![]() |
![]() |
|
XUTBƏTUL –HACƏHəmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Məhəmməd onun qulu və elçisidir. «Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) Bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1). «Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarinizi bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar». (əl-Əhzab 70-71). Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Məhəmməd – səllallahu aleyhi və səlləm – in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə zəlalətdir (sapıqlıqdır), hər bir zəlalət isə oddadır. REDAKTORDAN«Ey Rəbbim! Köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar».(Ta ha 25-28). Möhtərəm müsəlman qardaş və bacılarım! İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram. Allahın kitabına və Rəsulullah – səllallahu aleyhi və səlləm – in yoluna uyaraq bu tərcümə işimizi «bismilləh» ilə başlayıram. Çünki Allah Rəsulu – səllallahu aleyhi və səlləm – də öz məktublarını SEHF VAR«bismilləh» ilə başlanılmazsa,o işin sonu kəsikdir». Allah – subhənəhu və təalə – yə şükürlər olsun ki, İslamın möhtərəm alimlərindən biri olan Şeyx Albani – rəhmətullahi aleyhi – nin «Namazı tərk edənin (qılmayanın) hökmü» adı ilə məşhur olan bu kitabını tərcümə etməyi bizə nəsib etdi. Bütün nemətlərinin qarşılığında ona həmd edirəm, Lütf və Kərəmiylə bunların daha da artırılmasını ondan diləyirəm. Şəhadət edirəm ki, Allahdan başqa heç bir ilah yoxdur, bir və təkdir, şəriki də yoxdur, tək və Qahhardır (hər şeydən qüdrətli, hər şeyi məğlub edən). Kərim (kəramətli, səxavətli) və Ğaffardır (günahlardan qoruyandır). Əsrimizin dahi alimlərindən və tədqiqatçılarından biri də mühəddis Şeyx Albani – rəhmətullahi aleyhi – dir. Bu ad nəinki islam ölkələrində, hətta islam ölkələrindən kənara çıxaraq Avropa, Amerika və s. kimi dövlətlərdə də çox tanınmışdır. Minlərlə, milyonlarla müsəlmanların qəlbində bu şəxsiyyətə qarşı sevgi, məhəbbət vardır. Çünki Əbu Hureyrə – radıyallahu anhu – nun rəvayət etdiyi hədisdə də Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurur: «Əgər Allah bir qulu sevərsə əmr edir Cəbrailə: «Şübhəsiz Allah filan qulu sevir, sən də onu sev!» deyə nida edər. Cəbrail də onu sevər. Sonra Cəbrail də səmadakıları səsləyərək: «Şübhəsiz Allah filan qulu sevir, siz də onu sevin!». Səmadakılar da onu sevərlər. Sonra da onun sözü yer üzündə məqbul (qəbul) sayılar». Çox istərdim ki, Allahın dininin keşikçisi olan bu gözlə insanı Azərbaycan xalqı da tanısın və daima da onu yad etsinlər. Şeyx Albani – rahmətullahi aleyhi – Alban dövlətinin keçmiş mərkəzi olan Aşkodra şəhərində hicri 1332- ci ildə (miladi tarixi ilə 1914 –cü ildə) dünyaya gəlmişdir. Əsli Albaniyadan olduğuna görə ləqəbi də əl-Albanidir. Kunyəsi isə Abu Abdur-Rahməndir. Çox kasıb bir ailədən idi. Atası Məhəmməd Nəsrəddin b. Nuh Nəsətiy b. Adəmdir. Nuh Nəsəti Osmanlı dövlətinin mərkəzi olan (İstambul) Astana şəhərinin şəriət mədrəsəsində dini təhsil aldıqdan sonra Allahın dininə xidmət etməsi üçün öz ölkəsinə qayıdır. Lakin o, vaxtlar Albaniyada ateizim (Allahsızlıq) ideyası çox yayıldığına görə ailəsi ilə birlikdə Suriyanın Dəməşq şəhərinə hicrət edirlər. Dəməşqə köçdükdə gənc alimin 9 yaşı vardır. İlk təhsilini də elə bu şəhərdə alaraq Qurani-kərimi öyrənməyə başlayır. Quranı oxumaq qaydalarını (təcvidi) ərəb dili ilə bağlı bir çox məsələləri, həmçinin Hənəfi məzhəbinin qanunları ilə yaxından tanış olur (Məraqil Fərəh). Bütün bunlara Dəməşqin şeyxləri olan Məhəmməd Səid əl-Burhani və Məhəmməd Bəhsə əl-Beytərinin dərslərində iştirak edərək nail olur. Həmçinin bu işdə onun atasının da böyük rolu olmuşdur. Bundan başqa atasından saatsazlıq sənətini də öyrənməyə başlayır. Bu sənətdə yüksələrək sənətkar səviyyəsinə çatır. Onun saat köşkü indi də Dəməşqin yaxınlığında yerləşən Əməvi Məscidinin yaxınlığındadır. İyirmi yaşından başlayaraq Şeyx Albani – rahmətullahi aleyhi- hədis elmi ilə dərində məşğul olmağa başlayır və ilk olaraq Hafiz əl-İrakinin «əl-Muqni ən-Həmlil Əsfər fil Əsfər fi Təhrici mə Filhiyə Minəl Əkbər» kitabını geniş şəkildə şərh və təhqiq edir. Hədis elmi ilə məşğul olmasına səbəb Misirdə çıxan «əl-Mənər» jurnalı olmuşdur. Özü də həmişə deyərdi ki, Məhmməd Rəşid Rzanın bu jurnalını oxumağım mənə çox köməyi olub. Hədis elminə olan məhəbbəti o qədər artır ki, atasının (əsas hissəsi) Hənəfi məzhəbinin kitablarından təşkil edilmiş kitabxanası belə onun hədis elminə olan tələbatını, elm öyrənmək alovunu söndürə bilmirdi (ödəmirdi). Lakin atası onun bu elmlə məşğil olmasına narazı idi və deyirdi ki, bu elm müflislərin elmidir. Maddi çətinlik gənc alimə kitabları əldə etməyə çətinlik törətdiyinə görə o, Dəməşqin böyük kitabxanası olan «əl-Məktəbətul əz-Zahriyyə) gedər və oradan kitabları götürərdi. Şeyx Albani – rahmətullahi aleyhi – hədis elmi ilə o qədər aludə olur ki, öz saat dükanını bağlayaraq 8-12 saat və bəzən də daha çox vaxtını kitabxanada keçirərdi. Yalnız namazdan-namaza kitabxanadan çıxardı. Hətta bəzən o, qədər elmlə bağlanardı ki, nahar etməyə də getməzdi. Özü ilə gətirdiyi bir tikə çörək ilə kifayətlənərdi. Kitabxananın müdiriyyəti onun elmə olan həvəsini gördükdən sonra onun üçün müəyyən bir otaq ayırırlar və kitabxananın açarlarını ona verirlər. Bu müddət ərzində gənc alim fiqhə, əqidəyə dair bir çox əsərlər yazır. Bu əsərlərin bəziləri hələ indiyə qədər də nəşr edilməmişdir. Gənc alim bu yolda çoxlu çətinliklərlə qarşılaşır. Lakin bütün bunlara baxmayaraq səbr və ixlasla bütün bu çətinliklərdən qalib çıxır. Bu işdə ona Dəməşqin bir çox tanınmış şeyxləri olan Baxcatul Baycar, imam AbdulFəttah və Taufiq əl-Bərzaq – Allah ondan razı olsun – ona nəsihətlər verərək bu işdə daha da iradəli və qəti olmağı tövsiyə etmişlər. Bir müddətdən sonra gənc alim həftədə iki dəfə dərslər verməyə başlayır. Moizələrlə, elmi çıxışlarla Suriya, İordaniya, Misir, Qatar, Küveyt, İspaniya, İngiltərə və s. dövlətlərə səfərlər edir. Hicri 1381-1383-cü illər ərzində Mədinə İslam Universitetinə hədis elmindən dərs vermək üçün dəvət alır. Bu illər ərzində Universitetin fəxri üzvi, bir müddətdən sonra isə Universitetin fəxri professoru adını alır. Hədis elmi ilə bağlı yüzlərlə əsərləri və araşdırmaları vardır. Şeyx Albani – rəhmətullahi aleyhi – nin təhqiq etdiyi kitablardan: «Buxari, Müslim, Tirmizi, Əbu Davud, Nəsəi, İbn Məsə və s Səhih və Sünnən kitabları, Cəmius Səğir, Mişkətul Məsabih, Seyid Sabiqin «Fikhis Sünnə», Şeyx Kardavi «İslamda halal və haram», İmam Nəvəvi «Riyadus salihin», İmam Buxari «Ədəbul Mufrad», İmam Zəhəbi «əl-Uluv» və s məşhur kitabların təhqiqini etmişdir. Həmçinin 10-12 cilddən ibarət olan «Səhih Hədislər Silsiləsi» isimli kitabında yalnız səhih hədislər və eyni ilə də «Zəif Hədislər Silsiləsi» isimli kitabında isə yalnız zəif hədisləri toplamışdır. Bütün bu işlərin nəticəsidir ki, hər bir müsəlman onun təhqiqi etdiyi kitabları oxuduqda asantlıqla səhih hədisi zəif və uydurma hədislərlə ayıra bilir. Bundan başqa Şeyx Albani – rəhmətullahi aleyhi – nin İslamın əsaslarına dair gözəl əsərləri vardır. Bunların içərisində «Sifətu Salətu ən-Nəbiyyə min Təkbir ilə Təslim» (Peyğəmbər –sallallahu aleyhi və səlləm – in namaz qılma şəkili), «Mənasikul Həcc vəl Umrah fi Kitabi və sunnah və Asari əs-Sələf» (Həcc və Ümrə ehkamları Kitab, Sünnə və Sələflərin gözü ilə) və s. Özündən sonra bir çox görkəmli islam alimlərini qoyub getmişdir. Bunlardan Şeyx Həmdi AbdulMəcid, Şeyx Məhəmməd Abbasi, Ömər Süleyman əl-Aşkar, Şeyx Muqbil b. Hadi əl-Vadii, Şeyx Məhəmməd İbrahim Şakra, Şeyx Ali Xuşşah, Şeyx Məhəmməd Cəmil Zini, Şeyx AbdurRahman AbdusSaməd, Şeyx Səlim əl-Hilali, Şeyx Ali Həsən AbdulHəmid əl-hələbi, Şeyx Məhəmməd Saleh əl-Munəccid və s. Şeyx Albani – rahmətullahi aleyhi – Hicri 1420-ci il 22 Dumada əs-Səniyyə ayında (miladi tarixi ilə 2 oktyabr 1999-cu ildə ) 87 yaşında mübarək və xeyirli bir ömür sürərək dünyasını dəyişmişdir. Allah ona rəhmət eləsin! Əlimizdə olan bu əsər də çox mühüm bir məsələni özündə əks etdirir. Şeyx Albani – rahmətulahi aleyhi – bu məsələyə də haqqını verərək ətraflı və geniş bir şəkildə onu izah edərək bizim öhdəliyimizə vermişdir. Allahdan bu çalışmanın dolğun, düzgün şəkildə tərcümə edib başa çatdırılmasını diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı olmasını, məndən qəbul edib onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər haradasa xəta etmişəmsə bu məndəndir. Mənim acizliyimdən və çarəsizliyimdəndir. Şeytandan və çarəsizlikdən Allaha sığınıram. Burada düzəldiləməsi mühüm olan yerləri tapdıqdan sonra mənə öyüd- nəsihət verəndən, xətalarımı və səflərimi mənə bəyan edəndən Allah razı olsun. Allah onu xeyirlə mükafatlandırsın. Mən ona əvvəlcədən öz təşəkkürümü bildirirəm. Ayrıca bu kitabı mənə yazmaqda kömək edən, bu kitabda zəhməti olan, öyüd vermək və ya dua etmək məqsədilə mənə yardım edən hər bir kəsə təşəkkür edirəm. Allah onları da xeyirlə mükafatlandırsın. Güvəndiyim Allahdır, işlərimi Ona həvalə edirəm və Ona arxalanıram. Həmd və nemət yalnız Onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan da Odur. «Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qövuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et». (əs-Şuəra 78-85). Allahın salat və salamı onun Peyğəmbəri Məhəmməd – sallallahu aleyhi və səlləm – ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən əməli-saleh möminlərin üzərinə olsun. BİTİRDİM: HİCRİ 1426-Cİ İL 9 MƏHƏRRƏM MİLADİ 19 FEVRAL 2005-Cİ İL. |
||
![]() |
Copyright@www.SelefEqidesi.com, 2006 | ![]() |