![]() |
![]() |
||||
RƏSULLARA İMANBizlər İnsanların qiyamət günü Allaha qarşı bir üzür bəyan etməmələri və Allahın savabını müjdələmək və əzabından da çəkindirmək üçün Uca Allahın rəsullar göndərdiyinə inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Biz peyğəmbərləri (mö’minlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!» (Nisa, 165) Bizlər Onların ilkinin Nuh, sonuncusunun da Məhəmməd (s.ə.s) olduğuna inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «(Ya Rəsulum!) Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik.» (Nisa, 163) «Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. (Oğul odur ki, kişinin öz belindən əmələ gələ!) Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!» (Əhzab, 40) Bizlər Rəsulların ən fəzilətlisinin sırası ilə Məhəmməd, sonra İbrahim, sonra Musa, sonra Nuh, sonra da Məryəm oğlu İsa olduğuna inanırıq. Necə ki, Uca Allah bir ayədə onları yada salaraq belə buyurur: «(Ya Rəsulum!) Xatırla ki, Biz bir zaman peyğəmbərlərdən əhd almışdıq: səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd almışdıq» (Əhzab, 7) &nb |
|
||||
![]() |
Copyright@www.SelefEqidesi.com, 2006 | ![]() |