![]() |
![]() |
|
KÜFRÜN ƏMƏLİ VƏ ETİQADI OLARAQ İKİ QİSMƏ AYRILMASIİbn Qeyyim – rahmətulahi aleyhi – zikr olunan babda alimlərin yanında qəbul edilən müsəlmanın düçar olduğu hər küfrün onu İslam millətindən çıxarmayacağı məsələsini çox gözəl izah etmiş və bu məsələyə haqqını vermişdir. Bununla bərabər onun bu kitabındakı məqamını açıqlayan sözlərinin xülasəsini və bəzi şərtləri bu kitabda yerləşdirib, sonra onları – bu səhih hədisə uyğun və racih (üstün) tutulan görüşə uyğun – tənqid etmək istəyirəm. Çünki bunun dəyərli oxucuya faydalı olacağına inanıram. İbn Qeyyim – rahmətullahi aleyhi – belə demişdir: «Küfr iki qisimdir. O, da əməli küfr, inkarı və etiqadı küfrdür. Əməli küfr: İmana zidd olan və imana zid olmayan qisimlərə ayrılır. Heykəllərə səcdə, Quranı təhqir etmək, Peyğəmbəri söymək – və ya öldürmək – kimi günahlar imana zid etiqadı küfrdür. Allahın nazil etdiyi ilə hökm verməmək, namazı tərk etmək əməli küfrdür». Mən də deyirəm ki, İbn Qeyyim – rahmətullahi aleyhi – nin mütləq olaraq işlədilən bu ifadəsi mübahisəlidir. Bir kimsənin namazı tərk etməsi, onun namaz və namaz qılanı lağa qoyması və ya hakim onu namaza dəvət etdiyi halda öldürülməyi namazdan üstün tutması kimi əqidəsinin fəsadına dəlalət edən bir əməli ilə birləşərsə o, kimsənin küfrü etiqadı küfrə dönə bilər. Bu qaydanı unutma! Çünki mühümdür». İbn Qeyyim – rahmətullahi aleyhi – sözünə davam edərək deyir: «Allah və Rəsulu, ona küfr sifətini verdikdən onu namaz qılandan nəfy etmək mümkün deyildir. Lakin bu küfr, əməli küfrdür, etiqadı küfr deyildir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in zina edən, oğurluq edən, içki içən, qonşusunun şərrindən əmin olmayan və s kimsələrdən imanı nəfy etmişdir. İman ismi şamil edilməyən kimsələr, əməl tərəfdən küfrdədirlər. Lakin bu etiqadı küfr deyildir. Belələrindən inkar və etiqadı küfr meydana gəlməmişdir». Mən də deyirəm ki: «Bu kimi əməlləri edənlərə küfr sözü mütləq şəkildə istifadə olunaraq: «Zina edən kafirdir» sözü bir tərəfə, «Zina edən küfrə girdi» demək belə caiz deyildir. Nasların hər biri ilə hərəkət edərək həddi aşmamaq lazımdır. Bəbut-təğliz adlanan hədislərdə zikr edilən, bu və buna bənzəri onun həqiqi mənası dərk olunmadan hər bir əməli tərk edən üçün: «Kafir və qanı Mübahdır» kimi kəlmələri işlətmək doğru deyildir. İbn Qeyyim – rahmətullahi aleyhi – Peyğəmbər – sallallahu aleyhi və səlləm – in: «Müsəlmanı söymək fasiqlikdir, onu öldürmək (onunla vuruşmaq) isə küfrdür». Səhih hədisini zikr etdikdən sonra belə deyir: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bu hədisində əməli küfrü qəsd edib; kişini İslam dairəsindən çıxardan etiqadı küfrü qəsd etmədiyi məlumdur. İman ismi, zina və ya oğurluq edən kimsədən qaldırılsada o, kimsə İslam ümmətindən çıxmaz. Bu müfəssəl qayda, ümmətin Allahın Kitabını, İslam küfrü və onu vacib edən şeyləri ən yaxşı bilən səhabənin sözləridir. (İbn Qeyyim davam edərək) İbn Abbas – radıyallahu anhu –nun: «Kim Allahın nazil etdiyi (Kitab və Şəriət) ilə hökm etməyənlər, əlbəttə kafirdilər!» (əl-Maidə 44) ayəsi haqqında: «O, insanların zənn etdikləri küfr deyildir» sözünü zikr etməkdədir. Mən də deyirəm ki, Həkmi «Mustədrək» 2/313-də İbn Abbas – radıyallahu anhu – nun sözlərini bu şəkildə ətraflı rəvayət etmişdir: «O, küfr sahibini İslam millətindən çıxaran küfr deyildir. Ondan daha alt səviyyədə olan bir küfrdür». Həkim və İmam Zəhəbi bu xəbəri səhihləmişlər. İbn Abbas – radıyallahu anhu – nun bu təfsiri, təkfir firqəsinin və (bu məsələdə) həddi aşan sapıqların bel sümüyünü qıran bir dəlildir. İbn Qeyyim – rahmətullahi aleyhi – sözünə davam edərək deyir: «Namazı tərk edən kimsədən imanı nəfy etmək, böyük günahları edən kimsədən imanı nəfy etməkdən daha münasibdir. Namazı tərk edən kimsədən İslamı nəfy etmək, müsəlmanların dilindən və əlindən salamat olmayan kimsədən İslamı nəfy etməkdən daha münasibdir. Namazı tərk edən kimsədə hər nə qədər İman və İslam şübhələri olursa olsun o, kimsə mömin və ya müsəlman deyə adlandırılmaz». Mən də deyirəm ki, İbn Qeyyim – rahmətullahi aleyhi – nin namazı tərk edən kimsədən zikr olunan isimləri nəfy etməsi münaqişəyə aparır və doğru deyildir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən zikr olunan hədisdə: «…Onu öldürmək (onunla vuruşmaq) isə küfrdür» deyə buyurarkən, bununla bərabər Allah Qurani Kərimdə: «Əgər möminlərdən iki dəstə vuruşarlarsa onların arasını düzəldin…» (əl-Hucurat 9) buyurmuş və təcavüzkar dəstəni mömin deyə adlandırmışdır. Beləliklə belə bir müsəlmanı küfrlə vəsf etmək və müsəlman sifətini ondan nəfy etmək bir tərəfə, onu mömin sifəti ilə vəsf etmək lazımdır. Namazı tərk edənin vəziyyəti də eyni ilə belədir. İbn Qeyyim – rahmətullahi aleyhi – namazı tərk edəndən o, sifətləri nəfy edərkən: «Namazı qılmayan kamil bir müsəlman deyil» deyirsə bu müstəsnadır. Lakin bu da yenə çox uzaq bir ehtimaldır. İBN QEYYİM – rahmətullahi aleyhi – NİN QƏTİ İFADƏLƏRDƏN ÇƏKİNMƏSİİbn Qeyyim: «Bəli… namazı tərk edənə imanı fayda verir, onu Cəhənnəm atəşində əbədi qalmaqdan qurtarırmı? demək qaldı» demişdi. Sonra bu suala belə cavab verir: «Tərk olunan, qalan imanın səhihliyi və mötəbərliyində şərt deyilsə o, kimsəyə fayda verir. Tərk olunan, yerdə qalan imanın mötəbərliyinə şərt sayılırsa onda o, kimsəyə fayda verməz. Namaz imanın səhih olması üçün şərtdirmi? Bax, məsələnin sirri elə budur». Mən də deyirəm ki, İbn Qeyyim – rahmətullahi aleyhi – yuxarıda qeyd olunan ifadələrdən sonra namazı tərk edəni təkfir edən birinci qrup üçün zikr etdiyi dəlillərə işarə edərək belə demişdir: «Bunlar, namaz əməli olmadan qulun əməllərindən heç bir şeyin qəbul olunmayacağına dəlalət edir». Mən də deyirəm ki, İbn Qeyyim – rahmətullahi aleyhi – əməli küfrlə etiqadı küfrü bir-birindən ayırd edən və bir müsəlmanın əməli küfrlə İslam ümmətindən çıxmayacağını açıqlayan dəyərli araşdırmasında namazı tərk edəni təkfir edən qrupun bir çox dəlillərini zikr etdiyi halda, bu haqda qəti bir hökm verə bilməmişdir. Çünki bu dəlullərin hamısı əməli küfrə dəlalət etməməkdədir. Buna göra də sonda: «Namazı tərk edəni n imanı ona fayda verirmi? İmanın səhihliyi üçün namaz şərtdirmi?» kimi suallara sığınmışdır. İbn Qeyyim – rahmətullahi aleyhi – nin zikr olunan suallara verdiyi cavabları yaxşıca düşünən hər bir insaf sahibi, onun qəti cavab verməkdən çəkinib saleh əməllər namazsız qəbul olunmaz dediyini görəcəkdir. Bəs imanın səhih olması üçün namazın şərt olmasına verdiyi cavabı haradadır? Burada imanın kamilliyi üçün namazı şərt olmasını nəzərdə tutmuram. Çünki Əhli Sünnətə görə imanın kamil olması üçün əməllərin hamısı şərtdir, sadəcə namaz deyildir. Bu görüşə Xaricilər və Mötərizə əqidəsində olanlar müxalif olmuş və böyük günah edən-lərin atəşdə əbədi qalacaqlarını söyləmişlər. Xaricilər isə böyük günah edənləri açıq-aydın təkfir etmişlər. TƏKFİR EDƏNLƏRİN BƏZİ GÖRÜŞLƏRDƏ XARİCİLƏRLƏ BİRLƏŞMƏSİBir kimsə durub, namaz imanın səhihliyi üçün şərtdir, onu tərk edən atəşdə əbədi qalacaqdır desə, kimsə Xaricilərlə bəzi görüşlərində birləşmiş olur. Daha qorxulu orasıdır ki, zikr etdiyimiz şəfaət hədisinə müxalif olmuş olur. NAMAZ QILMAYAN HANSI HALDA TƏKFİR EDİLİR?İbn Qeyyim – rahmətullahi aleyhi – zikr olunan cavabdan çəkinərək, bir tərəfdən namazın İslamdakı yerini göstərmək, digər tərəfdən isə imanın səhihliyi üçün namazın şərt olduğuna dair heç bir dəlilin olmadığını hiss etdirmək istəmişdir. Beləlkilə namazı təmbəllik ilə tərk edən kimsə İbn Qeyyim – rahmətullahi aleyhi – yə görə küfrə girməz. Lakin o, kimsədə namazı təmbəllik ilə tərk etməklə bərabər etiqadı küfr də olarsa o, zaman küfrə girər və İslam ümmətindən çüxar. Mən buna işarə etmişdim. Bu məsələ ilə bağlı araşdırmanın sonunda İbn Qeyyim – rahmətullahi aleyhi – nin bu sözləri də bunu göstərməkdədir: «Namazı tərk edən bir kimsə insanların hüzurunda, başının üzərində qılıncın parladığını görüb öldürmək üçün əlləri və gözləri bağlanaraq namaz qılmağa dəvət edilir- ya namaz qılacaqsan, ya da öldürüləcəksən – deyildikdə: «Öldürün! Əsla namaz qılmayacağam» deyər və qılmamaqla israr edərsə belə bir kimsənin küfründə şübhə edən kimsələrə heyrət edilir». Mən də deyirəm ki, o halda namazı tərk edəni təkfir edən qrupun bütün dəlillərini hakimin ölümlə qorxutmasına baxmayaraq namazı qılmamaqda israrla ondan imtina edən kimsələr üzərinə şamil etmək lazımdır. Belə olduğu zaman namazı tərk edəni təkfir edənlərə, etməyənlərin dəlilləri cəm edilmiş və eyni kəlimədə birləşmiş olur. İbn Qeyyim – rahmətullahi aleyhi – nin ifadə etdiyi kimi sırf təmbəllik səbəbi ilə namazı tərk edən kimsə, təkfir edilməz. Çünki o, əməli küfrdür, etiqadı küfr deyildir. |
||
![]() |
Copyright@www.SelefEqidesi.com, 2006 | ![]() |