MÜƏLLİFİN MÜQƏDDİMƏSİ


       Həmd yalnız Allaha məxsusdur. Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Ona sığınırıq. Allah kimi hidayətə yönlətmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Allahdan başqa ilah olmadığına şəhadət edirəm. O, təkdir və şəriki də yoxdur. Şəhadət edirəm ki, Məhəmməd Onun qulu və Rəsuludur.
       Bu kitabçanın əsli «Səhih Hədislər Silsiləsi» isimli kitabımın 7-ci cildindəki Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hədislərindən biri olan dəyərli bir hədisin təxrici və şərhi ilə meydana gələn lətif və elmi bir araşdırmadır. Bu hədisin əhəmiyyətinin və faydasının çox olmasına əsasən tək zikr etməyi uyğun gördüm. Bunun səbəbi isə bəzi qardaşlarımızın onun tək çap edilməsinin daha uyğun olacağını və bunun xeyir işdə tələsmək qismində olduğunu təklif etmələridir. Bu təklif düşüncələrimə uyğun gəldiyi üçün bu araşdırmanın bir nüsxəsini tələbəm, gənc dostum Hələbli Əli b. Həsənə nəşr və yaymaq üçün verdim. Bu araşdırmadan gələn faydanın dəyərli oxucuların əldə etməsi üçün elmi bir müqəddimə əlavə etməyi də ondan xahiş etdim. O, öz üzərinə düşən məsuliyyəti yerinə yetirdi. Allah ondan razı olsun. Hətta nəşrini və təkrar nəzərdən keçirilməsini özü etdi.
       Bu qısa müqəddimənin sonunda Uca Allahdan bu əhəmiyyətli elmi araşdırmanı oxuyan və araşdıranlara fayda verməsini diləyirəm. O, hər şeyi eşidən və dualara cavab verəndir.
      

MƏHƏMMƏD NƏSRƏDDİN ƏL-ALBANİ

KİTABIN ƏSASINI TƏŞKİL EDƏN HƏDİSİN MƏTNİ

Başlıqlar

  • Redaktordan
  • Tərcüməçinin müqəddiməsi
  • Müqəddimə
  • Namazı tərk edən haqqında alimlərin ixtilafı
  • Təklif məsələsinin təhlükəsi;
  • Alimlərin Görüşlərindən Istifadə Edilən Faydalar
  • Əhli Sünnətin Əl-Vad Və Əl-Vaid Qaydasi
  • Müəllifin Müqəddiməsi;
  • Kitabin Əsasini Təşkil Edən Hədisin Mətni
  • Hədisin Təxrici
  • Hədisin Fiqhi Izahi
  • Məsələnin Araşdirilmasi Və Incələnməsi
  • Küfrün Əməli Və Etiqadi Olaraq Iki Qismə Ayrilmasi
  • Məsələ Ilə Bağli Ibn Teymiyyə – Rahmətullahi Aleyhi – Nin Görüşləri
  • Imam Əhməd – Rahmətullahi Aleyhi – Nin Məsələ Ilə Bağli Mövqeyi
  • Hənbəli Alimlərinin Məsələyə Baxişlari
  • Təəssübkeş Cahillərə Xəbərdarliq Və Hüzeyfə Hədisinin Səhihliyi
  • Müsəlmani Təkfir Etməyə Mane Olan Hallar
  • Iki Ay Namazi Tərk Edən Haqqinda Imam Əhməd – Rahmətullahi Aleyhi – nin Görüşü
  • Imam Əhməd Namazi Tərk Edəni Mütləq Olaraq Təkfir Etməmişdir
  • Imam Şafii Və Imam Əhməd Mübahisəsi
  • Tövhid Əhli Olan Bir Kimsəni Təkfir Əsla Caiz Deyildir
  • Copyright@www.SelefEqidesi.com, 2006