ALİMLƏRİN GÖRÜŞLƏRİNDƏN İSTİFADƏ EDİLƏN FAYDALAR


       İmam Əhməd – rahmətullahi aleyhi - , tələbəsi Hafiz Musəddəd b. Musərhəd vasitəsilə belə demişdir: «Allaha şirk qoşmağın və ya Allahın fərzlərindən bir fərzi inkar edərək rədd etməkdən başqa bir kimsəni İslamdan heç bir şey çıxarmaz. Bir kimsə fərzi təmbəlliklə tərk edərsə o, Allahın istəyi altındadır. İstərsə ona əzab verər, istərsə də onu bağışlayar».
       Mən də deyirəm ki, İmamın bu ifadəsi, hökmün ümumiliyi və namazın tərk edilməsi məsələsinin xüsusiliyi ilə bağlı Kitab və Sünnətdə bizə gələn hökmün açıq-aydınıdır. Allah – subhanəhu və təalə- isə buyurur: «Allah ona şərik qoşmağı bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar» (ən-Nisa 116). Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən rəvayət edilən: «Allah – subhanəhu və təalə – qullarına beş vaxt namaz fərz qılmışdır. Kim ki bu namazları səhlənkarlıq etmədən və qəsdən heç bir vaxtı tərk etmədən haqqı ilə yerinə yetirərsə, Allah onu Cənnətinə daxil edəcəyinə dair söz vermişdir. Kim də bu beş vaxt namazı qılmazsa Allahın ona heç bir sözü yoxdur. İstərsə onu Cənnətə daxil edər, istərsə də əzab verər».
       İKİNCİSİ: Muhəmməd b. Abdul Vəhhab – rahmətullahi aleyhi - : «əd-Durərus Səniyyə» 1/70 isimli kitabında bir kimsə hansı günahdan ötrü təkfir edilir və hansı günahdan ötrü onunla savaşılır deyə soruşulan bir kimsəyə verdiyi cavabında belə demişdir: «İslamın rükunları beşdir. Bunların ilki şəhadət kəliməsidir. Sonra digər rükunlar gəlir. Bu rükunları bir kimsə iqrar etdiyi halda təmbəllik səbəbi ilə tərk edərsə biz o, kimsə ilə o, rükunu tərk etdiyindən ötrü savaşsaq da onu öldürsək də əsla təkfir etmərik. Fərziyyətini inkarsız təmbəllik səbəbi ilə bir rükunu tərk edənin küfründə alimlər ixtilaf etmişlər. Bütün alimlərin, küfründə icma etdikləri şeyi biz də təkfir edərik. O, da şəhadət kəliməsidir».
       ÜÇÜNCÜSÜ: Namazı tərk edənin təkfirində Qurandan bir ayəni dəlil gətirən bəzi müəllimlər o, ayəni insanları təkfir edərkən dəlillərinin əsası etmişlər. O, da: «Əgər tövbə etsələr, namaz qılıb, zəkat versələr onlar sizin din qardaşlarınızdır. Biz ayələrimizi anlayıb bilən bir tayfa üçün belə ətraflı izah edirik» (ət-Tövbə 11). Bu ayəni dəlil gətirərkən belə deyirlər: «Allah bizimlə müşriklər arasında qardaşlığın sabitliyini onların namaz qılma şərtinə bağlamışdır. Kim namaz qılmazsa o, dində qardaşımız sayılmaz». Belə bir dəlilə iki tərəfdən cavab verilir: «İmam İbn Atiyyə – rahmətullahi aleyhi - : «əl-Muharrəri Vəciz» 8/139-da belə demişdir: «Ayədə olan əgər tövbə edərlər; yəni əgər hallarından dönərlərsə… Onların tövbəsi imanı əhatə edən bir tövbədir. Namazı qılmaq isə imanı əhatə edən bir tövbədən sonrakı şərtdir. Allah: «Əgər tövbə edərlər» ifadəsini namaz və zəkatdan əvvəl zikr etmişdir. Bu da dini qardaşlıqla bağlı hökm verməkdə əsas qaydanın ayədəki tərtib olduğuna dəlalət edir. Bu qaydaya görə Təbəri – rahmətullahi aleyhi - : «Cəmiul Bəyan» 18/86 isimli təfsirində belə deyir: «Allah – subhanəhu və təalə – buyurur: «Ey möminlər! Sizə öldürülmələrini əmr etdiyim o, müşriklər əgər küfr və Allaha şərik qoşmalarından Allaha və Rəsuluna imana dönərlərsə, Rəsuluma itaətlə təslim olur, fərz namazları qılar və onun haqlarını yerinə yetirərlərsə, fərz olan zəkatı əhlinə verərlərsə Allahın əmr etdiyi kimi onlar sizin din qardaşlarınızdır. O, din də İslam dinidir». Bu ayədə Allah namaz ilə zəkatı birləşdirmişdir. Bir kimsə tövbə etsə, namaz qılsa lakin zəkatı verməzsə müsəlmanların lehinə və əleyhinə olan hökmlər onun üzərinə də şamil edilib din qardaşınız sayılmazmı? Əgər «Bəli o, din qardaşımızdır» deyilsə, onda biz də belə deyərik: «Ayədə namaz və zəkat, tövbədən dərhal sonra bir yerdə (bərabər) tərtib ilə zikr edilmişdir. Bəs onda onları bir-birindən ayırmağın dəlilil nədir!?». Əgər: «O, din qardaşımız deyildir» deyərsə, onda biz də belə deyərik: «Şübhəsiz bu söz, haqqında heç bir dəlil olmayan batil bir sözdür.
      

İBN HUZEYFƏ – radıyallahu anhu – NUN HƏDİSİ İLƏ BAĞLI BİR NEÇƏ SÖZ


       DÖRDÜNCÜSÜ: Huzeyfə b. Yəmən – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü İslam paltarın naxışları köhnələrək silinib yox olduğu kimi silinib yox olacaqdır. Belə ki, (yer üzündə) nə orucun, nə namazın, nə həccin, nə də zəkatın nə olduğu bilinməyəcəkdir. Allah bir gecədə Quranı qaldıracaq və yer üzündə ondan bir ayə də belə qalmayacaqdır. O, zaman insanlardan yaşlılar və böyüklər qalacaqlar və deyəcəklər: «Biz babalarımızın bu kəlməni: «Lə iləhə illəllah» - söylədiklərini eşitdik. Buna görə də biz də onu söyləyirik». Bu hədisi İbn Məsə, Həkim, Əbu Muaviyə, Əbu Məlik əl-Əşcəi, Ribuyy b. Hiraş, Huzeyfə b. Yəmən yolu ilə mərfu olaraq rəvayət edilmişdir. Həkim bu hədisi səhihləmiş, İmam Zəhəbi də Həkimin səhihləməsinə razılıq göstərmişdir. Əl-Busuri «Misbahus Zucac» isimli kitabında zikr olunan hədisi səhihləmiş, İbn Həcər də Buxarinin şərhində 13/16-da bu görüşün doğruluğunu sübut etmişdir. Bəzi kimsələr hədisi Əbu Muaviyə haqqında varid olan zərərsiz bir neçə sözdən ötrü hədisi illətli (yəni: nöqsanlı) qəbul edərək hədisi zəif saymışlar. Lakin onlara qüvvətli bir sıralanma gizli qalmışdır. Bu hədisi eyni mətn və eyni sənədlə Əbu Muaviyə yerinə Əbu Əvana rəvayət etmişdir. Əl-Busuri «Misbahus-Zucac» 3/254-də belə demişdir. Əbu Əvana isə hər kəsin ittifaq etdiyi güvənilir (siqa-etibarlı) və razı olunan bir ravidir.
       Ustadımız əl-Albani – rahmətullahi aleyhi – dəyərli kitabı: «Səhih Hədislər Silsiləsi» 1/130-132-də zikr olunan hədisin açıqlamasında belə demişdir: «Bu hədisdə çox önəmli fiqhi faydalar vardır. O, da «Lə İləhə İlləllah» kəlməsi, sahibini namaz və İslamın digər rükunlarından bir rükunu yerinə yetirməsə də belə o, kimsə Qiyamət günü Cəhənnəm atəşində əbədi qalmaqdan qurtulacaqdır.
       Alimlər fərziyətinə imanla bərabər namazı tərk edən kimsə haqqında ixtilaf etmişlər. Alimlərin cumhuruna görə namazı tərk etməklə təkfir olunmaz əksinə o, kimsə fasiqdir. Əhməd b. Hənbəl – rahmətullahi aleyhi – zikr olunduğuna görə namazı tərk edən təkfir olunur, hədlə deyil mürtəd olaraq öldürülür görüşündə idi. Səhabədən: «Onlar namazı tərk etməkdən başqa heç bir əməli tərk etməyi küfr olaraq görməzdilər…» rəvayəti səhihdir. Bunu Tirmizi və Həkim rəvayət etmişdilər.
       Bu məsələdə mən cumhurun görüşünü doğru hesab edirəm. Səhabədən nəql edilən sözlərdəki küfrlə sahibini Cəhənnəmdə əbədi qalmağa aparan küfrü qəsd etdiklərinə nə qəti bir hökm, nə də Allahın onları bağışlamayacağına bir ehtimal vardır. Necə deyərlər? Huzeyfə b. Yəmən – radıyallahu anhu – səhabələr içərisində özünə məxsusu fəziləti ilə seçilmiş səhabələrdən biri idi. Bu məsələni təqribən Əhməd b. Hənbəl kimi başa düşən Sila b. Zufər: «Onlar namaz və s. şeyləri bilmədikləri halda «Lə İləhə İlləllah» demələri onlara nə fayda verir» demiş və bu kəlməni bir neçə dəfə təkrar etmişdir. Hər dəfə də Huzeyfə b. Yəmən – radıyallahu anhu – Silaya cavab vermək istəməmişsə də sonda: «Ey Sila! Bu sözlər onları Cəhənnəmdən qurtaracaqdır» demiş və sözlərini üç dəfə təkrar etmişdir». Bu ifadə Huzeyfənin namazı tərk edənin – digər rükunlar da belədir – kafir olmadığına, əksinə onun müsəlman olub Qiyamət günü Cəhənnəm odunda əbədi qalmaqdan qurtulacağına qəti dəlildir. Bu qaydanı yaxşıca əzbərlə çünki bunu başqa bir yerdə tapmaya bilərsən.
       Sonra mən Hafiz Savalinin «Hədislə əlaqədər fatvalar» 2/84 kitabını mütaliə etdim. Kitabda Savabi namazı tərk edənin küfrü ilə əlaqədar məlum bəzi hədisləri zikr etdikdən sonra belə demişdir: «…Lakin bu hədislərin hər birinin zahirindən məlum olan müsəlmanların arasında yetişmiş olmaqla bərabər namazın fərziyətini inkar edərək onu tərk edən kimsəyə şamil olunmalıdır. Belə bir kimsə müsəlmanların icması ilə kafir və mürtəddir. Həmin şəxs tövbə edib İslama dönərsə qəbul olunur, əksi təqdirdə öldürülür. Lakin fərziyətinə etiqad edərək üzürsüz təmbəllikdən namazı tərk edən kimsə haqqında cumhurun qəti və səhih naslarına görə belə bir kimsə küfrə girməz. Səhih olan görüşə görə bir kimsə namazı vaxtından gec qılarsa – yəni zöhr namazını günəş batana qədər tərk edərsə və ya məğrib namazını günəş çıxana qədər tərk edib qılmazsa – o, kimsə dindən çıxan bir kimsə kimi tövbəyə dəvət edilir. Əgər tövbə etməzsə öldürülür. Ölüsü yuyulur, cənazə namazı qılınır və müsəlmanların qəbristanlığında basdırılır. Müsəlmanlar üçün qəbul olunan bütün hökmlər onun üçün də qəbul olunur. Namazı tərk edən kimsəyə küfr kəlməsini aid etmək, onun kafirlə bəzi hökmlərdə şərik olmasındandır şəkilndə təfsir edilir.
      

DƏLİLLƏRİN ARASINI CƏM ETMƏK


       Namazı tərk etmək ilə əlaqədər zikr olunan nasları Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən rəvayət edilən: «Allah – subhanəhu və təalə – qullarına beş vaxt namaz fərz qılmışdır…. Allah istərsə onu Cənnətə daxil edər, istərsə də əzab verər». «Hər kim Allahdan başqa ilah olmadığını bilərək ölərsə Cənnətə girər» və s. (bu mövzu ilə bağlı) hədislərin arasını cəm etmək lazımdır. Hədislərlə əməl etməyin yolu da budur. Buna görə də müsəlmanlar tarix boyunca namazı tərk edənə mirasşçı olmağa və onu mirasçı etməyə davam etmişlər.
       BEŞİNCİ: Allah – subhanəhu və təalə – isə buyurur: «Allah ona şərik qoşmağı bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar» (ən-Nisa 116) ayəsindən də məlum olduğu kimi namazı tərk etmək şirk deyildir. Beləliklə namazı tərk edən bəzi kimsələrin, Allahın məğfirəti və Rəhmətinin altına girəcəyini ifadə edən «BİTAKA VƏRƏQƏ» hədisi və «ŞƏFAƏT» hədisi və eyni mənanın doğruluğunu sübut edən bunlara bənzər hədislərə elm əhlindən bəziləri: «Bu hədislər ümumi mənalı hədislərdir. Namazın tərk etməsi ilə bağlı hədislər isə xüsusi mənalı hədislərdir» deyə cavab verməyə çalışmışlar.
      

ƏHLİ SÜNNƏTİN ƏL-VAD VƏ ƏL-VAİD QAYDASI

Başlıqlar

  • Redaktordan
  • Tərcüməçinin müqəddiməsi
  • Müqəddimə
  • Namazı tərk edən haqqında alimlərin ixtilafı
  • Təklif məsələsinin təhlükəsi;
  • Alimlərin Görüşlərindən Istifadə Edilən Faydalar
  • Əhli Sünnətin Əl-Vad Və Əl-Vaid Qaydasi
  • Müəllifin Müqəddiməsi;
  • Kitabin Əsasini Təşkil Edən Hədisin Mətni
  • Hədisin Təxrici
  • Hədisin Fiqhi Izahi
  • Məsələnin Araşdirilmasi Və Incələnməsi
  • Küfrün Əməli Və Etiqadi Olaraq Iki Qismə Ayrilmasi
  • Məsələ Ilə Bağli Ibn Teymiyyə – Rahmətullahi Aleyhi – Nin Görüşləri
  • Imam Əhməd – Rahmətullahi Aleyhi – Nin Məsələ Ilə Bağli Mövqeyi
  • Hənbəli Alimlərinin Məsələyə Baxişlari
  • Təəssübkeş Cahillərə Xəbərdarliq Və Hüzeyfə Hədisinin Səhihliyi
  • Müsəlmani Təkfir Etməyə Mane Olan Hallar
  • Iki Ay Namazi Tərk Edən Haqqinda Imam Əhməd – Rahmətullahi Aleyhi – nin Görüşü
  • Imam Əhməd Namazi Tərk Edəni Mütləq Olaraq Təkfir Etməmişdir
  • Imam Şafii Və Imam Əhməd Mübahisəsi
  • Tövhid Əhli Olan Bir Kimsəni Təkfir Əsla Caiz Deyildir
  • Copyright@www.SelefEqidesi.com, 2006