![]() |
![]() |
|
ƏHLİ SÜNNƏTİN ƏL-VAD VƏ ƏL-VAİD QAYDASIMən də deyirəm ki, bu kimi kimsələr Allah onlara kömək olsun bu görüşlərini tərsinə çevirsələr, namazı tərk edən haqqında gələn hədislərin ümumi mənalı, şəfaətlə əlaqədar olan hədislərin xüsusi olduğunu söyləsələr sözləri daha doğru olardı. Onların belə etmələri Əhli Sünnədə bilinən «əl-VAD və əl-VAİD» qaydasına da uyğun gələrdi. Bu qaydanı Şeyxülislam İbn Teymiyyə rahmətullahi aleyhi də təqrir etmişdir. Bu qaydanı Şeyxülislam kulliyatının 8/484, 11/648 və 23/305-ci cildlərində istifadə etmişdir. Bu qaydanın xülasəsi belədir: «əl-VAİD» ilə əlaqədar (Cəhənnəm əzabı ilə qorxudan) naslar Allahın diləməsi altındadır. Allah istərsə bağışlayar, istərsə də vaidini yerinə yetirərək əzab verər. Lakin «əl-VAD» (Cənnət və mükafatı vəd edən) naslara gəlincə şübhəsiz ki, Allah vədini yerinə yetirəcəkdir. O, bunu öz üzərinə vacib etmişdir. Buna görə də alimlər bu kəlməni üsul qəbul edib onunla dəlil gətirən kimsələr belə demişlər: «Mən hər nə qədər VAİD- də və ya VAD- da rast gəlsəm vaidlə əlaqədar sözümdən dönər, vadla əlaqədar sözümdən isə dönmərəm. Çünki bu fəzilətdir. Bu haqda daha geniş məlumat üçün İmam Təhavi rahmətullahi aleyhi nin əqidə ilə bağlı kitabın şərhinə (318). ALTINCI: Bu dəlillərdən sonra bəzi kimsələrin, namazı tərk edənin fisk və fucurunu isbatla bərabər onu küfrə nisbət etməməyin icra görüşü olduğunu demələri çox qəribədir. Belələrinin yanında icra görüşü onun həddi və qaydası görəsən nədir?! Bununla bərabər biz namazı tərk edəni müdafiə edib, onu təmizə çıxartmağımız kimi başa düşülməməlidir. Əksinə biz namazı tərk edəni mürcüm (günahkar), facir (pis insan) və s. olduğunu tam açıqlıqla ifadə edirik. Belə birisi Rəbbinə tövbə ilə yönəlməzsə, istiğfar istəyib ondan bağışlanma diləməzsə və ya Allah onu əfv edib doğru yola yönlətməzsə MAAZALLAH onun küfrə və şirkə düşməsindən, İslamdan uzaqlaşmasından qa qorxmağını tövsiyə edirik. BİR NEÇƏ XƏBƏRDARLIQSon olaraq demək istəyirəm ki, bu məsələ çox əhəmiyyətli elmi bir məsələdir. Bu məsələdə elm əhli Sələf və Xələf olaraq ixtilafa düşmüşlər. Bu məsələdəki araşdırma saf (təmiz) bir ruh, fitrəti pozulmamış bir əql, doğru görüş, təəssübkeşlikdən uzaq olaraq və təqlidi tərk edərək aparılmalıdır. Çünki bu xislətlər bir kimsəni haqqı bilməyə və insanları onun dəvətinə yaxınlaşdırar. Şeyx Muhəddis Allamə Muhəmməd Nəsrəddin əl-Albani rahmətullahi aleyhi nin bu kitabçası bir az öncə keçən ifadələrin üçün gözəl bir nümunədir. Mən bu kitabçanı elmin yayılmasına olan həvəsimdən, savab qazanmaq istəyimdən və ixtilaf anında məsələni Allah və rəsuluna buraxmaqla bağlı Allahın: «Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və Qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərinə həvalə edin! Bu daha xeyirli və nəticə etibarı ilə daha yaxşıdır» (ən-Nisa 59) əmrinə tabe olaraq oxucu qardaşlarıma təqdim edirəm. Bu kitabçanı oxuyan qardaşlarımdan heç kimsəni adət ənənələrin yetişdiyi cəmiyyətdə və ya bəzilərinin təlqini, haqqı qəbul edib, ona boyun əyib uğrunda mücadilə etməkdə mane olmamalıdır. Çünki haqq əməllərin ən dəyərlisi və ən əzizidir. Uca Allahdan müvəffəqiyyət, doğruluq, kamillik, sapmış qullara hidayət, küfr və inadkarlığa (günahkar çirkabına) batmış kimsələrin də ondan qurtulmasını diləyirəm. Son duamız aləmlərin Rəbbi olan Allaha həmd olsun. ƏLİ B.HƏSƏN ƏLİ B.ABDUL HƏMİD ÇƏRŞƏNBƏ 17 RƏCƏB 1412-CİİL HİCRİ. |
||
![]() |
Copyright@www.SelefEqidesi.com, 2006 | ![]() |