![]() |
![]() |
|
NAMAZI TƏRK EDƏN HAQQINDA ALİMLƏRİN İXTİLAFIZikr edilən bu Quran və Nəbəvi naslar qarşısında alimlər, namazı qəsdən tərk edən kimsəni təkfir etmə xüsusunda ixtilaf etmişdilər. İmam Bəğavi – rahmətullahi aleyhi - : «Şərhi Sünnə» isimli əsərində: «Fərz namazını qəsdən tərk edən kimsənin təkfirində elm əhli ixtilaf etmişdilər…» demişdir. Sonra da ixtilaf edən alimlərdən bir qrupunun adını zikr etməkdədir. İMAM ŞƏUKANİ – rahmətullahi aleyhi – NİN MƏSƏLƏ İLƏ BAĞLI İZAHIİmam Şəukani – rahmətullahi aleyhi - : «Neylul Əvtar» kitabında bir az öncə keçən Cabir – radıyallahu anhu – nun hədisini izah edərkən belə demişdir: «Bu hədis namazı tərk edən kimsənin əleyhinə küfrü vacib edən dəlillərdən biridir. Müsəlmanlar arasında namazın fərziyyətini inkar edərək onu tərk edən kimsənin küfründə ixtilaf yoxdur. lakin İslama yenicə girən bir kimsə və ya namazın fərziyyəti ona (tam şəkildə) təbliğ olunacaq qədər müsəlmanlarla oturub durmayan kimsələr bundan müstəsnadır. Lakin namazı tərk edən, onun fərziyyətini iqrar etməklə bərabər təmbəllikdən qılmayan – hansı ki, insanların bir çoxlarının halı belədir; alimlər bu xüsusda ixtilaf etmişdilər…». Sonra İmam Şəukani – rahmətullahi aleyhi – ixtilafdan bu şəkildə bəhs edir: «Bu xüsusda Sələf və Xələf, cumhurun məşhurlarının – Məlik, Şafii, Əbu Hənifə kimilərinin – görüşləri belədir: «Təmbəllik səbəbi ilə namazı tərk edən kimsə təkfir olunmaz. Əksinə o, kimsə fasid hesab olunur. Tövbə edib namazı qılarsa nə gözəl, əksi təqdirdə biz ona evli olub zina edən kimsə kimi hökm verib onu öldürərik…». İBN HİBBAN –rahmətullahi aleyhi – NİN MƏSƏLƏ İLƏ BAĞLI İZAHIİbn Hibban – rahmətullahi aleyhi - : «Səhih» əsərində Mustafa – sallallahu aleyhi və səlləm – in küfr kəlməsini namazı tərk edənə mütləq mənada istifadə etmişdir. Çünki namazı tərk etmək küfrə girməyin başlanğıcıdır. Bir kimsə namazı tərk edər və onda israr edərsə namazsızlığa alışar və bu hal onu digər fərzləri də tərk etməsinə gətirib çıxardar. Bu halda olan bir kimsə fərzlərin tərk olunmasına alışar və bu hal da onu fərzləri inkar etməsinə gətirib çıxardar. Beləliklə Peyğəmbər – sallallahu aleyhi və səlləm – küfrün növlərinin sonuncusu olan ən son kəliməni onun növlərinin birincisinə mütləq olaraq istifadə etmişdir. İbn Hibban sözünə davam edərək deyir: «Söylədiyimiz şeyin doğruluğuna dəlil olan xəbərin zikri» deyə açdığı babda Peyğəmbər – sallallahu aleyhi və səlləm – in: «Quranla mübahisə etmək küfrdür» sözünü davam edərək belə deyir: «Ərəblər nəticə etibarı ilə meydana gələcək bir şeyin ismini o, şey meydana gəlmədən öncə söyləyirlər. Bu səbəblə bir kimsə Quran haqqında mübahisə etsə, bu hərəkət onu Allah qorusun Quranın mütəşabih ayələri barədə şəkk-şübhəyə gətirib çıxardar. Buna görə də Peyğəmbər – sallallahu aleyhi və səlləm – in inkar mənasına gələn küfr kəliməsinin ona səbəb olacaq başlanğıc feli mübahisə haqqında ümumiləşdirmişdir». BU MƏSƏLƏDƏ ELM ƏHLİNƏ YARAŞAN İFADƏNamazı tərk etmək böyük bir hadisə və çox təhlükəli bir işdir. Namazı tərk etmək bir kimsəni – MAAZALLAH – dindən çıxararaq kafir və müşriklərin sırasına daxil edə bilər. Bu mühüm məsələdə alimlər ixtilaf etmişdilər. Elm tələbəsinə lazım olan bu məsələdə təmkinli hərəkər etmək və hər namazı tərk edənə şiddətli və qəti olaraq kafir və ya mürtəd hökmünü dərhal verməməkdir. |
||
![]() |
Copyright@www.SelefEqidesi.com, 2006 | ![]() |