TƏKFİR MƏSƏLƏSİNİN TƏHLÜKƏSİ


       Bir müsəlman özü kimi Allaha və axirət gününə iman edən digər bir müsəlman əleyhinə əlində günəş qədər aşıq-aydın dəlil olmadan İslamdan çıxıb küfrə girdi deyə hökm verməsi doğru deyildir. Çünki səhabədən bir çoxunun yolu ilə rəvayət edilən səhih bir hədisdə Peyğəmbər – sallallahu aleyhi və səlləm - : «Hər hansı bir kimsə qardaşına: «Ey kafir! Deyə müraciət etsə, heç şübhəsiz ki, onların iksindən biri bu küfr kəliməsini qazanmış olar». Bu hədis başqa bir rəvayətdə: «…Heç şübhəsiz ki, ikisindən biri küfrə girmişdir». Bu və buna bənzər mənada gələn digər hədislər müsəlmana digər başqa bir müsəlmanı təkfir etməkdə tələsməməsini əmr edən ən böyük maneə və nəsihətçidir. Allah – subhanəhu və təalə – isə buyurur: «Lakin qəlbi küfrə razı olanlara (qəlbində könüllü surətdə küfrə yer verənlərə) Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar olarlar». (ən-Nəhl 106). Beləliklə bir kimsəni təkfir etmək üçün, onun küfrə qəlbi ilə razı olması, qəlbinin onunla sevinməsi və nəfsinin küfrlə rahat olub sakit olması lazımdır. Bəzi müəllim və tələbələrin dini səy və ruh yüksəkliyi (şövqi), inkar və ya təmbəlliyə əhəmiyyət (fikir) vermədən hər namazı tərk edənə kafir hök-münü verməyə sövq edə bilər. Onlarn zənn etdiklərinə görə bu böyük əməli tərk etməmək üçün qorxutmağa həvəs göstərirlər. Fikirlərinə görə İslamın bu böyük rükununda etinasızlığa səbəb ola bilər deyə, qorxutmaqla namaz və onun hökmündə hər hansı bir səhlənkarlığı dəf etməyə səy göstərirlər (çalışırlar). Bu müəlim və tələbələrdən bəziləri zikr olunan əməllərinə Quran və Sünnədən dəlil gətirirlər. Biz bunların bir qismini zikr etdik. Lakin onlar bu məsələ ilə bağlı küfrü isbat edən və küfrü yox edən dəlillərin arasını cəm etmirlər. Bunun bəzən cəm məsələsindəki qüsurlarından, bəzən də başqa səbəblərə görə edirlər.
       Bu müqəddimədə mən ustadımız əl-Albani – rahmətullahi aleyhi – nin yazılarına əlavə olaraq bu məsələdə ixtilaf edənlərin dəlillərini bir-bir zikr edərək ixtilafın idrək (başa düşülən) yerlərini araşdırıb oralara nəzər salan deyiləm, bunun yeri bu müqəddimə deyildir. Lakin mən burada bəzi din tələbələrinin diqqətindən yayına bilən mühüm və elmi bir neçə xüsusiyyətə diqqət yetirməklə kifayətlənəcəyəm.

ALİMLƏRİN GÖRÜŞLƏRİNDƏN İSTİFADƏ EDİLƏN FAYDALAR

Başlıqlar

  • Redaktordan
  • Tərcüməçinin müqəddiməsi
  • Müqəddimə
  • Namazı tərk edən haqqında alimlərin ixtilafı
  • Təklif məsələsinin təhlükəsi;
  • Alimlərin Görüşlərindən Istifadə Edilən Faydalar
  • Əhli Sünnətin Əl-Vad Və Əl-Vaid Qaydasi
  • Müəllifin Müqəddiməsi;
  • Kitabin Əsasini Təşkil Edən Hədisin Mətni
  • Hədisin Təxrici
  • Hədisin Fiqhi Izahi
  • Məsələnin Araşdirilmasi Və Incələnməsi
  • Küfrün Əməli Və Etiqadi Olaraq Iki Qismə Ayrilmasi
  • Məsələ Ilə Bağli Ibn Teymiyyə – Rahmətullahi Aleyhi – Nin Görüşləri
  • Imam Əhməd – Rahmətullahi Aleyhi – Nin Məsələ Ilə Bağli Mövqeyi
  • Hənbəli Alimlərinin Məsələyə Baxişlari
  • Təəssübkeş Cahillərə Xəbərdarliq Və Hüzeyfə Hədisinin Səhihliyi
  • Müsəlmani Təkfir Etməyə Mane Olan Hallar
  • Iki Ay Namazi Tərk Edən Haqqinda Imam Əhməd – Rahmətullahi Aleyhi – nin Görüşü
  • Imam Əhməd Namazi Tərk Edəni Mütləq Olaraq Təkfir Etməmişdir
  • Imam Şafii Və Imam Əhməd Mübahisəsi
  • Tövhid Əhli Olan Bir Kimsəni Təkfir Əsla Caiz Deyildir
  • Copyright@www.SelefEqidesi.com, 2006