İKİ AY NAMAZI TƏRK EDƏN HAQQINDA İMAM ƏHMƏD – rahmətullahi aleyhi – NİN GÖRÜŞÜ


       Yeri gəlmişkən İmam Əhməd – rahmətulahi aleyhi – nin namazı tərk edənlə bağlı başqa bir sözü də vardır. Əhməd – rahmətullahi aleyhi – nin əvvəl zikr etdiyi sözü ilə bu sözlərini bir-birinə cəm etmək lazımdır. Eyni zamanda Əhməd – rahmətullahi aleyhi – nin bu sözü də namazı tərk edənin mücərrəd onu tərk etməsi ilə küfrə düşməyəcəyinə dəlalət edər. Lakin onun sözü səhf dəyərləndirilərək belə başa salınır.
       Əhməd b. Hənbəl – rahmətullahi aleyhi – nin oğlu Abdulla «əl-Məsail» isimli kitabının 56-cı s belə deyir: «İki ay namaz qılmayan kimsənin vəziyyəti haqqında atamdan soruşdum». Belə cavab verdi: «O, kimsə qılmadığı namazlardan xatırladığını hansı namazın vaxtında xatırlayıbsa o, vaxtı da qılmalıdır. O, namazlarını (namazın) ən son vaxtı çıxana qədər namazlarını qılmağa davam edər. O, vaxtın namazının fovt (ötməsindən, keçməsindən) qorxarsa həmin vaxtın namazını qılmalıdır. Onu da tərk edərək ikinci dəfə namazını buraxmaz. Sonra qayıdaraq irəlidəki namazın vaxtının çıxmasından qorxana qədər yenə də namaz qılmağa davam edər. Əgər tərk edilən namaz çox olarsa və namazı tərk edən də (alisinin) ruzisini təmin edən bir kimsədirsə (namaz borcu olan kimsə) onların hamısını birdən qılacaq gücünə malik deyilsə (ailəsini) təmin edən şeyləri əldə edənə qədər çalışar. Sonra da namazını təkrar qılmağa davam edər. O kimsə bir fərz namazı qılarkən ondan əvvəl qılmamış bir fərz namazını xatırlayarsa onu yerinə yetirər. Ona başqa bir namaz caiz deyildir.
       Dəyərli oxuyucu! Əhməd – rahmətullahi aleyhi – nin bu sözlərinə bir bax. Onun bu sözləri daha öncə zikr edilən: «Müsəlman, mücərəd namazı tərk etməklə İslamdan çıxmaz» həqiqətinə dəlalət etməkdədir. İki ay dalbadal namazı tərk etdiyi halda onu İslamdan çıxarmır. Hətta Əhməd – rahmətullahi aleyhi – ruzisini təmin etmək üçün onun bir qism namazları təxirə salmasına da belə izn verir.

İMAM ƏHMƏD NAMAZI TƏRK EDƏNİ MÜTLƏQ OLARAQ TƏKFİR ETMƏMİŞDİR

Başlıqlar

  • Redaktordan
  • Tərcüməçinin müqəddiməsi
  • Müqəddimə
  • Namazı tərk edən haqqında alimlərin ixtilafı
  • Təklif məsələsinin təhlükəsi;
  • Alimlərin Görüşlərindən Istifadə Edilən Faydalar
  • Əhli Sünnətin Əl-Vad Və Əl-Vaid Qaydasi
  • Müəllifin Müqəddiməsi;
  • Kitabin Əsasini Təşkil Edən Hədisin Mətni
  • Hədisin Təxrici
  • Hədisin Fiqhi Izahi
  • Məsələnin Araşdirilmasi Və Incələnməsi
  • Küfrün Əməli Və Etiqadi Olaraq Iki Qismə Ayrilmasi
  • Məsələ Ilə Bağli Ibn Teymiyyə – Rahmətullahi Aleyhi – Nin Görüşləri
  • Imam Əhməd – Rahmətullahi Aleyhi – Nin Məsələ Ilə Bağli Mövqeyi
  • Hənbəli Alimlərinin Məsələyə Baxişlari
  • Təəssübkeş Cahillərə Xəbərdarliq Və Hüzeyfə Hədisinin Səhihliyi
  • Müsəlmani Təkfir Etməyə Mane Olan Hallar
  • Iki Ay Namazi Tərk Edən Haqqinda Imam Əhməd – Rahmətullahi Aleyhi – nin Görüşü
  • Imam Əhməd Namazi Tərk Edəni Mütləq Olaraq Təkfir Etməmişdir
  • Imam Şafii Və Imam Əhməd Mübahisəsi
  • Tövhid Əhli Olan Bir Kimsəni Təkfir Əsla Caiz Deyildir
  • Copyright@www.SelefEqidesi.com, 2006