KİTABLARA İMAN


       Bizlər
       Uca Allahın aləmlərə hüccət olsun deyə və əməl edənlərə açıq aydın yolu göstərmək, onlara hikməyi öyrədib nəfslərini təmizləmələri üçün peyğəmbərlərinə kitablar endirdiyinə inanırıq.
       Bizlər
       Uca Allahın hər peyğəmbərlərlə birlikdə kitab endirdiyinə inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (mö’cüzələrlə) göndərdik. Biz onlara birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər.» (Hədid, 25)
       Allahın bildiyimiz kitabları bunlardır:
       1. Tövrat: Uca Allah tərəfindən Musa (ə.s)-a endirilən İsrail oğullarının ən böyük kitabıdır. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Şübhəsiz ki, Tövratı da Biz nazil etdik. Onda haqq yol və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla (Tövratdan ələ gəlib çatan ayələrlə) hökm edərdilər. Onlar (peyğəmbərlər, din alimləri və fəqihlər) ona (Tövratın ilahi bir kitab olmasını) şahiddirlər. (Ey yəhudi alimləri və rəisləri!) İnsanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!» (Maidə, 44)
       2. İncil: Uca Allahın İsa (ə.s)-a endirdiyi Tövratı təsdiq edici və tamamlayıcı halda olan bir kitabdır. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Onların ardınca Məryəm oğlu İsanı özündən qabaqkı Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içində haqq yolu və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik.» (Maidə, 46) «Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək (eyni zamanda orada) sizə haram edilmiş bə’zi şeyləri (dəvə əti, qarın və bağırsaq piyi yemək, şənbə günü işləmək və s.) halal etmək üçün gəldim» (Ali İmran, 50)
       3. Zəbur: Uca Allahın Davud (ə.s)-a vermiş olduğu kitabdır.
       4. Suhuf: İbrahim (ə.s)-la Musa (ə.s)-a enmiş olan səhifələrdir.
       5. Qurani Kərim: Uca Allahın peyğəmbərlərin sonuncusu olan Məhəmməd (s.ə.s)-ə endirmiş olduğu kitabdır. Necə ki, Uca Allah bu barədə belə buyurur: «İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Qur’an) ramazan ayında nazil edilmişdir.» (Bəqərə, 185)
       Qurani Kərim özündən əvvəl enən kitabları təsdiq etməsi və onlara hakim olması üçün göndərmişdir. Necə ki, Uca Allah bu barədə belə buyurur: «(Ya Rəsulum!) Biz (Qur’anı) sənə haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi kitbları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) olaraq endirdik. Sən onların arasında Allahın nazil etdiyi (Qur’an) ilə hökm et» (Maidə, 48)
       Uca Allah daha əvvəl enən bütün kitabların hökmünü Qurani Kərim ilə ortadan qaldırmış, Qurani Kərim ilə oynamaq və onu təhrif etmək istəyənlərdən qorumağı öz üzərinə götürmüşdür. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Şübhəsiz ki, Qur’anı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq» (Hicr, 9)
       Çünki Qurani Kərim (üzr bəyan etməmələri üçün) qiyamətə qədər cinlərlə insanların hamısına birdən bir hüccət/dəlil olaraq qalacaqdır.
       Qurani Kərimdən əvvəlki kitabların hamısı keçici bir müddət üçün keçərli idi. Bir sonrakı kitab, bir əvvəlki kitabın hökmünü ortadan qaldırır və əvvəlki kitabda meydana gələn təhrif və dəyişikliyi bir sonrakı kitabda açıqlayır.
       Bu səbəblə Qurani Kərimdən əvvəlki kitabların heç biri, təhrif edilməkdən, artırılmaqdan və ya nöqsanlı olmaqdan qurtula bilməmişlər. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Yəhudilərin bir qismi (Tövratdakı) sözlərin yerini dəyişib təhrif edir» (Nisa, 46) «Vay o kəslərin halına ki, öz əlləri ilə (istədikləri kimi) kitab (Tövrat) yazıb, sonra (onun müqabilində) bir az pul almaqdan ötrü: "Bu, Allah tərəfindəndir!" - deyirlər. Öz əlləri ilə (təhrif olunmuş kitab) yazdıqlarına görə vay onların halına! Qazandıqları şey üçün vay onların halına!» (Bəqərə, 79) «De: "Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi kitabı (Tövratı) kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb göstərir, bir çoxunu da gizlədirsiniz.» (Ənam, 91) «(Ey müsəlmanlar!) Onlardan (kitab əhlindən) bir zümrə də vardır ki, siz onların oxuduqlarını (Tövratdan) hesab edəsiniz deyə, kitab oxuyan zaman dillərini (qəsdən) o tərəf-bu tərəfə əyirlər (bükürlər). Halbuki onların bu oxuduqları kitabdan (Tövratdan) deyildir. Onlar isə: "Bunlar Allah tərəfindəndir", -dedilər. Bunlar isə heç də Allah tərəfindən deyildir. Söylədikləri Allah dərgahından olmadığı halda, "Bu, Allah dərgahındandır",- deyirlər. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər.Heç bir kəsə yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra o, insanlara: "Allahı buraxıb mənə qul olun!" - desin.» (Ali İmran, 78-79) «Ey kitab əhli! Sizə kitabda (Tövratda və İncildə) gizlətdiyiniz şeylərin bir çoxunu bildirən, bir çoxunu da sizə bağışlayıb üstünü vurmayan (və ya sizdən bir çoxunu bağışlayan) Peyğəmbərimiz gəldi. Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab (Qur’an) gəldi.» (Maidə, 15) «"Allah Məryəm oğlu Məsihdir", - deyənlər, şübhəsiz ki, kafir oldular.» (Maidə, 17)

RƏSULLARA İMAN

Başlıqlar

  • Əqidəmiz
  • Allaha Iman
  • Mələklərə Iman
  • Kitablara Iman
  • Rəsullara Iman
  • Axirət Gününə Iman
  • Qəza Və Qədərə Iman
  • Bu Inancin Faydalari
  • Copyright@www.SelefEqidesi.com, 2006