Namazı tərk edənin hökmü


       Həmd yalnız Allaha məxsusdur. Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Ona sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Allahdan başqa ilah olmadığına şəhadət edirəm. O, təkdir və şəriki də yoxdur. Şəhadət edirəm ki, Məhəmməd Onun qulu və Rəsuludur.
       Fərz namazını tərk etməyin kəbairdən (böyük günahlardan) olduğu, müsəlmanların ixtilaf etmədikləri bir məsələdir. Onun günahı adam öldürmək, zina etmək, oğurluq etmək və içki içmək kimi günahlardan daha böyükdür. Namazı tərk edən özünü Allahın əzabına sövq etmiş, dünya və axirət rüsvayçılığını qəbul etmiş olur. Qurani Kərimdə namazın qədrini ucaldan və onu tərk edənin və ya ona səhlənkarlıqla yanaşanın günahını bəyan edən bir çox ayələr nazil olmuşdur. Məsələn: Allah – subhanəhu və təalə – buyurur: «Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Biz onları (Cəhənnəmdəki) Ğəyy dərəsinə atacağıq» (Məryəm 59). «Vay halına o, namaz qılanların ki, onlar öz namazlarından qafildirlər (səhlənkarlıq üzündən namazlarını vaxtlı-vaxtında qalmazlar). Onlar (namazlarında) riyakarlıq edər» (əl-Maun 4-7). «Sizi Cəhənnəmə salan nədir?» Onlar deyəcəklər: «Biz namaz qılanlardan deyildik, yoxsulu da yedirtmədik, batilə dalanlarla birlikdə biz də dalardıq, haqq-hesab gününü yalan saydıq». (əl-Muddəssir 42-46).
       Qurani Kərimdə buna bənzər ayələr olduqca çoxdur. Bu mövzuda Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən bir çox hədisi şərif də rəvayət olunmuşdur. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu hədislərdə namazı tərk edənin və ona etinasız yanaşanların sahib olacağı günahı xəbər verməkdədir.
       Peyğəmbər –sallallahu aleyhi və səlləm – buyurur: «Şübhəsiz ki, namazı tərk etmək kişi ilə küfr arasındadır». Digər bir hədisdə: «Bizimlə onlar arasındakı əhd namazdır. Kim bu namazı tərk edərsə küfrə girər». Başqa bir hədisdə: «Kim namazı qədsən tərk edərsə, Allahın himayəsindən uzaq düşmüş olar».

Redaktordan

Başlıqlar

  • Redaktordan
  • Tərcüməçinin müqəddiməsi
  • Müqəddimə
  • Namazı tərk edən haqqında alimlərin ixtilafı
  • Təklif məsələsinin təhlükəsi;
  • Alimlərin Görüşlərindən Istifadə Edilən Faydalar
  • Əhli Sünnətin Əl-Vad Və Əl-Vaid Qaydasi
  • Müəllifin Müqəddiməsi;
  • Kitabin Əsasini Təşkil Edən Hədisin Mətni
  • Hədisin Təxrici
  • Hədisin Fiqhi Izahi
  • Məsələnin Araşdirilmasi Və Incələnməsi
  • Küfrün Əməli Və Etiqadi Olaraq Iki Qismə Ayrilmasi
  • Məsələ Ilə Bağli Ibn Teymiyyə – Rahmətullahi Aleyhi – Nin Görüşləri
  • Imam Əhməd – Rahmətullahi Aleyhi – Nin Məsələ Ilə Bağli Mövqeyi
  • Hənbəli Alimlərinin Məsələyə Baxişlari
  • Təəssübkeş Cahillərə Xəbərdarliq Və Hüzeyfə Hədisinin Səhihliyi
  • Müsəlmani Təkfir Etməyə Mane Olan Hallar
  • Iki Ay Namazi Tərk Edən Haqqinda Imam Əhməd – Rahmətullahi Aleyhi – nin Görüşü
  • Imam Əhməd Namazi Tərk Edəni Mütləq Olaraq Təkfir Etməmişdir
  • Imam Şafii Və Imam Əhməd Mübahisəsi
  • Tövhid Əhli Olan Bir Kimsəni Təkfir Əsla Caiz Deyildir
  • Copyright@www.SelefEqidesi.com, 2006