![]() |
![]() |
|
MƏSƏLƏ İLƏ BAĞLI İBN TEYMİYYƏ rahmətullahi aleyhi NİN GÖRÜŞLƏRİŞeyxülislam İbn Teymiyyə rahmətullahi aleyhi də belə etmiş, zikr olunan dəlilləri bizim şamil etdiyimiz mənalara şamil etmişdir. Şeyxülislam «Məcmuul Fətava» 22/48-də üzürsüz olaraq namazı tərk edən müsəlmandırmı? Deyə ondan soruşulduqda elmi, uzun bir izahatla cavab vermişdir. Mən o, cavabdan mövzumuzla bağlı bir qismini buraya daxil edirəm: «Malik, Şafii, Əhməd kimi alimlərin yanında namazı tərk edən kimsənin öldürüləcəyini bəyan etdikdən sonra belə demişdir: «Namazı tərk edən öldürülüncəyə qədər qılmamaqda israr edərsə o, kafir mürtəd olaraqmı öldürülür, yoxsa ki, müsəlmanların fasiqləri kimi bir fasiq olaraqmı öldürülür?» sualına iki görüşlə cavab vermişdir. O, görüşlərin ikisidə İmam Əhməd rahmətullahi aleyhi dən rəvayət edilməkdədir. Bir kimsə namazın fərziyyətinə etiqad edib, batində (daxilində) onun qılınmasını iqrar edirsə öldürülüncəyə qədər namazı qılmamaqda israr etməsi qeyri mümkündür. İnsanların belə bir halı bilinməməkdədir. Buna görə də İslamda belə bir əməl meydana gəlməmişdir. Namazın fərziyyətinə etiqad edib onu qılmayan bir kimsəyə namaz qılmasan biz səni öldürəcəyik deyildiyi halda namazı tərk etməkdə israr edən bir kimsə bilinməməkdədir. Buna bənzər bir şey İslamda heç olmamışdır. Bir kimsə öldürülüncəyə qədər namaz qılmaqdan imtina etsə, o kimsə namazın fərziyyətini batində (daxilində) iqrar etməməklə və onu yerinə yetirməməklə müsəlmanların yekdilliklə qəbul etdiklərinə görə küfrə girmişdir. Bu kimi kimsələrin küfr etməsi ilə bağlı səhabələrin sözləri olduqca qabarıq şəkildədir. Peyğəmbər sallallahu aleyhi və səlləm in: «Qul ilə iman arasında bağ namazı tərk etməkdir» hədisində də olduğu kimi səhih naslar da eyni şeyə dəlalət etməkdədir. Kim ölənə qədər namazı qılmamaqda israr edər və Allaha tək bir səcdə də belə etməzsə, belə birisi namazın fərziyətini iqrar etməməkdədir. Çünki namazın fərziyətinə və onu tərk edənin öldürüləcəyinə etiqad, (bir kimsəni) namazı qılmağa dəvət edər. Bu çağırışçı qüdrətlə bərabər gücü çatdığını etməsi lazımdır. Gücü çatdığı halda heç etməmişsə o, kimsə haqqında dəvətçi olmadığı başa düşülür. Bir kimsənin namazı tərk edənin cəzaya məruz qalacağına dair tam bir etiqadı, onu namazı qılmağa sövq edər. Lakin bəzən buna müxalif xüsuslar olub namazın təxirə salınması, onun bəzi fərzlərinin tərk edilməsi və ya bəzən də namazın fovti (ötməsi, keçməsi) kimi halları da ola bilər. Bu hallar müstəsnalıq təşkil edir. Lakin namazı qılmamaqda israr edib, heç namazı qılmayan və onu tərk etməkdə israr edərək ölən kimsələrə gəldikdə isə, belələri müsəlman olmaz. NAMAZI BƏZƏN QILIB, BƏZƏN DƏ QILMAYANLARIN VƏZİYYƏTİİnsanların əksəriyyəti bəzən namazı qılır, bəzən də onu tərk edirlər. Bu kimi kimsələrə onun haqqını layiqincə ödəmirlər. Bunlar VAİD altındadırlar. Sünnən kitablarında Ubadə b. Samit radıyallahu anhu nun hədisində Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdu: «Allah subhanəhu və təalə qullarına beş vaxt namaz fərz qılmışdır. Kim bu namazları səhlənkarlıq etmədən və qəsdən heç bir vaxtı tərk etmədən haqqı ilə yetinə yetirərsə, Allah onu Cənnətinə daxil edəcəyinə dair söz vermişdir. Kim də bu beş vaxt namazı qılmazsa Allahın ona heç bir sözü yoxdur. İstərsə onu Cənnətə daxil edər, istərsə də ona əzab verər». Namazlarını mühafizə edənlər, onlar Allahın əmr etdiyi kimi 9namazlarını) vaxtında qılanlardır. Namalarını bəzən təxirə salıb vaxtından sonraya keçirənlər və ya onun fərzlərini tərk edənlər Allahın diləməsi altındadırlar.Peyğəmbər sallallahu aleyhi və səlləm in: «Qiyamət günü qulun ilk olaraq hesaba çəkiləcəyi şey heç şübhəsiz ki, namazıdır. Qul onu (qılaraq) tamamlamışsa nə gözəl. Yox (əgər onları tamamlamamışsa), onun nafilə namazlarına baxın var mi? Deyilər. Qulun nafilə namazı varsa onlarla fərz namazı tamamlanır. Sonra digər əməllərin də (hesabı) belə edilər» hədisində olduğu kimi bu kimsələrin nöqsan buraxdıqları fərzlərini nafilə ibadətləri tamamlaya bilər. Əhməd b. Hənbəl rahmətullahi aleyhi nin mutəaxxirin alimlərindən bəzilərinin təfsilatsız olaraq yaydıqları namazı tərk edəni təkfir ilə bağlı sözü, İbn Teymiyyə rahmətullahi aleyhi nin bu izahatıyla onun hansı mənaya gəldiyinə açıqca dəlalət etməkdədir. |
||
![]() |
Copyright@www.SelefEqidesi.com, 2006 | ![]() |