![]() |
![]() |
|
KİTABIN ƏSASINI TƏŞKİL EDƏN HƏDİSİN MƏTNİİmam Məğmə b. Rəşid (Abdurrazzaqın «Musənnəf» əsərinə əlavə edilən 11/409-411) «Cami» isimli əsərində Zeyd b. Əsləmdən, o da Ata b. Yəsirdən, o da Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət etdi ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur: «…Nəhayət möminlər atəşdən qurtulduqları zaman, nəfsim əlində olana and olsun ki, möminlərin atəşdə olan qardaşları haqqında Rəbbləri ilə mücadələ etmələri sizdən birinizin dünyada ikən öz haqqı üçün qardaşı ilə mücadilə etməsindən daha şiddətlidir. Onlar: «Ey Rəbbimiz! Bu (cəhənnəmdə) qalan qardaşlarımız bizim ilə bərabər namaz qılır, oruc tutar və həcc edər (vəcihad edər) dilər! Lakin onları atəşə saldın» deyirlər. Allah onlara: «Gedin! Tanıdığınız kimsələri oradan çıxarın! Onların üzləri Cəhənnəmə haram edildi!» deyilir. Atəş onlardan kimisinin topuqlarına qədər, kimisinin diz qapaqlarına qədər yandırır. Onlardan bir çoxunu oradan çıxarırlar. Sonra: «Ey Rəbbimiz! Cəhənnəmdə əmr etdiklərindən heç kimsə qalmadı!» deyirlər. Sonra möminlər təkrar geri dönüb yenə də (Allaha müraciət) edərlər. Allah buyurar: «Geri dönün! Qəlbində bir dinar ağırlığında iman və yəqinlik olan hər kimi tanıyırsınızsa onu da oradan çıxarın!». Onlar yenə də bir çoxlarını oradan çıxarırlar. Sonra yenə: «Ey Rəbbimiz! Cəhənnəm içərisində əmr etdiklərindən heç kimsəni buraxmadıq!» deyirlər. Allah buyurur: «Geri dönün! Qəlbində yarım dinar ağırlığında xeyr olan hər kimi tanıyırsınızsa onu da oradan çıxarın!». Onlardan bir çoxunu oradan çıxarırlar. Sonra təkrar: «Ey Rəbbimiz! Cəhənnəmdə əmr etdiklərindən heç kimsəni buraxmadıq!» deyirlər. Allah buyurur: «Geri dönün! Qəlbində zərrə qədər ağırlığında xeyr olan hər kimi tanıyırsınızsa onu da oradan çıxarın!». Yenə bir çox insanları oradan çıxarırlar. Sonra təkrar: «Ey Rəbbimiz! Orada xeyr sahibi olan heç bir kimsəni buraxmadıq!» deyirlər. Əbu Səid əl-Xudri – radıyallahu anhu – deyir ki, əgər kim bu hədisə inanmırsa bu ayəni oxusun: «Həqiqətən Allah zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə onu iki qat artırar və öz tərəfindən də böyük mükafat verər». (ən-Nisa 40). Başqa rəvayətdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Nəhayət Allahın rəhmətindən olaraq, qulları arasında Cəhənnəm əhlindən dilədiklərini Cəhənnəmdən çıxartmağı əmr edərək mələklərə: «Lə İləhə İlləllah» - deyənlərdən, Allahın mərhəmət buyurduğu kimsələrdən, Allaha heç bir şeyi şərik (ortaq) qoşmamış olanları Cəhənnəmdən çıxarsınlar!» deyə əmr edir. Mələklər: «Onları Cəhənnəmdə səcdə yerlərindən tanıyırlar. Atəş Adəm oğullarının səcdə yeri müstəsna, hər yerini yeyir. Allah səcdə yerinə toxunmağı atəşə haram etmişdir!». Bundan sonra Allah buyurur: «Mələklər şəfaət etdilər, peyğəmbərlər şəfaət etdilər, möminlər şəfaət etdilər. Şəfaət etməyən bir Ərhamur-Rahimin qaldı. Bundan sonra atəşdən bir camaatı toplayır və dünyada ikən heç bir xeyr işləməyib cəhənnəmdə kömürə dönmüş bir çox kimsələri çıxarır. Onlar Cənnətin yolları üzərində olan «Həyat çayı» adı verilən bir çaya salınırlar. Onlar selin gətirdiyi yabanı reyhan toxumları kimi çıxırlar. Görmürsünüz ki, yabanı reyhan bəzən bir daş və ya bir ağac dibində (kölgədə bitdiyi kimi) necə olur. Günəşə doğru olan sarı, yaşıl olur. Kölgədə olan hissəsi isə açıq olur. (Başqa rəvayətdə «Ey Cənnət əhalisi! Bunların üzərinə bol su, Cənnət sularından tökün!» deyiləcəkdir). Boyunlarında qızıl və gümüşdən «Allahın azad etdiyi» kimsələr halqası – başqa rəvayətdə halqaları – olacaqdır. Allah buyurur: «Cənnətə girin! Meyl etdiyiniz və gözünüzün görə bildiyi hər nə varsa və bir o, qədəri də sizindir!» deyilir. Cənnət əhalisi onlar haqqında: «Bunlar Rəhmanın azad etdikləridir. Allah onları heç bir yaxşılıq etməmiş, etmiş heç bir xeyir əməlləri olmadığı halda Cənnətə saldığı kimsələrdir. Onlar: «Ey Rəbbimiz! Sən aləmlərdə heç kəsə vermədiyin yaxşılığı bizə verdin!» Onlara: «Sizə bundan gözəl bir şey vardır!» Onlar: «Ey Rəbbimiz! Bundan da gözəl?!» Allah buyurur: «Mənim rizam! Artıq bundan sonra sizə əbədiyyən qəzəb etməyəcəyəm!» |
||
![]() |
Copyright@www.SelefEqidesi.com, 2006 | ![]() |