MÜSƏLMANI TƏKFİR ETMƏYƏ MANE OLAN HALLAR


       İbn Teymiyyə – rahmətullahi aleyhi – «Məcmuu Fətava» 22/41-də belə demişdir: «Bir kimsə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Allahın Rəsulu olduğunu bilsə və buna iman etsə, bu kimsəyə bilmədiyi məsələlər çatana qədər Allah ona əzab verməz. Allah bir kimsəyə təbliğ (dəvət) çatmadan imanı tərk etdiyi üçün əgər əzab verməzsə, imanın bəzi şərtlərini tərk edən kimsəyə əzab verməməsi daha münasib və daha məntiqlidir. Lakin təbliğ olunduqdan sonra iman etməz və ya imanın bəzi şərtlərini tərk edərsə bu müstəsnalıq təşkil edir. Bu kimi hallarda Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yayılmış və məşhur olan sünnəti də elə belədir».
       Sonra İbn Teymiyyə – rahmətullahi aleyhi – bu ifadələrinə gözəl misallar zikr etməkdədir. Mustəhazə halında olan qadının vəziyyəti də onlardan biridir: «Qadın mən çox şiddətli heyz oluram və bu hal məni namazdan, orucdan çəkindirir» dedikdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – ona: «İstihazə halında namaz qılmasını əmr etdi. Lakin (buna qədər) qılmadıqlarının qəza etməsini əmr etmədi».
       Mən də deyirəm ki, bu hədisdə zikr edilən qadın Fatimə b. Əbu Hubeyşə – radıyallahu anhə – dir. Hədis isə Buxari, Müslim və kitabım «Səhih Əbu Davud» 281-də və s. kitablarda rəvayət edilmişdir. Bu hədisin bir bənzəri də Abdurrahman b. Auf və zövcəsi Ummi Həbibə b. Cəhşin hədisidir. Mustəhazə halı yeddi il çəkmişdir. Hədis Buxari, Müslim və Səhih Əbu Davud 283- də rəvayət edilmişdir.
       Bu məsələ ilə bağlı üçüncü misal da, Həmənə b. Cəhşin hədisidir. Şeyxülislam İbn Teymiyyə – rahmətullahi aleyhi – nin işarə etdiyi bu səhabə xanımdır. Hədisdəki ifadəsi belədir: «…Mən çox şiddətli heyz oluram. Bu haqda fikrin nədir? Məni namazdan, orucdan və s. şeylərdən çəkindirdi…».

İKİ AY NAMAZI TƏRK EDƏN HAQQINDA İMAM ƏHMƏD – rahmətullahi aleyhi - NİN GÖRÜŞÜ

Başlıqlar

  • Redaktordan
  • Tərcüməçinin müqəddiməsi
  • Müqəddimə
  • Namazı tərk edən haqqında alimlərin ixtilafı
  • Təklif məsələsinin təhlükəsi;
  • Alimlərin Görüşlərindən Istifadə Edilən Faydalar
  • Əhli Sünnətin Əl-Vad Və Əl-Vaid Qaydasi
  • Müəllifin Müqəddiməsi;
  • Kitabin Əsasini Təşkil Edən Hədisin Mətni
  • Hədisin Təxrici
  • Hədisin Fiqhi Izahi
  • Məsələnin Araşdirilmasi Və Incələnməsi
  • Küfrün Əməli Və Etiqadi Olaraq Iki Qismə Ayrilmasi
  • Məsələ Ilə Bağli Ibn Teymiyyə – Rahmətullahi Aleyhi – Nin Görüşləri
  • Imam Əhməd – Rahmətullahi Aleyhi – Nin Məsələ Ilə Bağli Mövqeyi
  • Hənbəli Alimlərinin Məsələyə Baxişlari
  • Təəssübkeş Cahillərə Xəbərdarliq Və Hüzeyfə Hədisinin Səhihliyi
  • Müsəlmani Təkfir Etməyə Mane Olan Hallar
  • Iki Ay Namazi Tərk Edən Haqqinda Imam Əhməd – Rahmətullahi Aleyhi – nin Görüşü
  • Imam Əhməd Namazi Tərk Edəni Mütləq Olaraq Təkfir Etməmişdir
  • Imam Şafii Və Imam Əhməd Mübahisəsi
  • Tövhid Əhli Olan Bir Kimsəni Təkfir Əsla Caiz Deyildir
  • Copyright@www.SelefEqidesi.com, 2006