HƏDİSİN FİQHİ İZAHI


       Gördüyünüz kimi başqa kitabda buna bənzər bir təxric (araşdırma) tapmayacağınız şəkildə təxricini etdim. Hədisin Buxari, Müslim, digər səhih, Sünnən və Müsnəd sahibi imamları arasında «Müttəfiqun aleyh» olduğunu bəyan etdikdən sonar deyirəm ki: «Bu hədisdə çox böyük faydalar vardır. Məsələn: Əməli Saleh möminlərin namaz qılsalar da belə günahları səbəbi ilə Cəhənnəmə düşən qardaşlarına və imanlarının qüvvətinə görə onlardan daha alt səviyyədə olan digər mömin qardaşlarına şəfaət etmələri; Sonra Allah – subhanəhu və təalə- nin möminlərdən Cəhənnəmdə qalanlara ehsan (yaxşılıq) edərək heç bir əməlləri və heç bir xeyirləri olmadığı halda onları Cəhənnəm atəşindən çıxarması zikr olunan hədisin faydalarındandır.
       Bəzi kimsələr hədisdəki: « …Allah onları heç bir yaxşılıq etməmiş, keçmiş heç bir xeyir əməlləri olmadığı halda…» ifadəsindən əməllə muvahhid olmayanların da Cəhənnəm atəşindən çıxacaqları fikrinə qapılmışlar. Hafiz b. Həcər – rahmətullahi aleyhi – Səhih Buxaridə bu hədisi zikr edərkən bu fikirləri rədd etmişdir: «Bu fikir rədd olunandır. Çünki hədisdə: «…Allah onları heç bir yaxşılıq etməmiş, keçmiş heç bir xeyr əməlləri olmadığı halda…» ifadəsindən məqsəd Kəlimeyi Şəhadəti iqrar etməklə çoxlu əməl etməkdir. Hədisin qalan hissəsi də buna dəlalət edir. «Fəthul Bəri» 13/438.
       Mən də deyirəm ki, bu ifadələrin doğruluğunu sübut edən ifadələrdən biri də Ənəs – radıyallahu anhu – nun şəfaət haqqında rəvayət etdiyi üzün bir hədisdir. Bu hədisdə: «…Ya Məhəmməd! Başını qaldır! Söylə, sözün dinlənilir! İstə, sənə verilir! Şəfaət et, şəfaətin qəbul edilir!». Bundan sonra mən: «Ya Rəbbim! Mənə izn ver: «Lə İləhə İLləllah» deyən kimsələr haqqında şəfaət edim». Allah – subhanəhu və təalə – ona: «İzzətimə, Cəlalıma, Əzəmətimə and olsun ki: «Lə İləhə İlləllah» deyən Tövhid əhlinin (müvahhidlərin) hamısını Cəhənnəmdən çıxardaca-ğam» buyurur. Bu hədis Buxari və Müslimin ittifaq etdiyi bir hədisdir. Eyni hədisi mən «Ziləlil Cənnə» isimli kitabımda da təxric etdim.
       Ənəs- radıyallahu anhu – dan gələn digər bir hədis isə belədir: «Allah insanlarla haqq-hesabı bitirdikdən sonra ümmətimdən Cənnətə girməyib (Cənnət ilə Cəhənnəm arasında) qalan kimsələri Cəhənnəm atəşinə daxil edər. Atəş əhli onlara: «Allaha ibadət etməniz, Ona heç bir şeyi şərik qoşmamağınız sizi Cəhənnəm əzabından qurtarmadı» deyirlər. Allah: «İzzətimə and olsun ki, onları Cəhənnəm atəşindən qurtarıb azad edəcəyəm» buyurur. Onlara elçilər göndərir. Qap-qara yanmış olaraq atəşdən çıxırlar. «Həyat adlanan çaya girərlər və orada yenidən canlanırlar».
      

ƏBU HƏMZƏYƏ RƏDDİYƏ


       Bu hədisi İmam Əhməd və s. hədisçilər səhih bir sənədlə rəvayət etmişdilər. Mən də eyni hədisi «Ziləlul Cənnə» -də ¹ 844 – də təxric etdim. Hədisin ismi verilən yerdə 842-843-cü nömrələrdə şahidləri də vardır. Zikr olunan hədisin «Fəthul Bəri» -də 11/464-də başqa şahidləri də vardır. Bu kitabın mövzusunu təşkil edən Əbu Səid hədisindən İbn Əbi Həmzənin, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in: «…Atəş üzlərinə toxunmaz…» və s. mənada zikr edilən: «…Üzləri müstəsnadır…» sözlərindən – müsəlman olub namaz qılmayan bir kimsə atəşdən çıxmaz, çünki onun üçün bir əlamət yoxdur – şəkilində hökm çıxarması rədd edilmişdir.
       Bu səhv fikrə görə Hafiz b. Həcər 11/465-də onu tənqid etmişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in: «…Allah onları heç bir yaxşılıq etməmiş, keçmiş heç bir xeyir əməlləri olmadığı halda…» sözünün ümumi mənası namaz qılmayanın Allahın azad etdikləri arasında Cəhənnəm atəşindən çıxacağına dəlildir. Bu ləfz «Kitabut Tövhid» -də gələn Əbu Səid – radıyallahu anhu – nun hədisində zikr edilmişdir. İbn Həcər bu sözləri ilə kitabın mövzusunu təşkil edən Əbu Səid hədisini nəzərdə tutmaqdadır. Bu hədisdə İbn Həcər, ibn Əbu Həmzəyə başqa tərəfdən də rədd və etiraz etməkdədir. O, da belədir: «Allah möminləri namaz qılan, oruc tutan və s. əməlləri edən müsəlman qardaşları üçün birinci dəfə şəfaətçi etdikdə, möminlər qardaşlarını bu əlamətləri ilə tanıyıb onları atəşdən çıxaracaqlar. Allah onları sonarkı cəhdlərində də şəfaətçi etdikdə atəşdən bir qrup kimsələri çıxarırlar. Bu çıxanları içərisində namaz qılmayanların olmadığı açıq-aydındır. Lakin bunlarla imanına görə xeyir vardır və hər kəs imanına görə gec də olsa Cəhənnəm atəşindən çıxarılacaqdır. Bu məna hədisdə həqiqətən də açıq-aydın və – inşəallah – heç kimə də gizli deyildir.

MƏSƏLƏNİN ARAŞDIRILMASI VƏ İNCƏLƏNMƏSİ

Başlıqlar

  • Redaktordan
  • Tərcüməçinin müqəddiməsi
  • Müqəddimə
  • Namazı tərk edən haqqında alimlərin ixtilafı
  • Təklif məsələsinin təhlükəsi;
  • Alimlərin Görüşlərindən Istifadə Edilən Faydalar
  • Əhli Sünnətin Əl-Vad Və Əl-Vaid Qaydasi
  • Müəllifin Müqəddiməsi;
  • Kitabin Əsasini Təşkil Edən Hədisin Mətni
  • Hədisin Təxrici
  • Hədisin Fiqhi Izahi
  • Məsələnin Araşdirilmasi Və Incələnməsi
  • Küfrün Əməli Və Etiqadi Olaraq Iki Qismə Ayrilmasi
  • Məsələ Ilə Bağli Ibn Teymiyyə – Rahmətullahi Aleyhi – Nin Görüşləri
  • Imam Əhməd – Rahmətullahi Aleyhi – Nin Məsələ Ilə Bağli Mövqeyi
  • Hənbəli Alimlərinin Məsələyə Baxişlari
  • Təəssübkeş Cahillərə Xəbərdarliq Və Hüzeyfə Hədisinin Səhihliyi
  • Müsəlmani Təkfir Etməyə Mane Olan Hallar
  • Iki Ay Namazi Tərk Edən Haqqinda Imam Əhməd – Rahmətullahi Aleyhi – nin Görüşü
  • Imam Əhməd Namazi Tərk Edəni Mütləq Olaraq Təkfir Etməmişdir
  • Imam Şafii Və Imam Əhməd Mübahisəsi
  • Tövhid Əhli Olan Bir Kimsəni Təkfir Əsla Caiz Deyildir
  • Copyright@www.SelefEqidesi.com, 2006