![]() |
![]() |
|
İMAM ƏHMƏD – rahmətullahi aleyhi – NİN MƏSƏLƏ İLƏ BAĞLI MÖVQEYİƏhməd b. Hənbəl – rahmətullahi aleyhi – nin məsələ ilə bağlı sözü onların yaydıqlarının əksinə dəlalət etməkdədir. Çünki o, bu səhih hədisə müxaliflik etməz. Əhməd – rahmətullahi aleyhi – nin bu hədisə müxalifliyi necə mümkün ola bilər ki? Bu hədisi və bunun məzasına gələn Aişə – radıyallahu anhə – nin hədisini «Musnəd» əsərində rəvayət edən özüdür. Oğlu Abdullah «Məsail» isimli kitabında 55-ci s. bunları zkir edir: «Atamdan qəsdən namazı tərk edənin hökmünü soruşdum». Mənə belə dedi: «Namazı qəsdən tərk edib qılmayan və onu vaxtından sonra qılan kimsəni üç gün bu əmələ dəvət edərəm. Namazı qılarsa nə gözəl, əksi təqdirdə boynunu vuraram. Namazı qılmamaqda israr edib boynunu vurduğum kimsə yanımda mürtəd hökmündədir». Mən də deyirəm ki, İmam Əhməd – rahmətullahi aleyhi – nin bu ifadəsi namazı mücərrəd tərk etmək səbəbi ilə bir kimsənin küfrə girməyəcəyini; lakin namazı qılmadıqda öldürüləcəyini yaxşı bildiyi halda onu qılmaqdan imtina etdiyində küfrə girdiyini isbat edər. Bu kimsə əleyhinə belə bir hökmün verilməsinin səbəbi, öldürülməyi namaz qılmaqdan üstün tutmasıdır. Onun bu israrı küfrün etiqadı olduğuna, sahibinin də öldürülməyə haqlı olduğuna dəlalət edər. Bu ifadələrin bir bənzərini də İbn Teymiyyə – rahmətullahi aleyhi – nin babası – Məcdubni Teymiyyə Hənbəli fikhində yazılmış «Muhərrər» isimli kitabının 62-ci s: «Kim bu namazı inkar etmədən təmbəllik səbəbi ilə tərk edərsə, namaz qılmaqla əmr olunur. Vaxtı çıxana qədər qılmamaqda israr edərsə o, kimsənin öldürülməsi lazım olur» şəkilindəki ifadəsi yuxarıda izah edilən Əhməd b. Hənbəlin sözünə bənzəməkdədir. Mən də deyirəm ki, Şeyxülislamın babası sədəcə namazı təxirə saldığına görə sahibini təkfir etməmişdir». Buna görə Əbu Cəfər ət-Tahavi «Müşkülü Asar» 4/228 isimli kitabında bu məsələ ilə bağlı açdığı babda iki qrupun dəlillərini nəql edib namazı tərk edənin küfrə girməyəcəyi görüşünü mənimsəmiş və demişdir: «Biz namazı tərk edənə namaz qılmasını əmr edərik, lakin biz kafirə əvvəl namazı qılmasını əmr etmərik. Namazı tərk edən bu əməli ilə kafir olsaydı biz ona əvvəl İslamı əmr edərdik. Namazı tərk edənə İslama girməsini əmr etməyib namazı qılmasını əmr etməmiş o, kimsənin «əhli-namazdan» olduğuna dəlalət edər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Ramazan ayında qəsdən orucunu pozan kimsəyə kəffarəni və orucu əmr etməsi də yenə eyni qəbildəndir. Oruc da müsəlmandan başqa qeyri müsəlmandan qəbul edilməz. Necə ki, bir kimsə İslamın fərz qıldığı beş vaxt namazı, Ramazan orucu kimi ibadətlərdən bir ibadəti etmədən öncə Kəlimeyi Şəhadəti (İslamı) iqrar edərək müsəlman olursa, yenə də iqrar etdiyi Kəlimeyi Şəhadətinu inkar edərək kafir olur. Əməllərdən birini inkarsız tərk etdiyinə görə isə kafir olmaz. Onun müsəlmanlığı İslamı iqrar etməsi ilə idi, beləliklə də mürtədliyi də ancaq İslamı inkar etməsi ilə olur». Mən də deyirəm ki, bu gözəl bir fikir və sağlam bir sözdür. Onda rədd ediləcək bir şey də yoxdur. İmam Təhavinin bu ifadələri, İmam Əhmədin zikri keçən sözləri ilə təmamən uyğunlaşmaqdadır. Əhmədin sözləri: «Namazı qılmayan mücərrəd onu tərk etdiyi üçün küfrə girməz, əksinə o, kimsə namaza dəvət edildikdən sonra onu qılmamaqdan imtina edərsə və qılmamaqda israr edərsə» mənasına dəlalət etməkdədir. |
||
![]() |
Copyright@www.SelefEqidesi.com, 2006 | ![]() |