməkdədir ki, əgər bu hədis səhih olsaydı ixtilafı kökündən kəsən dəlillərdən olardı. Çünki zikr olunan hədisdə: «Ənsarlardan birinin mövlası öldü. O, kimsə bəzən namaz qılır, bəzən də onu tərk edirdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onun yuyulmasını, cənazə namazının qılnmasını və dəfn edilməsini əmr etdi». İbn Qudamə hər nə qədər hədis haqqında bir şey deməsə də: Hallalın rəvayətində hədisin sənədini zikr edərək çox gözəl bir şey etmişdir. Çünki mənə hədisi araşdırma imkanı və ona zəif hökmünü verməyimi təmin etmişdir. Bu hədis zəif olduğu üçün: «Silsilətul Hədisi Daifə» 6036-da onu izah etmişəm.
       İKİNCİSİ: Bu kitabın yazılışından bir neçə gün sonra bəzi qardaşlarım: «Fəthun Minəl Gağaffar bi İsbatı Ənnə Tarikəs Salətu Leysə Minəl Kuffar» ismi ilə bir kitab göstərdilər. Müəllifin adı Ata b. Abdullatif Əhməddir. Kitabı gördükdə çox sevindim. Onun bəzi fəsillərini nəzərdən keçirdib oxuyunca sevincim daha da artdı. Müəllifin müxtəlif dəlilləri izah etməyə çalışdığını görüncə onun bu üslubunun elmi olduğunu mənə göstərdi. Müəllif hədisləri təxric edərək onların gəldiyi yolları və şahidlərini araşdırması, səhih və zəifi bir-birindən ayırd etməsi mənim üçün kitabın ən önəmli tərəfidir. Çünki bu yolla zəifliyinə görə tərk olunmalı hədisləri tərk etmək, səhih olanları etimad, onlarla dəlil gətirmək və ya onlara cavab vermək asantlaşır.
       Müəllif qardaşın – Allah ondan razı olsun – kitabında göstərdiyi gözəl yol budur. Bəzi müəlliflər bu üsluba müxalif olaraq özlərinin doğru olduqlarını təsdiq edən hər şeyi toplayırlar. Onların sadəcə səhihini seçmirlər. Qadının üzü məsələ-sində mənə rəddiyə (cavab) yazan Misir və Səudiyyəli kimsələr belə etmişlər. Lakin Ata b. Abdullatif qardaş təkfir edənlərə rəddiyə yazarkən elmi bir yol seçmişdir. Onların dəlillərini araşdırmış, onların lehinə və əleyhinə olan hökm-ləri zikr etmişdir. Sonra bunlara müxalif olan dəlillərin arasını sağlam və qüvvət-li bir üslubla cəm etmişdir. Bununla bərabər bəzən hədisləri səhihliyə uyğun hədislər etibarı ilə səhihləyərkən və onlarla namazı tərk edənin küfrə girəcəyinə dəlalət edən hədislərin arasını cəm edərkən ehtiyatlı davranmaqdan qurtulmamışlar. Məs: Namaz haqqında Əbu Dərda – radıyallahu anhu – nun rəvayət etdiyi: «Kim namazı tərk edərsə İslam ümmətindən çıxar…» mənasına gələn hədisdə belə etmişdir. Bu hədisin əleyhinə danışdıqdan və sənədinin zəif olduğunu bəyan etdikdən sonra, şahidlərlə onu gücləndirməyə çalışmışdır.
       Bu şahid əslində qüsurlu şahiddir və zəif hədisi gücləndirməyə gücü çatmaz. Müəllifin bundan başqa da bir neçə zəif cəhətləri (xətaları) və təvili (yozmaları) vardır. «Zəif Hədislər Silsiləsi» 6037- nömrədə zikr etdiyim hədisdə də buna bənzər bir şey etmişdir. Lakin haqq olan odur ki, müəllifin kitabı özünə görə çox faydalı bir kitabdır. Müəllif həmən kitabda heç kəsin nə lehinə nə də əleyhinə təəssübkeşlik etmədən məsələ ilə bağlı müsbət və ya mənfi, qəbul və ya rəddi ifadə edən hər şeyi toplamışdır. Kitabın ən gözəl qismi ikinci babın birinci qismidir. Müəllif o, qismdə: «Namazı tərk edən kimsənin İslam millətindən çıxmayacağına hüccət olan xüsusi dəlillərdir» deyir və sonra orada on iki dənə dəlil zikr edir.
       Bu başlığı kitabın müqəddiməsində oxuduqda, bu hədislərdən birinin bu kitabın əsasını təşkil edən şəfaət hədisinin olduğunu zənn etdim. Çünki bu hədis zikr edildiyi kimi hər insaf sahibinin yanında mübahisəyə son qoyan bir dəlildir. Lakin mütəaxxirin (son dövr alimləri) və mütəqəddim (köhnə dövr alimləri) alimlərinin bir çoxunun (bu hədis) nəzərdən qaçırdıqları kimi, müəllif də nəzərdən qaçırmışdır. Lakin müəllifin dəlillərindən birinin əhəmiyyətli və təkfir edənlərin ondan qafil olduqlarına görə (bu hədisi) bəyan edib diqqətinizi ona cəlb etmək istəyirəm. O, dəlil də Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bu mübarək hədisidir: «Yolun işarə lövhələri olduğu kimi İslamin da işarə və əlamətləri vardır. Allaha iman edib, ona heç bir şeyi şərik qoşmamaq, namaz qılmaq, zəkat vermək, Ramazan ayında oruc tutmaq, Beytullahi (imkan olduqda) həcc etmək, əmr bil mərufvi (xeyirli işləri əmr etmək), nəhyi ənil munkəri (qadağan olunmuş şeylərdən çəkindirməyi) əmr etmək, ailənin yanına girdikdə onlara salam vermək, bir topluluğa yetişdikdə onlara salam vermək o, əlamətlərdəndir. Onlardan bir şeyi tərk edən kimsə, İslamdan bir qismi tərk etmiş olar. Onların hamısını tərk edən kimsə isə arxasını İslama döndərmiş (İslamdan üz döndərmiş) olar». Əl-Albani «Səhih Sisilələr» 333, Həkim 1/21, Əbu Nuaym «əl-Hiylə» 5/217-218.
       Müəllif bu hədisin təxricini vermiş və onun gəlmə yollarını yaxşıca araşdımışdır. Onlardan bəzisinin sənədinin səhih olduğunu açıqlamış, sonra hədisi namazı tərk edənin İslam millətindən çıxmayacağına açıq-aydın dəlalətini zikr etmişdir. Hədisi: «Səhih Hədislər Silsiləsi» 333-də otuz il bundan əvvəl təxricini etmişdim. Mütəaxxirin mütəqəddimdən istifadə etdiyi kimi, o da mənim təxricimdən istifadə etmiş, lakin ondan istifadə etdiyini bildirən kiçik bir işarə də belə göstərməmişdir. Belə etmiş olsaydı daha gözəl olardı və öz dəyərini bir daha artırmış olardı. Çünki müəllif bəzi hədislərin tənqidində xüsusi ilə mənim tənqidimdən istifadə etmişdir. Bununla bərabər onun bu haqda bir şey deməməsi mənə əsla zərər verməz. Əksinə məni maraqlandıran onun düşdüyü vəziyyəti və xətasıdır. Lakin indi bu məsələnin müfəssəl şəkildə izahına imkan yoxdur.
       Nəticə olaraq mövzu ilə bağlı şübhəli olan kimsə zikr olunan kitaba müraciət edə bilər. Haqqa yönəldən yalnız Allahdır.

Başlıqlar

  • Redaktordan
  • Tərcüməçinin müqəddiməsi
  • Müqəddimə
  • Namazı tərk edən haqqında alimlərin ixtilafı
  • Təklif məsələsinin təhlükəsi;
  • Alimlərin Görüşlərindən Istifadə Edilən Faydalar
  • Əhli Sünnətin Əl-Vad Və Əl-Vaid Qaydasi
  • Müəllifin Müqəddiməsi;
  • Kitabin Əsasini Təşkil Edən Hədisin Mətni
  • Hədisin Təxrici
  • Hədisin Fiqhi Izahi
  • Məsələnin Araşdirilmasi Və Incələnməsi
  • Küfrün Əməli Və Etiqadi Olaraq Iki Qismə Ayrilmasi
  • Məsələ Ilə Bağli Ibn Teymiyyə – Rahmətullahi Aleyhi – Nin Görüşləri
  • Imam Əhməd – Rahmətullahi Aleyhi – Nin Məsələ Ilə Bağli Mövqeyi
  • Hənbəli Alimlərinin Məsələyə Baxişlari
  • Təəssübkeş Cahillərə Xəbərdarliq Və Hüzeyfə Hədisinin Səhihliyi
  • Müsəlmani Təkfir Etməyə Mane Olan Hallar
  • Iki Ay Namazi Tərk Edən Haqqinda Imam Əhməd – Rahmətullahi Aleyhi – nin Görüşü
  • Imam Əhməd Namazi Tərk Edəni Mütləq Olaraq Təkfir Etməmişdir
  • Imam Şafii Və Imam Əhməd Mübahisəsi
  • Tövhid Əhli Olan Bir Kimsəni Təkfir Əsla Caiz Deyildir
  • Copyright@www.SelefEqidesi.com, 2006