HƏNBƏLİ ALİMLƏRİNİN MƏSƏLƏYƏ BAXIŞLARI


       İmam Əhməd – rahmətullahi aleyhi – nin sözlərini şamil etdiyim bu mənanın doğruluğunu sübut edən dəliullərdən biri də Şeyx Aladdin əl-Mərdaviyyinin «Əhməd b. Hənbəlin məzhəbində: «İxtilafi məsələlərdə racih (üstün) olanı tanımaqdakı insaf ölçüsü» isimli kitabında 1/402-ci səhifədə Əhmədin: «Namazı tərk edəni üç dəfə tövbəyə dəvət edərəm…» sözünü şərh edərək belə demişdir: «Namazı tərk edəni tövbəyə dəvət edən ya əmir ya da onun vəkili olur. O, kimsə bir çox namazı tərk etmiş olsa da əmirin onu tövbəyə dəvət etməsindən əvvəl öldürülməsi düzgün olmaz. Əhməd b. Hənbəlin məzhəbinin səhih görüşünə görə o, kimsə təkfir də edilməz. Səhabələrimizin çoxunun üzərində ittifaq etdikləri doğru görüş də elə bu görüşdür.
       Əbu Abdullah b. Batta – rahmətullahi aleyhi – də eyni görüşü seçdiyini əş-Şeyx Əbul Fərəc Abdurrahman b. Qudamə əl-Məqdisi, İmam Muvəffəkuddinin «əl-Muğni» isimli kitabına yazdığı şərhində (yəni) «Şərhi Kəbir» 1/385-də iddia etmişdir. Sonra da bu cümlələri zikr etmişdir: «Abdullah b. Batta namazı qılmayan kimsənin küfrünü söyləyən kimsələri rədd etmişdir». Əbul Fərəc Abdullah b. Batta – rahmətullahi aleyhi – nin sözləri üçün: «O, söz eyni zamanda fəqihlərin sözüdür. Əbu Hənifə, Məlik, Şafii və s. imamlar bunlardandır» demişdir. Daha sonra bu fəqihlərin görüşlərinin doğruluğunu sübut edən hədislərlə məsələni dəlillərlə sübuta yetirmişdir. O, hədislərin çoxunu İbn Teymiyyə – rahmətullahi aleyhi – nin sözləri zikr edilərkən rəvayət edilən Ubadə b. Samit hədisidir. Əbul Fərəc zikr olunan ifadələrini belə bildirməkdədir: «Namazı tərk edən mütləq olaraq kafir olsaydı İbn Teymiyyə – rəhmətullahi aleyhi – onu Allahın diləməsinə buraxmazdı».
       Mən də deyirəm ki, bu görünıü kitabımızın əsası etdiyimiz Əbu Səid hədisi və Aişə – radıyallahu anhum – un hədisi şübhəyə yer buraxmayaraq şəkildə təkid etməkdədir. Bunu yaddan çıxarmamalısan.
       Sonra Əbul Fərəc sözünə belə davam edir: «Namazı tərk edənin mütləq olaraq təkfir edilməməsində müsəlmanların icması vardır. Çünki biz heç bir zaman namazı tərk edənin ölüsünün yuyulmadığını, namazının qılınmadığını və mirasının mirasçılara verilmədiyini bilmirik. Namazı tərk edən küfrə girmiş olsaydı bu hökümlər əlbətdə yerinə yetirilərdi. Namazı tərk edənin tərk etdiyi namazları qəza etməsinin vacibliyi xüsusunda müsəlmanlar arasında ixtilaf olduğunu bilirik. Bununla bərabər onlar mürtədin namazı qəza etməsi haqqında ixtilaf etməmişlər. Lakin mütəqəddim (keçən) hədislərə gəlincə onlar təqliz babı və kafirlərə bənzətmə yönündə olub həqiqi mənası üzrə deyildir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in: «Müsəlmanı söymək fasiqlikdir, onunla vuruşmaq isə küfrdür» hədisi və s. bənzəri hədislər də bu babdandır. Bunlar təhdid edilməkdə şiddət bildirən hədislərdir». Bu görüş üçün şeyximiz Muvəffəkuddin əl-Məqdisi: «Allah ən doğrusunu bilir, sözləri doğrusu da elə budur» demişdir.
       Mən də deyirəm ki, Məhəmməd b. AbdulVahhab – rahmətullahi aleyhi – İbn Qudamənin «əl-Muğni» 1/95-96 isimli kitabına yazdığı haşiyədə bu görüşü zikr edir və özü də eyni görüşdə olduğunu iqrar edir. İmam Şəukani «əs-Şeylul Cərrad» 1/292- də namazı qəsdən tərk edənin küfrə girdiyi, öldürülməsi vacib olduğunu, müsəlmanların əmirinin onu öldürməli olduğunu ifadə edərkən; «Neylul Əvtar» 1/294-295 isimli kitabında namazı qılmayanın küfründən bağışlanmayan küfrü qəsd etmədiyini açıqlamışdır.
       Alimlərin bu xüsusdakı ixtilaflı görüşlərini və dəlillərini zikr etdikdən sonra belə demişdir: «Doğrusu namazı tərk edən kafirdir və öldürülür. Küfrünə gəlincə namazı tərk edəni ŞARİ – (Allah və Rəsulu) bu isimlə adlandırdığı hədislər səhih olaraq rəvayət edilmişdir. ŞARİ – bir kimsə ilə ona bu adı vermək arasına namaz qoymuşdur. Bir kimsənin namazı tərk etməsi bu adı ona verməyi caiz edir.
       Birinci qrupun ortaya qoyduğu etirazlar bizə lazım deyildir. Çünki biz küfrün bəzi növlərinin məğfirət və şəfaətlə bağışlana biləcəyini söyləyirik. Qiblə əhlinin bəzi günahları etməsini SARİ – küfr deyə adlandırmışdır. Burada insanların ilişib qaldıqları yorumlara ehtiyac yoxdur. İmam Şəukani – rahmətullahi aleyhi – nin bu ifadəsi doğrudur. Lakin Şəukaninin namazı tərk edənə «kafir» adı verməsinin caiz olduğu görüşünə getməsi, məsələni genişlədib həddi-ni aşmaqdır ki, bu heç də tərfilənəsi bir şey deyildir. Çünki namazın tərk edilməsi ilə bağlı işarə etdiyi hədislərdə (onun) iddia etdiyi kimi kafir sözü mütləq olaraq gəlməmişdir (deyilməmişdir). Hədislərdə ifadə «küfrə girər» şəkilindədir.
       Şəukani – rahmətullahi aleyhi - : «KƏFƏRA» felindən ismi fail olan «KAFİR» sözünün mənasını almasına razılıq verəcək bir kimsənin olacağını zənn etmirəm. Əgər belə bir kimsə varsa onun: «Allahdan başqasına and içən, müsəlmanı öldürən, nəsəbindən uzaq olan və s. bunlara bənzər günahları edən hər kəsə «KAFİR» sifətini mütləq olaraq istifadə etməsi lazımdır».
       Əbu Yala və digər hədisçilərin İbn Abbas – radıyallahu anhu – dan mərfu olaraq rəvayət etdikləri: «İslamın əsaslandığı təməllər və dinin qaydaları üç dənədir. Kim onlardan birini tərk edərsə bu səbəblə kafir olur,qanı da mübahdır. Onlar – Allahdan başqa ilah olmadığına şəhadət, fərz namazlar və ramazan orucu-dur» hədisi əgər səhih olsaydı namazı tərk edən kimsəyə kafir süfətini mütləq olaraq söyləməyin caizliyinə dair açıq-aydın bir dəlil olardı. Lakin hədis səhih deyildir. «Zəif Hədislər Silsiləsi» 94-də bu xüsusi açıqladım.
       Xülasə: Mücərrəd namazı tərk etmək bir müsəlman təkfir etmək üçün hüccət olmaz. Namazı tərk edən fasiqdir. İşi də Allaha qalmışdır. Allah diləyərsə ona əzab verər, diləyərsə onu bağışlayar. Bu kitabın əsasını təşkil edən hədis, bu məsələdə heç bir müsəlmanın şübhə etməyəcəyi açıq-aydın bir nasıdır, onu tərk edə bilməz.
       Namazı qılmayan bir kimsə onu qılmağa dəvət olunur, əgər qılmazsa ölümlə təhdid edilir. Buna baxmayaraq namazı qılmamağa davam edərsə bu kimsə kafir olaraq öldürülür. Onun qanı da mübahdır. Onun cənazə namazı qılınmaz və müsəlmanların qəbristanlığında da dəfn edilməz.
       Namazı tərk edəni mütləq olaraq təkfir edən xəta edir. Küfrün heç bir növünə nisbət etməyən, namazı qılmayan tam mömindir deyən kimsə də xəta etmişdir. Doğrusu bu məsələ müfəssəl şəkildə izaha ehtiyacı olan bir məsələdir.

TƏƏSSÜBKEŞ CAHİLLƏRƏ XƏBƏRDARLIQ VƏ HÜZEYFƏ HƏDİSİNİN SƏHİHLİYİ

Başlıqlar

  • Redaktordan
  • Tərcüməçinin müqəddiməsi
  • Müqəddimə
  • Namazı tərk edən haqqında alimlərin ixtilafı
  • Təklif məsələsinin təhlükəsi;
  • Alimlərin Görüşlərindən Istifadə Edilən Faydalar
  • Əhli Sünnətin Əl-Vad Və Əl-Vaid Qaydasi
  • Müəllifin Müqəddiməsi;
  • Kitabin Əsasini Təşkil Edən Hədisin Mətni
  • Hədisin Təxrici
  • Hədisin Fiqhi Izahi
  • Məsələnin Araşdirilmasi Və Incələnməsi
  • Küfrün Əməli Və Etiqadi Olaraq Iki Qismə Ayrilmasi
  • Məsələ Ilə Bağli Ibn Teymiyyə – Rahmətullahi Aleyhi – Nin Görüşləri
  • Imam Əhməd – Rahmətullahi Aleyhi – Nin Məsələ Ilə Bağli Mövqeyi
  • Hənbəli Alimlərinin Məsələyə Baxişlari
  • Təəssübkeş Cahillərə Xəbərdarliq Və Hüzeyfə Hədisinin Səhihliyi
  • Müsəlmani Təkfir Etməyə Mane Olan Hallar
  • Iki Ay Namazi Tərk Edən Haqqinda Imam Əhməd – Rahmətullahi Aleyhi – nin Görüşü
  • Imam Əhməd Namazi Tərk Edəni Mütləq Olaraq Təkfir Etməmişdir
  • Imam Şafii Və Imam Əhməd Mübahisəsi
  • Tövhid Əhli Olan Bir Kimsəni Təkfir Əsla Caiz Deyildir
  • Copyright@www.SelefEqidesi.com, 2006