![]() |
![]() |
||||
MƏLƏKLƏRƏ İMANBizlər Uca Allahın mələklərinə, onlara fəzilətlər vermiş Allaha yaxın qullar olduqlarına, itaətləri vacibliyi Rəbbləri onlara əmr etmədikcə danışmadıqlarına və onlara izin vermədikcə bir iş etmədiklərinə inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «(Kafirlər: ) "Rəhman (mələklərdən Özünə) övlad götürdü!" - dedilər. O, pakdır, müqəddəsdir! (Belə şeylərdən tamamilə uzaqdır!) Xeyr, (mələklər Onun övladı deyil, xəlq etdiyi) möhtərəm qullardır. 27. (Mələklər) Ondan qabaq söz danışmaz, Yalnız Onun əmri ilə iş görərlər.» (Ənbiya, 26-27) Uca Allah, mələklərini yalnızca Özünə ibadət etmələri və əmrinə təslim olmaları üçün yaradmışdır. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Onun dərgahında olanlar (rütbə və şərəf e’tibarilə mə’nən Allaha yaxın mələklər) Ona ibadət etməyə təkəbbür göstərməz və (bu ibadətdən) yorulmaq bilməzlər. Onlar gecə-gündüz, yorulub-usanmadan (Rəbbini) təqdis edib şə’ninə təriflər deyərlər.» (Ənbiya, 19-20) Uca Allah, mələkləri bizdən gizlədiyi üçün onları görə bilmirik. Ancaq onları bəzi qullarına göstərmiş. Peyğəmbər (s.ə.s) Cəbrayıl (ə.s)-ı üfüqləri örtmüş altı yüz qanadı olduğu halda həqiqi surətində görmüşdü. (Buxari, 3234; Muslim, 177) Yenə Cəbrayıl (ə.s) Məryəmə tam bir insan surətində görünmüş, Məryəm onunla, o da Məryəmlə qarşılıqlı söhbət etmişdir. Yenə Cəbrayıl (ə.s) səhabələrin yanında, heç kimin onu tanımadığı, üzərində heç bir səfər əlaməti olmayan, ağ paltarlı, qara saçlı bir adam surətində, Peyğəmbər (s.ə.s)-in yanına gələrək önündə oturmuş, dizlərini dizlərinə dayamış, əllərini Peyğəmbər (s.ə.s)-in baldırlarının üzərinə qoyub onunla qarşılıqlı söhbət etmiş, ayrıldıqdan sonra Peyğəmbər (s.ə.s) səhabələrinə onun Cəbrayıl (ə.s) olduğunu xəbər vermişdir. (Buxari, 4777; Muslim, 9; İbn Macə, 64) Bizlər Mələklərin yerinə yetirməyə məcbur olduqları bəzi vəzifələri olduğuna inanırıq. Bu mələklərdən bəziləri bunlardır: Cəbrayıl: Vəhylə vəzifələndirilmiş mələkdir. Uca Allahdan aldığı vəhyi Uca Allahın dilədiyi peyğəmbərinə və ya rəsuluna çatdırır. Mikayıl: Yağış yağdırmaq və bitkiləri yetişdirməkdə vəzifələndirilən mələkdir. İsrafil: Birinci və ikinci qiyamətin qopması üçün sura üfləməklə vəzifələndirilən mələkdir. (Birinci dəfə sura üfləndiyində bütün canlılar öləcək. İkinci dəfə sura üfləndiyində isə hər kəs təkrar diriləcək, qəbrlərindən qaldırılaraq hesab vermək üçün Allahın hüzurunda duracaqlar. Hesab vermək üçün ayağa qalxacağından kiyamət deyilmişdir) Ölüm mələyi: Ölüm anında canlılardan ruhlarını almaqla vəzifələndirilən mələkdir. (Ölüm mələyi səhih elm kitabların heç birisində Əzrayıl adı ilə bildirilməmişdir (Tərcüməçi)) Dağ mələkləri: Dağlarla vəzifələndirilən mələklərdir. Malik: Cəhənnəmin keşikçisidir Rahim mələkləri: Ana bətnindəki körpənin əcəllərini, rizqlərini, cənnətlik mi, cəhənnəmlik mi olduqlarını yazmağa vəzifələndirilən mələklər. Qoruyucu mələklər: Hər növ təhlükəyə qarşı insanları qorumaqla vəzifələndirilən mələklər. Əməlləri yazan mələklər: İnsanların işlədikləri əməlləri qeyd edən mələklər. Uca Allah insanın əməllərini yazmaqda vəzifələndirmiş mələklər haqqında belə buyurur: «Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur! 18. Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!» (Qaf, 17-18) Qəbir mələkləri: Ölü qəbrə qoyulduğundan sonra ona üç şey haqqında sual verən iki mələkdir. Bu iki mələk qəbirdə ölünün yanına gəlir və ona: Rəbbi, dini və peyğəmbəri haqqında sual verir. Uca Allah bu barədə belə buyurur: «Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə (kəlmeyi-şəhadətlə) sabitqədəm edər. Allah zalımları (haqq yoldan) sapdırar. Allah istədiyini edər!» (İbrahim, 27) Cənnət əhlinin mələkləri: Cənnətin hər qapısından cənnət əhlinin yanına gələrək onları salamlamaq və onları cənnət nemətləri ilə müjdələməklə vəzifələndirilən mələklərdir. Uca Allah bu barədə belə buyurur: «Mələklər də hər bir qapıdan (cənnət qapılarından) daxil olub (onlara): "(Dünyada Allah yolunda bütün çətinliklərə) səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdu (Cənnət) nə gözəldir!" - deyəcəklər. « (Rad, 23-24) Peyğəmbər (s.ə.s) də səmada «Beytul-Mamur» deyilən yerə hər gün yetmiş min mələyin girdiyini-başqa bir rəvayətdə orada namaz qıldığını-qiyamət gününə qədər də onlara sıra gəlmədiyi üçün bir daha ora dönəməyəcəyini xəbər verdiyi mələklər də vardır. (Buxari, 3207; Muslim, 164) |
|
||||
![]() |
Copyright@www.SelefEqidesi.com, 2006 | ![]() |