MƏSƏLƏNİN ARAŞDIRILMASI VƏ İNCƏLƏNMƏSİ


       Bu məsələnin fiqh tərəfdən araşdırılmasına və incələnməsinə gəlincə Əbu Səid hədisi, namazı tərk edən Allahdan başqa ilah olmadığına şəhadət edərək ölərsə o, kimsənin müşriklərlə bərabər atəşdə əbədiyyən qalmayacağına kəsin olaraq dəlildir. Ayrıca belə bir kimsənin Allahın diləməsi altında olduğuna Allahın bu ayəsi çox qüvvətli bir dəlildir: «Allah ona şərik qoşmağı bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar» (ən-Nisa 116).
       İmam Əhməd – rahmətullahi aleyhi - : «Musnəd» 6/240/26090-da bu barədə Aişə – radıyallahu anhə – dən mərfu olaraq bir hədis rəvayət etməkdədir. Hədis belədir: «Allah qatında divan (mühasibə, hesabat dəftəri) üç qisimdir. Allah birinci divanın heç bir şeyini əhəmiyyətli saymaz. İkinci divandan heç bir şeyi yərk etməz. Üçüncü divandan heç bir şeyi bağışlamaz. Heç bir şeyi bağışlamayacağı divana gəlincə, bu Allaha şərik qoşmaqdır. Allah buyurur: «Allaha şərik qoşan Allah Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir…». Allahın heç bir şeyini əhəmiyyətli saymadığı divana gəlincə, qul ilə Rəbbi arasında orucu tərk etməsi və ya namazı tərk etməsi kimi özünə zülm etməsidir. Allah istəyərsə onu bağışlayar və ya istəyərsə ondan keçər (ona əzab verər). Allahın heç bir şeyi tərk etmədiyi divana gəlincə, qulların bir-birinə etdikləri zülümlərdir. Bunda mütləq qisas vardır.
       Bu hədisi Həkim «Mustədrək» 4/576-da rəvayət etmiş və səhihləmişdir.
       Bu (hədis) hər nə qədər müsəlləm (qəbul olunmayan, zəif) olsa da bu hədisə təxricini etdiyimiz zikr olunan «Əbu Səid» hədisi şahidlik etməkdədir. Mən bunu «Tahavi Əqidəsi» isimli kitabının təxricində izah etdim.
      

MÜƏLLİFLƏRİN HƏDİS HAQQINDAKI DİQQƏTSİZLİYİ


       Ey müsəlman qardaşım! Zikr olunan dəlilləri gördün. Bu mühüm məsələdə – yəni namazı təmbəlliklə tərk edənin təkfir ediləcəyinə və ya təkfir edilməyəcəyinə dair ətraflı kitab yazanlar məni heyrətə gətirirlər. Mütaliə etdiyimə görə bu məsələdə kitab yazan kimsələrin heç biri bu hədisi zikr etməmişlər. Bu hədisi isə gördüyün kimi Buxari, Müslim və s. hədis alimləri rəvayət etməkdədirlər. Hədis lehinə olan kimsələrdə bui hədisi öz kitablarında zikr etməmiş, əleyhinə olanlar da ona heç bir cavab verməmişdilər. Bu məsələdə kitab yazan kimsələrdən İbn Qeyyum – rahmətulahi aleyhi – dəyərli kitabı olan «əs-Saləh» -də bu məsələdə ixtilaf edən tərəflərin dəlillərini və onların bir-birlərinə verdikləri cavabları müfəssəl şəkildə qeyd etdikdən sonra təkfirə qarşı çıxanların dəlillərindən olan bu hədisin mənasını çox müxtəsər və onun təkfirə mane olma dəlalətini qapalı bir şəkildə zikr etmişdir. Beləliklə hədisdəki şəfaətin namazı tərk edənə də şamil olunduğunu ifadə edən açıq-aydın dəlaləti üzə çıxmamaqdadır. İbn Qeyyum – rahmətullahi aleyhi – zikr olunan kitabda belə deyir: Şəfaət hədisində Allah: «Lakin İzzətimə and olsun ki: «Lə İləhə İLləllah» deyən kimsələrin hamısını Cəhənnəmdən çıxardacağam!» deyə buyurmuşdur. «…Heç bir xeyir etməyən kimsələr də atəşdən çıxacaq…» ifadəsini hədisə əlavə edir.
       Göründüyü kimi hədisin bu şəkildəki mətni iki dəyişik hədisin bir yerə gətrilib uydurulmuş halıdır. Hədisin əvvəli Buxari və Müslimin ittifaqla rəvayət etdikləri Ənəs – radıyallahu anhu – nun hədisinin son hissəsidir. Biz onu yuxarıda zikr etdik. Hədisin son qismi isə bu kitabın əsil mövzusunu təşkil edən «Əbu Səid» hədisində zikr edilən: «…Bundan sonra atəşdən bir cəmaatı toplayar ki, dünyada ikən heç bir xeyir işləməyib də Cəhənnəmdə yanıb kömürə dönmüş bir çox kimsələri çıxarır…» qismidir.
      

İBN QEYYİM – rahmətullahi aleyhi – NİN TƏNQİDİ


       İbn Qeyyim – rahmətullahi aleyhi – hədisin mənasını ixtisar etməyə yol verməsi açıq-aydındır. Dəyərli oxucusu! Əvvəlki səhifələrdə İbn Həcər – rahmətullahi aleyhi – nin İbn Əbi Həmzəni tənqid edərkən tənqidinin doğruluğunu sübut edən tamam-layıcı dəlillər zikr etmiş və demişdir: «mömilərin ikinci və ondan sonrakı şəfaətləri – namaz qımayanlara və onları – atəşdən çıxarmaq üçündür. Beləliklə hədis də buna qəti bir dəlildir». Bu hədis izahını etməyə çalışdığımız məsələdə qəti bir dəlildir. Bu məsələdə zikr olunan dəlillərə təslim olaraq əqidənin birləşdirdiyi alimlər arasında münaqişənin nəhayət sona çatmasıdır. Eyni əqidənin birləşdirdiyi alimlər arasında bu məsələ ilə bağlı münaqişənin bitməsi lazımdır. Məhəmməd ümmətindən böyük günah işləyən kimsələri təkfir etməmək də onların üzərində yekdilliklə ittifaq etdikləri əqidələrindəndir. Elmə nisbət edilən bəzi kimsələrin- inkar edərək namaz və digər əməlləri tərk edən kafirləri buraxıb – etiqadı sağlam olub vacib olan əməllərdən bəzilərində səhlənkarlıq edən müsəlmanları təkfir etmələri, xüsusi ilə bu zamanda heç də doğru deyildir. Allah buyurur: «Məgər biz müsəlmanları kafirlərlə eynimi tuta-cağıq! Sizə nə olub, necə mühakimə yürüdürsünüz» (Nunvə ya Qələm 35-36).
       Zikr olunan şeylərin lazımınca açıq-aydın olması üçün İbn Qeyyim – rahmətullahi aleyhi – bu hədisi, təkfirə mane olan qrupun sağlam dəlil olaraq zikr etməkdən diqqətsizlik göstərməməsini istərdim. Yanında bu hədisə verəcək bir cavabı var idisə onu da verməli idi. Bu şəkildə hərəkət edildikdə quruplardan heç birinə meyil etmədən hər iki qurupa da insaf edilmiş və araşdırmaya da haqqı verilmiş olurdu. Bununla bərabər (İbn Qeyyim) araşdıran bir kimsənin iki qurupun da dəlillərini səhih olaraq başa düşməsinə yardım edən: «İki qurup arasındakı hökm və onlar arasındakı münaqişənin təfsilatı» deyə xüsusi bir bab açmışdır. Bundan ötrü ona təşəkkür etmək üzərimə vacibdir. Ona təşəkkür edirəm.

KÜFRÜN ƏMƏLİ VƏ ETİQADI OLARAQ İKİ QİSMƏ AYRILMASI

Başlıqlar

  • Redaktordan
  • Tərcüməçinin müqəddiməsi
  • Müqəddimə
  • Namazı tərk edən haqqında alimlərin ixtilafı
  • Təklif məsələsinin təhlükəsi;
  • Alimlərin Görüşlərindən Istifadə Edilən Faydalar
  • Əhli Sünnətin Əl-Vad Və Əl-Vaid Qaydasi
  • Müəllifin Müqəddiməsi;
  • Kitabin Əsasini Təşkil Edən Hədisin Mətni
  • Hədisin Təxrici
  • Hədisin Fiqhi Izahi
  • Məsələnin Araşdirilmasi Və Incələnməsi
  • Küfrün Əməli Və Etiqadi Olaraq Iki Qismə Ayrilmasi
  • Məsələ Ilə Bağli Ibn Teymiyyə – Rahmətullahi Aleyhi – Nin Görüşləri
  • Imam Əhməd – Rahmətullahi Aleyhi – Nin Məsələ Ilə Bağli Mövqeyi
  • Hənbəli Alimlərinin Məsələyə Baxişlari
  • Təəssübkeş Cahillərə Xəbərdarliq Və Hüzeyfə Hədisinin Səhihliyi
  • Müsəlmani Təkfir Etməyə Mane Olan Hallar
  • Iki Ay Namazi Tərk Edən Haqqinda Imam Əhməd – Rahmətullahi Aleyhi – nin Görüşü
  • Imam Əhməd Namazi Tərk Edəni Mütləq Olaraq Təkfir Etməmişdir
  • Imam Şafii Və Imam Əhməd Mübahisəsi
  • Tövhid Əhli Olan Bir Kimsəni Təkfir Əsla Caiz Deyildir
  • Copyright@www.SelefEqidesi.com, 2006