TƏRCÜMƏÇİNİN MÜQƏDDİMƏSİ


       «Onlardan sonra gələnlər belə deyirlər: «Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə, həsədə yer vermə. Ey Rəbbimiz! Sən həqiqətən, şəfqətli və mərhəmətlisən!» (əl-Həşr 10). «… Ey Rəbbimiz! Unutduqda və ya yanıldıqda bizi cəzalandırma!… Bizi əhv edib bağışla, bizə rəhm et!» (əl-Bəqərə 286). «… Ey Rəbbimiz! Bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi Cəhənnəm əzabından qoru!» (əl-Bəqərə 201).
       Həcmi kiçik, lakin dəyəri böyük olan bu kitabı tərcümə etməyimin məqsədini aşağıdakı kəlmələrlə izah etmək istəyirəm.
       BİRİNCİSİ: Sələf və Xələf alimləri namazın vacibliyinə iman etdiyi halda, tənbəllik səbəbi ilə namazı tərk edən kimsənin küfrü, bu küfrün sahibini İslam millətindən çıxardıb çıxarmadığı və ona veriləcək cəza haqqında xilaf etmişlər. İxtilaf edən tərəflərdən bu mövzuda kitab yazan bəziləri, görüşünə uyğun gələn tərəfin dəlillərini üstün tutub, onları təfsir və şərh edərək məsələni hər tərəfli izah edərkən qarşı tərəfin dəlillərini ya görməməzlikdən imtina etmiş ya da onları dəlil olmaqdan çıxartmaq üçün mümkün olan hər şeyi etmişdir.
       Namazın tərk edilməsinə aid kitab yazanlardan biri də Şeyx-əl-Albanı- rahmətullahi aleyhi – dir. Bu məsələdə əl-Albani – rahmətullahi aleyhi – tərəflərin dəlillərini cəm etməsi, onlardan birini qəbul edib, digərini rədd etmək əvəzinə onların səhih olan dəlillərinin hamısı ilə əməl etmək yolunu üstün tutulması bizi bu kitabı tərcümə etməyə yönəldən səbəblərdən biri olmuşdur. Çünki Əhli Sünnə vəl Cəmaatın üsullarından biri də imkan olduğu halda dəlillərin arasını cəm etmək üsuludur. Digər tərəfdən kitab bu mövzuda mənim düşüncələrimə əhatəli olaraq aydınlıq gətirməkdədir. Lakin mənim burada zikr etmək (demək –(k.h) istədiyim bir neçə kəlmə vardır.
       Tərk etməklə sahibini – İslam millətindən çıxaran – təkfirə səbəb olan namaz qılmamaq ilə, sahibini Allahın istəyinə (diləməsinə) tərk edən namaz qılmamağı bir-birindən ayırd etmək lazımdır.
       Namazı tərk etmək mütləq bir ifadədir. Bu ifadədən namazın bir vaxtını tərk etmək və ya bəzən qılıb, bəzən də qılmamaq başa düşüldüyü kimi, heç namaz qılmamaq və ya təmamən tərk edib onda israr etmək də başa düşülür. Həyatı boyu heç vaxt namaz qılmayan və bu hal üzərində ölən və ya namaz, oruc və başqa ibadətlər haqqında söhbət olunduqda bunu ikrah hissi ilə qarşılayan və hər tərəfdən köksünü küfrə açdığı bəlli olan və ya öldürülməyi namaz qılmaqdan üstün tutacaq qədər namaza kin bəsləyən kimsələrə aid edilən nasları (Quran və Sünnə – (k.h), namazın dindəki həqiqi yerini bilməyən, nəfsinə və cəmiyyətin ənənəvi din anlayışına məruz qalmış cahil bir xalqa uyğunlaşdırmaq səhv fikirdir. Çünki belələrinə dindən, imandan, namazdan və s. ibadətlərdən söhbət etdikdə qəlbləri yumşalar, hətta gözləri yaşla dolar və ağlayarlar. Sonra dərhal namaza başlayarlar. Cümə namazlarını qaçırmadıqları kimə Ramazan ayında da məsciddən çıxmazlar. Bunlarla, həyatında Rəhmana bir dəfə də belə olsun səcdə etməyən, üzündə küfrün izlərini daşıyan zalımlarla bir tutmaq heç də doğru deyildir. Bu eyni zamanda təkfir edən naslarla, Allahın istəyinə buraxan nasları mümkün qədər cəm etməməkdir. Necə olursa olsun Quran və Sünnətdə gələn təkfir nasları birinci qrup namazı tərk edənlərə, Allahın istəyinə buraxan nasları isə ikinci qrup namazı tərk edənlərə aid etmək məcburiyyətindəyik.
       Buna aid iki misal gətirərək izah etməyə çalışacağam. Quranda varid olan: «Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Biz onları (Cəhənnəmdəki) Ğəyy dərəsinə atacağıq» (Məryəm 59). «Sizi Cəhənnəmə salan nədir?» Onlar deyəcəklər: «Biz namaz qılanlardan deyildik, yoxsula da yedirtmədik, batilə dalanlarla birlikdə biz də dalardıq, haqq-hesab gününü yalan saydıq» (əl-Muddəssir 42-46). Bu kimi ayələrlə Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən rəvayət edilən: «Şübhəsiz ki, namazı tərk etmək kişi ilə küfr arasındadır» və «Bizimlə onlar arasındakı əhd namazdır. Kim bu namazı tərk edərsə küfrə girər» kimi hədisləri birinci qrup namazı tərk edən kimsələrə aid edib.
       «Həqiqətən Allah (heç kəsə) zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə, onu (savabını) ikiqat artırar və ya öz tərəfindən də (bu əməlin sahibinə) böyük mükafat verər» (ən-Nisa 40). (Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de ki: «Ey mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən O bağışlayan və rəhm edəndir» (əz-Zumər 53). «Allah ona şərik qoşmağı bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar» (ən-Nisa 116) və buna bənzər ayələrlə Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən ravəyət edilən: «Allah –subhanəhu və təalə – qulların beş vaxt namaz fərz qılmışdır. Kim bu namazları səhlənkarlıq etmədən və qəsdən heç bir vaxtı tərk etmədən haqqı ilə yerinə yetirərsə, Allah onu Cənnətinə daxil edəcəyinə dair söz vermişdir. Kim də bu beş vaxt namazı qılmazsa Allahın ona heç bir sözü yoxdur. İstərsə onu cənnətə daxil edər, istərsə də əzab verər (təhqiqi irəlidə gələcək)» və «Qiyamət günü qulun ilk olaraq hesaba çəkiləcəyi şey heç şübhəsiz ki, namazıdır. Qul onu (qılaraq) tamamlamışsa nə gözəl. Yox (əgər onları tamamlamamışsa), onun nafilə namazlarına baxın var mi? - deyilər. Qulun nafilə namazı varsa onlarla fərz namazları tamamlanar. Sonra digər əməllərin də (hesabı) belə edilər» və buna bənzər bir çox misalları da ikinci qrup namazı tərk edən kimsələrə aid etmək lazımdır. Şingiti – rahmətullahi aleyhi – bu hədislə bağlı belə demişdir: «Bu hədis də namazı tərk edənin küfrə girmədiyinə dəlil tərəfi; nöqsan olan fərz namaların və onların nafilələrlə tamamlanması – hədisin ümumi mənası etibarı ilə – namazlardan bəzisini qəsdən tərk etməsi mənasına gəlir. Görüldüyü kimi hədisin ləfzinin (mətninin –k-h) ümumi – təviliz olaraq – bunu söyləyir» (Ədvaul Bəyan 3/453).
       İmam İbni Cərir – rəhmətullahi aleyhi - : «Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi…» ayəsinin təfsirində belə demişdir: «Mənə görə ayənin ən gözəl təfsirini ayəni «namazı tamamən tərk etmələri və heç qılmamalarıdır» şəkilində izah edənlərin təfsiridir. Çünki Allah ayənin davamınca buyurur: «Tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa…» (Məryəm 60). Bu ayələr isə yuxarıdakı təfsirin doğruluğunu sübut etməkdədir. Bu ayədə namazı tərk edənlərlə qəsd edilən kimsələr, mömin olduğu halda namazı qılmayan kimsələr olsalardı Allah : «Tövbə edib iman gətirən» deyə buyuraraq iman edənləri istisna etməzdi. Əksinə ayədə olan namaz qılmayanlar imansız kafirlərdir. Allah üçün heç namaz qılmadıqları kimi, fərzlərdən heç birini də yerinə yetirmirlər» (Təfsir Təbəri 16/84-85).
       Şeyxülislam İbn Teymiyyə – rahmətullahi aleyhi – belə demişdir: «Namazı tərk etməkdə israr edib heç qılmayan və namazı qılmamaqla israr edərək ölən kimsəyə gəlincə belə bir kimsə müsəlman olmaz. Lakin insanların bir qismi bəzən namaz qılır bəzən də namazı tərk edirlər. Bax bu kimi kimsələr VAİD (yəni: Allahın istəməsi (diləməsi) altındadırlar. Allah istərsə onları bağışlayar, istərsə əzab verər» (Məcmuu Fətaya 22-49).
       Namazı qılmamaq insanın təkfir olunmasına səbəbdir sözünün mənası; onu tamamən tərk etmək və heç qılmamaqdır. Bu ifadə ilə qəsd edilən mənanın namazı bəzən qılmamaq və ya onu (namazı) qılmaqla bərabər müəyyən olunmuş vaxtlarını mühafizə etməmək olmadığına: «Beləliklə o, nə təsdiq etdi, nə də namaz qıldı. Amma yalan saydı, (imandan da) üz döndərdi» (əl-Qiyamə 31) bu ayə də dəlildir. Ayədə küfrə səbəb olaraq Quranı təsdiq etməmək və ondan üz döndərmək zikr edilmişdir. Beləliklə namazı heç qılmayan və onda israr edənlərə nisbətən, namazı tərk edənin ayədə qəsd edilən üz döndərən kimsələrdən olmadığı açıq aydındır.
       Şeyx Şingiti – rahmətullahi aleyhi – namazı tərk etməklə bağlı olan məsələlərdə tərəflərin dəlillərini və mövzu ilə əlaqəli olan görüşlərini (fikirlərini) zikr etdikdən sonra öz görüşlərini bu şəkildə açıqlamışdır: «Mənə görə dəlil olaraq sözlərin ən doğrusu namazı tərk etmək (əməli) küfürdür deyib, izahını hədis və fiqh üsullarının vasitəsi ilə icra edən cumhurun görüşüdür. Onlara görə mümkün qədər dəlillərin arasını cəm etmək vacib olduğu üçün namazı tərk edənin küfrü sahibini İslam millətindən çıxaran küfr deyildir. Hədislərdə zikr edilən küfr və şirk ləfzləri sahibini İslam millətindən çıxarmayan küfrə aid edildikdə dəlillərin arası cəm edilmiş olur. Dəlillərin arasını imkan olduqda cəm etmək, biri ilə əməl edib digərini əməldən salmaqdan daha münasibdir. Bu eyni zamanda hədis və fiqh üsulunda bilinən bir qaydadır».
       İmam Nəvəvi – rahmətullahi aleyhi -: «Şərhul Muhəzzəb» isimli kitabında təmbəllik səbəbi ilə namazı tərk edənin, İslam millətindən çıxan küfrlə kafir olmadığını iddia edən alimlərin dəlillərini bəyan etdikdən sonra belə deyir: «Müsəlmanlar namazı tərk edəni VARİS (miras alan) və MƏVRUS (mirası alınan) kimi qəbul etmişlər. Əgər namazı tərk etmənin küfrü məğfirət olunmayan küfr olsaydı müsəlmanlar onu nə varis nə də məvrus deyə qəbul etməzdilər».
       Namazı təmbəllik səbəbi ilə tərk edəni Cabir, Bureydə, İbn Şaqiq və s. başqalarının rəvayət etdiyi hədislərlə dəlil gətirərək təkfir edənlərə cavaba gəlincə bu belədir: «Onların hamısı namazı tərk edənin kafirlərə bəzi hökmlərdə bənzəməsi mənasına gəlir. O da namazı qılması üçün tövbəyə dəvət edilməsi və ya öldürülməsidir. Hədisləri cəm edib təfsir etmək və zikr etdiyimiz qaydalara bağlı qalmaq isə vacibdir» (Ədvaul Bəyan 3/456).
       İKİNCİSİ: Bəzi kimsələrin mütləq ifadəli nasları alıb, qeyd və bəyan edici nasları gözardı edərək, hər namaz qılmayanı mütləq şəkildə təkfir etmələrinin və uydurma icma iddialarının yersiz (əsilsiz) olduğunu ifadə edərək həqiqəti ortaya çıxarmaqdır. Bu kimi insanlara heyrət etməmək mümkün deyildir. Mövzu ilə əlaqəli alimlərin sözlərini nəql edərkən onlardan görüşlərinə (fikir və əqidələrinə) uyğun gələn hissələri alır, uyğun gəlməyən hissələri isə tərk edirlər. Bu hərəkət elmi əmanətə riayət edilməyən bir hərəkətdir. Məsələn: «Namazın tərk edilməsi ilə bağlı mövzuda İbn Teymiyyə – rahmətullahi aleyhi – nin sözlərini nəql edərkən buna bənzər bir şey baş vermişdir».
       Şeyxülislam – rahmətullahi aleyhi - : «əl-Vasiyyətul-Kubra» əsərində belə demişdir: «… Həddi buluğa çatmış bir kimsə beş vaxt namazlardan bir vaxtı qılmaqdan imtina edərsə və ya üzərində ittifaq edilən fərzlərdən bəzisini tərk edərsə o, kimsə tövbəyə dəvət edilir. Tövbə edərsə (rahat buraxılır) əksi təqdirdə öldürülür». Alimlərdən bəzi kimsələr: «Namazdan imtina edib qılmayan mürtəd, kafir olur. Onun üçün cənazə namazı qılınmaz və o, kimsə müsəlmanların arasında dəfn edilməz» demişdilər. Digər bəzi alimlər isə: «Namazdan imtina edib qılmayan kimsə yol kəsən quldur və ya evli olaraq zina edən kimi olur» demişdilər.
       Şeyxülislamın bu sözlərini bəzi kimsələr öz görüşlərinə uyğun gələcək şəkildə nəql edərkən altından xətt çəkilən yerləri nəql etməmişlər. Şeyxülislam alimlərin sözlərini nəql edərkən elmi əmanətə riayət göstərmiş, onun sözlərini nəql edənlər isə təəssüf ki, bu riayəti yerinə yetirməmişdilər. Şeyxülislamın sözlərini burada olduğu kimi tam olaraq oxuyanlar alimlərin bu məsələdə iki görüşü olduğunu başa düşürlər. Lakin onun bu sözlərini nöqsan olaraq nəql edən kimsələrin kitablarından oxuyanlar o, sözlərdən alimlərin bu məsələdə sadəcə bir görüşü olduğunu, bu görüşün də namaz qılmayanın təkfir edilməsinin vacib olduğunu başa düşəcəklər. Ayrıca işarə edilən yerdə İmam İbni Hazm – rahmətullahi aleyhi – nin səhabələrin bu məsələdə icma etdiklərini ona iftira olaraq atıldığını da oxuyacaqlar.
       Yeri gəlmişkən İman İbni Hazm – rahmətullahi aleyhi – nin bu mövzudakı görüşlərini nəql etməkdə bir xələl görmürəm. İmam dəyərli kitabı «əl-Muhallə» 11/376-380- də Kitabul Muharib qisminin 2298-ci məsələsində mövzu ilə bağlı görüşləri belədir.
       Vaxtı çıxana qədər namazı qəsdən tərk edənin öldürüləcəyi görüşündə olan İmam Məlik, İmam Şafii – rahmətullahi aleyhi – və s. imamların bu görüşlərini rədd edib, onların dəlillərini zikr edərək və onlara cavablar verərək məsələni hər tərəfli öyrəndikdən sonra bunları söyləməkdədir: «… Yuxarıdan aşağıya doğru başa saldığımız şeylər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in: «Sizlərdən kimsə bir münkər görürsə gücü çatdığı qədər onu əli ilə dəyişdirsin…» deyə buyurduğuna daxildir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bu ifadəsi; namazı qılmaqdan, cünub ikən yuyunmaqdan, Ramazan orucundan, zəkat verməkdən, həcc etməkdən, bütün fərzləri bu şəkildə yerinə yetirməkdən imtina edərək münkər iş görən kimsənin tərbiyə edilməsi üçün bir əmrdir. Yuxarıda zikr etdiyimiz rükunları yerinə yetirməmək ümmət içərisində ittifaqla (yekdilliklə) münkər sayılır. Çünki onların hamısı haramdır. Haram da elə münkərin özüdür. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in əmri bu münkəri edənləri əllə vurmaq mübahdır və səhihdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in "təzir cəzalarında on dəyənəkdən artıq vurulmaz" hökmü də səhihdir. Bu görüşün dəlillərini «Təzir cəzaları nə qədərdir?» babında zikr edəcəyəm. Bu (namaz və s. ibadətlərdə də) höküm belə olduğu təqdirdə zikr olunan münkəri işləyənlərə on dəyənək vurmaq vacibdir. Vacib olan namaz və s. ibadətləri yerinə yetirərsə (dəyənəklə) vurulmaqdan azad olur və ona başqa bir cəza da yoxdur. Namaz qılmaqdan imtina etməyə davam edərsə, bu hərəkəti ilə başqa bir münkəri (günahda israr etmək münkərini) işləmiş olur. Dolayısı ilə yenə də dəyənək vurulur. Bu şəkildə təzir cəzası ona Allahın (onun) üzərindəki haqqını yerinə yetirincəyə və ya təzir cəzaları səbəbi ilə ölüncəyə qədər davam edər. Bu kimsədən (namazın) bir vaxtı çıxıb ikinci vaxtı girincəyə qədər dəyənək zərbələri əsla azaldılmaz. Yeni vaxtı girən namazın qılınması üçün təzir cəzaları təkrarlanır. Gecə yarısına qədər beləcə davam edər. İşa namazının vaxtı çıxdıqda vaxtı keçmiş namazları qıla bilməyəcəyindən dəyənək vurulması dayandırılır. Sonra sübh namazının vaxtının girməsi ilə dəyənək yenidən vurulur və sübh namazı vaxtının çıxmasına qədər davam edir. Sonra zöhr namazının ilk vaxtına qədər dəyənək vurulması dayandırılır. Sonra namazını qılan onu vurma işini davam edir. (Yəni) Başqa birisi namazını qıldığı vaxt vurma işini digəri əvəz edir, o biri isə namaza gedir. Nöbələşərək namazı tərk edən bu münkəri tərk edincəyə qədər və ya təzir cəzası səbəbi ilə ölüncəyə qədər və ya təzir cəzası səbəbi ilə ölüncəyə qədər davam edir. Onun (bu şəkildə) öldürülməsi isə doğrudur. Bununla belə o, kimsə müsəlmandır».
       Bu sözlər namazı tərk edənin kafir və ya mürtəd olduğuna dair səhabə icmasının rəyini kitabında nəql edən(!) iftiraya uğrayan kimsənin sözləridir.
       ÜÇÜNCÜSÜ: Şeyxləri təqlid etmənin kor etdiyi bəzi kimsələrin namazı və s. ibadətləri özlərinə qalxan edərək müsəlmanlara kafir və buna bənzər bəzi çirkin sifətləri vermələrinə və bu əməli də Sələfi Salihin və Əhli Sünnətə istinad etmələrinə gəlincə: Əhli Sünnə bu kimi bəsitlikdən uzaq olmaqları ilə bərabər bu insanların Allahın hüzurunda durub cavab vermələri də çox çətin olacaqdır.
       Allah – sübhanəhu və təalə – onlara: Mən sizə: «Bilmədiyin bir şeyin ardınca getmə…» (əl-İsra 36) deyə ayə göndərməmişdim mi? Cahillikləri səbəbi ilə məsələni qaynaqlarından (mənbələrindən) araşdıraraq öyrənmək imkanına sahib deyilkən, sırf birisini sevmək və onların səni yönəltmələri səbəbi ilə nədən müsəlmanlara: «Kafir, mürtəd» və s. sifətləri şamil etdin dediyində bu təqlidçilərin: «Rəbbimiz! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar». (əl-Əhzab 67) deməmələrini təmənna edirəm. Bununla bərabər Allah – subhanəhu və təalə- onlara: Amma siz insanlara filan və filankəsi təqlid etməyi qadağan edirdiniz «Siz insanlara yaxşı işlər görmələrinin əmr etdiyiniz halda, özünüzü unudursunuz?…» (əl-Bəqərə 44) buyuruğunda şübhə yoxdur.
       Muqallidlərlə məsələmiz bu qədərlə bitməyəcəkdir. İnşəallah bu yaxınlarda İmam İbn Qeyyim – rahmətullahi aleyhi – nin «Təqlid Risaləsi» kitabında onların vəziyyətlərindən bəhs edən çox gözəl misallar və incə öyüdlər verilmişdir. Ümid edilir ki, bəlkə bununla başlarını işlədərlər.
       Nemətləriylə saleh əməlləri tamamlayan Allaha həmd olsun! Ey Allahım! Səni həmdinlə təsbih edirəm. Səndən başqa ilah olmadığına şəhadət edirəm, səndən məğfirət istəyir və sənə tövbə edirəm (Darimi 2/283).
MUSTAFA YIĞIT
1996 KAYSERİ

MÜQƏDDİMƏ

Başlıqlar

  • Redaktordan
  • Tərcüməçinin müqəddiməsi
  • Müqəddimə
  • Namazı tərk edən haqqında alimlərin ixtilafı
  • Təklif məsələsinin təhlükəsi;
  • Alimlərin Görüşlərindən Istifadə Edilən Faydalar
  • Əhli Sünnətin Əl-Vad Və Əl-Vaid Qaydasi
  • Müəllifin Müqəddiməsi;
  • Kitabin Əsasini Təşkil Edən Hədisin Mətni
  • Hədisin Təxrici
  • Hədisin Fiqhi Izahi
  • Məsələnin Araşdirilmasi Və Incələnməsi
  • Küfrün Əməli Və Etiqadi Olaraq Iki Qismə Ayrilmasi
  • Məsələ Ilə Bağli Ibn Teymiyyə – Rahmətullahi Aleyhi – Nin Görüşləri
  • Imam Əhməd – Rahmətullahi Aleyhi – Nin Məsələ Ilə Bağli Mövqeyi
  • Hənbəli Alimlərinin Məsələyə Baxişlari
  • Təəssübkeş Cahillərə Xəbərdarliq Və Hüzeyfə Hədisinin Səhihliyi
  • Müsəlmani Təkfir Etməyə Mane Olan Hallar
  • Iki Ay Namazi Tərk Edən Haqqinda Imam Əhməd – Rahmətullahi Aleyhi – nin Görüşü
  • Imam Əhməd Namazi Tərk Edəni Mütləq Olaraq Təkfir Etməmişdir
  • Imam Şafii Və Imam Əhməd Mübahisəsi
  • Tövhid Əhli Olan Bir Kimsəni Təkfir Əsla Caiz Deyildir
  • Copyright@www.SelefEqidesi.com, 2006