İMAM ŞAFİİ VƏ İMAM ƏHMƏD MÜBAHİSƏSİ


       Subki «Tabaqatu Şafiyyətul Kubra» 1/220 isimli kitabında belə demişdir: «Hekayə (rəvayət) olunduğuna görə İmam Şafii ilə İmam Əhməd bir-birləri ilə namazı tərk edən haqqında mübahisə etdilər.
       Şafii: Ya Əhməd! Namazı tərk edən kafir mi olur deyirsən?
       Əhməd: Bəli, dedi.
       Şafii: O, kimsə kafir olduğu vaxt nə ilə müsəlman olur?
       Əhməd: Lə İləhə İlləllah Muhəmmədən Rəsulullah ilə.
       Şafii: Axı, həmən şəxs bu sözü heç tərk etməmişdir.
       Əhməd: Namaz qılaraq müsəlman olur.
       Şafii: Kafirin namazı səhih olmadığına görə, namazla onun müsəlmanlığına hökm verilməz, deyincə İmam Əhməd susmuşdur.
       Mən də deyirəm ki, iki səbəbdən bu mübahisə İmam Əhməddən gəlməz.
       BİRİNCİSİ: Bu mübahisə hekayəsi sabit deyildir. Buna görə də qissəni söyləyən Subki onu nəql edərkən sözünə: «Hekayə (rəvayət) olunduğuna görə» deyə başlamışdır. Bu hekayənin sənədi munqatidir (yəni qopuqdur).
       İKİNCİSİ: İmam Əhməd – rahmətullahi aleyhi – nin mücərrəd namazı tərk edən bir müsəlmanı təkfir edir sözünə əsasən söyləmişdir. Açıqlanması keçdiyi kimi İmam Əhməd – rahmətullahi aleyhi – nin mücərrəd namazı tərk edən bir müsəlmanı təkfir etməmişdir. Bu hekayəni söyləyən olsa-olsa zamanımızdakı mücərrəd namazı tərk edən müsəlmanları təkfir edən bəzi kimsələrdir. Mənim onlardan ümidim – kitabı, üzərində bina etdiyimiz – bu səhih hədis ilə tanış olduqdan sonra bu hədisə uyğun Əhməd və digər hənbəli məzhəbinin böyük imamlarının sözlərinə qayıtmalarıdır.

TÖVHİD ƏHLİ OLAN BİR KİMSƏNİ TƏKFİR ƏSLA CAİZ DEYİLDİR

Başlıqlar

  • Redaktordan
  • Tərcüməçinin müqəddiməsi
  • Müqəddimə
  • Namazı tərk edən haqqında alimlərin ixtilafı
  • Təklif məsələsinin təhlükəsi;
  • Alimlərin Görüşlərindən Istifadə Edilən Faydalar
  • Əhli Sünnətin Əl-Vad Və Əl-Vaid Qaydasi
  • Müəllifin Müqəddiməsi;
  • Kitabin Əsasini Təşkil Edən Hədisin Mətni
  • Hədisin Təxrici
  • Hədisin Fiqhi Izahi
  • Məsələnin Araşdirilmasi Və Incələnməsi
  • Küfrün Əməli Və Etiqadi Olaraq Iki Qismə Ayrilmasi
  • Məsələ Ilə Bağli Ibn Teymiyyə – Rahmətullahi Aleyhi – Nin Görüşləri
  • Imam Əhməd – Rahmətullahi Aleyhi – Nin Məsələ Ilə Bağli Mövqeyi
  • Hənbəli Alimlərinin Məsələyə Baxişlari
  • Təəssübkeş Cahillərə Xəbərdarliq Və Hüzeyfə Hədisinin Səhihliyi
  • Müsəlmani Təkfir Etməyə Mane Olan Hallar
  • Iki Ay Namazi Tərk Edən Haqqinda Imam Əhməd – Rahmətullahi Aleyhi – nin Görüşü
  • Imam Əhməd Namazi Tərk Edəni Mütləq Olaraq Təkfir Etməmişdir
  • Imam Şafii Və Imam Əhməd Mübahisəsi
  • Tövhid Əhli Olan Bir Kimsəni Təkfir Əsla Caiz Deyildir
  • Copyright@www.SelefEqidesi.com, 2006