![]() |
![]() |
|
İMAM ƏHMƏD NAMAZI TƏRK EDƏNİ MÜTLƏQ OLARAQ TƏKFİR ETMƏMİŞDİRİmam Əhməd – rahmətullahi aleyhi – nin bu fətvası iki şeyə dəlalət etməkdədir. BİRİNCİSİ: Bir az öncə zikr edildiyi kimi – qılınması lazım olan fovt (ötürdüyü, keçirdiyi) namazların hamısını qəza edərək, zimmətdən (boynundan düşməsə də) belə o, kimsə İslam üzərə qalmaqdadır. İKİNCİSİ: Namazı qəza etmənin hökmü, (namazı vaxtında) yerinə yetirməyin hökmündən daha alt səviyyədədir. Çünki mən İmam Əhmədin – hətta elmdə ondan daha aşağı səviyyədə olan birisinin – yaşayışını təmin etmək üçün vaxtı çıxana qədər namazı tərk etməsinə izn verdiyinə inanmıram. Doğrusunu Allah bilir. Müsəlman qardaşım! Bunu da bil ki, İmam Əhməd – rahmətullahi aleyhi – dən rəvayət edən bu və bu mənada olan fətvası müsəlmanın özü və xüsusi ilə də İmam Əhməd – rahmətullahi aleyhi - : «Hədis səhih olduğu vaxt o, mənim məzhəbimdir» demişdir. İmam Əhməd – rahmətullahi aleyhi – nin bu fətvasına müxalif olaraq rəvayət edilən digər sözlər çox muttarib (qarışıq)və bir-birinə ziddir. Məsələn: «əl-İnsaf» 1/327-328-də və hənbəli məzhəbində etimad edilən digər kitablarda bu vəziyyəti görə bilərsən. O, sözlərin muttarib və bir-birinə zidd olmasına baxmayaraq namazı mücərrəd tərk etdiyi üçün müsəlmanın küfrə girəcəyi açıq-aydın ifadə edilmir. Bu sözlərin vəziyyəti belə olduqda İmam Əhməddən mütləq mənalı ifadələri məhdudlaşdırıb və onun demək istədiyini açıqlayan ifadələrə aid edib onlarla izah edilməlidir. Onun namazı tərk edən haqqında həqiqəti demək istədiyi ifadələrini oğlu Abdullah vasitəsi ilə yuxarıda qeyd edilmişdir. İmam Əhməd – rahmətullahi aleyhi – dən namazı mücərrəd tərk edənin küfrə girəcəyi haqqında açıq-aydın bir fətva olduğunu fərz etsək belə o, fətvanı tərk edib, bu kitabın təməli olan- namazı tərk edənin zərrə qədər imanı olsa belə Cəhənnəm atəşindən çıxacağını bildirən səhih hədisə uyğun fətvasını almadığımız lazımdır. Təhqiq əhli olan hənbəli alimlərinin çoxu onun bu məsələ ilə bağlı görüşlərini belə açıqlamışdılar. Əbul Fərəcin ifadələrində zikr edildiyi kimi İbn Qudamə əl-Məqdisi o, alimlərdən biridir. İbn Qudamənin bu məsələ ilə bağlı sözünün mətni belədir: «Beş ibadətdən birini təmbəllik səbəbi ilə bir kimsə tərk edərsə küfrə girməz». Bu ifadə «əl-Miğni» kitabındakı ifadəsidir. «əl-Muğni» 2/298-302-də geniş bir araşdırma və məsələdəki ixtilafa toxunaraq onların dəlillərini zikr etdikdən sonra «əlMuğni» kitabından zikr etdiyim sözləri ilə məsələni bitirmişdir. İstəyən kimsə ona müraciət edə bilər. İbn Qudamənin bu sözü, şübhə edilməyən doğru bir sözdür. Hənbəli alimlərindən «əş-Şərhul Kəbir» və «əl-İnsaf» isimli əhəmiyyətli qaynaqların müəllifləri də bu fikirdədirlər. İmam Əhməd – rahmətullahi aleyhi – nin fətvalarından onu bu məsələdəki səhih olan görüşlərini bildiyin zaman, İmam Şafii – rahmətullahi aleyhi – nin tərcümeyi halını yazarkən Subkinin, İmam Əhməd haqqındakı sözlərinin doğru olmadığını başa düşərsən. |
||
![]() |
Copyright@www.SelefEqidesi.com, 2006 | ![]() |