![]() |
![]() |
||||
BU İNANCIN FAYDALARIBöyük əsasları özündə cəm edən bu uca inanc, inananlarına çox və əhəmiyyətli faydalar verir. Uca Allah Onun ism və sifətlərinə iman etmənin faydaları: Allaha, gözəl adlarına və uca sifətlərinə inanmaq, əmrlərini yerinə yetirmə və qadağalardan da çəkinməsi lazım olan bir qula Allah sevgisi və Allahı ucaltma hissiyatı verir. Allahın əmrini yerinə yetirmək və qadağalardan da qaçmaqla fərd və cəmiyyətə dünya və axirət səadətini verər. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Mö’min olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatlarını verəcəyik!)» (Nəhl, 97) Mələklərə iman etmənin faydaları:1. Cinləri və insanları yaradanın əzəmətini, qüvvət və hökmranlığını bilməmizi təmin edər. 2. Qullarına verdiyi dəyərə görə Allaha lazımi qədər şükr etməyi təmin edər. Elə ki, Uca Allah qullarını qorumaq, əməllərini yazmaq və onların mənfəətləri üçün mələklərini vəzifələndirmişdir. 3. Uca Allaha ən gözəl şəkildə ibadət etdiklərindən və möminlərin bağışlanma üçün Allaha yalvardıqlarına görə mələkləri sevdirər. Kitablara iman etmənin faydaları:1. Uca Allahın qullarına olan rəhmət və onlara verdiyi dəyəri bildirir. Uca Allah, doğru yolu tapmaları üçün hər qövmə bir kitab göndərmişdir. 2. Uca Allahın hikmətinin təzahürü olaraq, bu kitabda hər ümmətə uyğun olanı din etmişdir. Bu kitabların sonuncusu Qurani Kərim, hər zaman və məkan üçün qiyamətə qədər bütün yaradılmışlar üçün ən uyğun olan kitabdır. 3. Uca Allahın bu barədə nemətinə şükr etməyi təmin edir. Peyğəmbərlərə iman etmənin faydaları:1. Uca Allah qullarına olan rəhmət və onlara verdiyi dəyəri bilməni təmin edir. Belə ki, Uca Allah, insanlara doğru yolu göstərmək və onları o yola çağırmaq üçün hər qövmə bir peyğəmbər göndərmişdir. 2. Uca Allahın bu böyük nemətinə şükr etməyi təmin edir. 3. Peypəmbərləri sevməni, onlara lazım olan kimi hörmət göstərməyi və onları layiq olduqları şəkildə oyməni təmin edir. Çünki peyğəmbərlər Uca Allahın elçiləri və seçilmiş qullarıdır. Peyğəmbərlər, Allaha ibadət edən, Onun elçilik vəzifəsini təbliğ edən, Allahın qullarına nəsihət edən və bu yolda onların əziyyətlərinə səbr edən insanlardr. Axirət gününə iman:1. Axirət gününün savabını ümüd edərək Uca Allaha ibadət etməyə və o günün əzabından qorxaraq günah işləməkdən qaçmağa təşviq edər. 2. Dünya nemətlərini ümid edib əldə edə bilməyən möminləri, axirət nemətlərin və savabını əldə edəcək olması ilə təsəlli verər. Qədərə iman etmənin faydaları:1. Bir şeyi edərkən səbəblərə sarılma barəsində Uca Allaha güvənməni təmin edir. Çünki həm fel, həm də nəticəsi Uca Allahın qəza və qədərilə olmaqdadır. 2. Buna inanan bir nəfs həm rahatlığa qovuşur, həm də qəlbi mütmain olur. Çünki olanın Uca Allahın qəza və qədərilə olduğunu və bu istənilməyən vəziyyətin qaçınılmaz olduğunu bildiyində, nəfsi rahatlıq tapır, qəlbi mütmain olur və Rəbbinin qəzasına razı olur. Qədərə inanan kimsədən daha gözəl həyat yaşayan, nəfsi daha rahat və qəlbi daha mütmain olan heç kimsə yoxdur. 3. Qədərə iman, istənilən şey baş verdiyində insanın özünü bəyənmişlikdən qurtulmasını təmin edir. Çünki Allaha təqdir etdiyi səbəblərdən olan xeyir və müvəffəqiyyətin həqiqət olması, bir nemətdir. Bunun üçün bu nemətə qarşılıq olaraq Uca Allaha şükr edər və özünü bəyənmişliyi tərk edər. 4. İstənilən şey əldə olunmaması və ya istənilməyən bir şeyin baş verməsi halında stresdən və sıxıntıdan qurtarmağı təmin edir. Çünki bu vəziyyət, göylərin və yerin hökmranlığı əlində olan Uca Allahın qəzası (və qədəri) ilə olmuşdur. Bunun baş verməsi qaçınılmazdır. Yəni bu vəziyyətdə səbr edər və mükafatını Uca Allahdan ümid edər. Necə ki, Uca Allah bu mövzuda belə buyurur: «Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! 23. Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz! « (Hədid, 22-23) Uca Allahdan bizləri bu inanc üzrə sabit etməsini, bu inancın faydalarını həyata keçirməyi, bizlərə lütf və ihsanından verməyi, hidayətdən sonra qəlblərimizi imandan çıxmasını və bizlərə rəhmətini verməsini diləyirik. Şübhəsiz ki, O qullarına qarşılıqsız və bol verəndir. Həmd aləmlərin Rəbbi olan Allahadır. |
|
||||
![]() |
Copyright@www.SelefEqidesi.com, 2006 | ![]() |