![]() |
![]() |
|
TƏƏSSÜBKEŞ CAHİLLƏRƏ XƏBƏRDARLIQ VƏ HÜZEYFƏ HƏDİSİNİN SƏHİHLİYİBu haqdır bunda heç bir gizli şey yoxdur. Cahillərdən əl çək! Ən çox qorxduğum bəzi təəssübkeş cahillərin vacibiyyətinə iman etməklə bərabər təmbəllik səbəbi ilə namazı tərk edən kimsənin: «… Şirkdən başqa hər şeyi o istədiyinə bağışlayar…» ayəsinin ümumi mənasına daxil olduğuna zikr olunan hədis dəlil olduğu halda onu rədd etməyə çalışırlar. Onlardan bəzisi son olaraq 1987- ci ildə belə etmişlər. Tələbələrdən iki nəfər, biri Səudiyyəli, digəri isə Misirli bir-biriylə köməkləşərək «Səhih Hədislər Silsiləsi»-nin ilk yüz hədisinin bəzilərində məni tənqid etmişdilər. Onların məni tənqid etdikləri hədislərdən biri də 87-ci nömrə ilə rəvayət etdiyim Huzeyfə b. Yəmən – radıyallahu anhu – nun hədisidir. Hədisin mətni belədir: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü İslam paltarın naxışları köhnələrək silinib yox olduğu kimi silinib yox olacaqdır. Belə ki, (yer üzündə) nə orucun, nə namazın, nə həccin, nə də zəkatın nə olduğu bilinməyəcəkdir. Allah bir gecədə Quranı qaldıracaq və yer üzündə ondan bir ayə belə qalmayacaqdır. O, zaman insanlardan yaşlılar və böyüklər qalacaqlar və deyəcəklər: «Biz babalarımızın bu kəlməni: «Lə İləhə İlləllah» - söylədiklərini eşitdik. Buna görə də biz də onu söyləyirik». Sila b. Zufər, Huzeyfəyə: «Onlar orucun, namazın, həccin, sədəqənin (zəkatın) nə olduğunu bilmədikləri halda «Lə İləhə İlləllah» demələri onlara nə qazandırır» demiş və bunu bir neçə dəfə təkrar etmişdir. Hər dəfə də Huzeyfə b. Yəmən – radıyallahu anhu – Silaya cavab vermək istəməmişsə də sonda: «Ey Sila bu sözlər onları Cəhənnəmdən qurtaracaqdır» demiş və sözlərini üç dəfə təkrar etmişdir. Adları çəkilən tələbələr bu hədisi səhihlədiyim üçün mənə rəddiyə yazaraq bu hədisi zəiflətmək üçün üç böyük kağız qaralamışlar. Onlar bu hədisi zəif edərkən hədisin sənədində Əbu Muaviyyə Məhəmməd b. Həzm əd-Darirdən başqa əllərinə keçəcək bir şey tapmamışlar. Onların iddialarına görə Əbu Muaviyyə murciyə görüşündədir və bu hədis də o, görüşü dəstəkləməkdədir. Bu elimsizliyin çata biləcəyi ən son həddidir. Onun ölçülərini açıqlamağa indi imkan yoxdur. Lakin bir-iki kəlimə söyləməyim lazımdır. Əbu Muaviyə Buxari və Müslimin hiccət qəbul etdikləri siqa (etibarlı) bir kimsədir. Bununla bərabər ona, onun kimi siqa olan başqa bir ravi də ondan rəvayət etmişdir. Hədisin mürciyə görüşü ilə heç bir əlaqəsi yoxdur. Onlar bu xətaya hədis elmini bilmədiklərinə görə düşmüşlər. Yoxsa başqa cür mümkün deyildir? Bu hədisi Həkim, Zəhəbi, İbn Teymiyyə, İbn Həcər və əl-Busiri (kimi alimlər) səhih demişlər. Onlara görə zikr olunan hədisə səhih deyərkən bu alimlərdən hər biri də xəta etmiş və bu gənclər adları çəkilən alimlərin murciyə görüşünü təsdiq edən hədislərə səhih dediklərinə inandıqları üçün iki böyük xətaya yol vermişlər. Bu xətalar isə: «Bu hədis elimnə, ondan başı çıxmayan cahillərin baş qoşması və elm əhlinin səhih dediyi hədisləri bu kimi uşaqların zəif demələridir». HUZEYFƏ HƏDİSİNİN İZAHIBu səhih hədislə qəsd edilən məna: «bəzi kimsələrin cəhaləti onları elə bir həddə çatdırmışdır ki, İslamdan, şəhadətdən başqa bir şey bilməzlər deməkdir. Onlar namazın vacibiyyətini və digər İslamın rukunlarını bilir və bununla bərabər onları yerinə yetirmirlər demək deyildir. Əksinə hədisdə belə bir məna yoxdur. Əksinə onlar çöldə yaşayan və ya küfr ölkələrində yeni müsəlman olmuş İslamdan, şəhadət kəliməsindən başqa bir şey bilməyən kimsələr kimidir. Bəzi böyük şəhərlərdə də belə bir şeylər meydana gələ bilər. Məsələn: «Böyük şəhərlərdən birində yaşayan bir kimsə teləfonla mənə zəng edərək: «Təzə evləndiyi zövcəsinin cinsi əlaqədən sonra qüsl almadan namaz qıldığını və onun səhih olunub olmadığını soruşdu». Bu yaxınlarda yenə də belə bir hadisə baş vermişdir. Özünün elm sahibi olduğun zənn edən və alimlərə müxalif olmağı özünə adət edən məscid imanı yetkinlik yaşına çatmış oğlunun ihtilam (pollyusiya) olduqdan sonra cünub olaraq namaz qıldığını və cünub olduqda qüsl etməyin fərz olduğunu bilmədiyi söyləmişdir. |
||
![]() |
Copyright@www.SelefEqidesi.com, 2006 | ![]() |