Əqidəmiz


       Əqidəmiz,
Uca Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, qədərin xeyrinə və şərrinə inanmaqdır.
       Bizlər
       Uca Allahın rübubiyyətinə, yəni Onun yeganə Rəbb və Yaradıcı, kainatdakı hər şeyin sahibi və hər şeyi idarə edən olduğuna inanırıq.
       Bizlər
       Uca Allahın üluhiyyətinə, yəni Onun haqq ilah olduğuna və Ondan başqa ibadət edilən bütün ilahların batil olduğuna inanırıq.
       Bizlər
       Uca Allahın ism və sifətlərinə, yəni Onun gözəl adları ilə uca və kamil sifətlərə sahib olduğuna inanırıq.
       Bizlər
       Uca Allahın bu mövzularda vəhdaniyyətinə, yəni rübubiyyət, üluhiyyət, ism və sifətlərində heç bir ortağın olmadığına inanırıq. Necə ki, Uca Allah belə buyurur: «O, göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət et və Onun ibadətinə səbirli ol! Heç (Allahın özündən başqa) Ona bənzərini (Onun adını daşıyan başqa birisini) görmüsənmi? (Müşriklər öz bütlərinə tanrı, ilahi desələr də, heç zaman onlara Allah adını verməzlər).» (Məryəm, 65)
       Bizlər
       Uca Allahın özünü bu ayədə izah etdiyi kimi olduğuna inanırıq: «Allahdan başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsünü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!» (Bəqərə, 255)
       Bizlər
       Uca Allahın özünü bu ayədə izah etdiyi kimi olduğuna inanırıq: «O, Özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O rəhmlidir, mərhəmətlidir! (Allah dünyada bütün bəndələrinə rəhm edən Rəhman, axirətdə isə yalnız mö’minləri bağışlayan Rəhimdir!) O Özündən başqa heç bir tanrı (mə’bud) olmayan, (bütün məxluqatın) ixtiyar sahibi, müqəddəs (pak) olan, (bəndələrinə) salamatlıq, əmin-amanlıq bəxş edən, (hər şeydən) göz-qulaq olub (onu) qoruyan, yenilməz qüdrət (qüvvət) sahibi, (hamını istədiyi hər hansı bir şeyə) məcbur etməyə qadir olan, (hər şeydən) böyük (hər şeyin fövqündə) olan Allahdır. Allah (müşriklərin) Ona qoşduqlarından (şəriklərdən) ucadır. O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şə’ninə tə’riflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! « (Həşr, 22-24)
       Bizlər
       Göylərdə və yerdə nə varsa, hamsının Uca Allahın hökmranlığı altında olduğuna inanırıq. Necə ki, Uca Allah belə buyurmaqdadır: «Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir. Yaxud hər ikisindən - həm oğlan, həm də qız verir, istədiyini də sonsuz (övladsız) edir. O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir! « (Şura, 49-50)
       Bizlər
       Uca Allahın özünü bu ayədə izah etdiyi kimi olduğuna inanırıq: «. Ona bənzər heç bir şey yoxdur. O, (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir! Göylərin və yerin açarları (ixtiyarı) Onun əlindədir. O, istədiyinin ruzisini bol, (istədiyininkini də) qıt edər. O, hər şeyi biləndir!» (Şura, 11-12)
       Bizlər
       Uca Allahın özünü bu ayədə izah etdiyi kimi olduğuna inanırıq: «Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların (ata belindəki, ana bətnindəki və ya dünyadakı) sığınacaqlarını da, əmanət qoyulacaq (ölüb dəfn ediləcək) yerlərini də bilir. (Bunların) hamısı açıq-aşkar kitabdadır (lövhi-məhfuzdadır).» (Hud, 6)
       Bizlər
       Uca Allahın özünü bu ayədə izah etdiyi kimi olduğuna inanırıq: «Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!» (Ənam, 59)
       Bizlər
       Uca Allahın özünü bu ayədə izah etdiyi kimi olduğuna inanırıq: «Həqiqətən, o saatı (qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir. Yağışı (istədiyi vaxt) göydən O yağdırır, bətnlərdə olanı (doğulacaq uşağın oğlan, yaxud qız, xəstə və ya sağlam, xoşbəxt və ya bədbəxt, yaxşı və ya pis əməl sahibi olacağını) O bilir. Heç kəs səhər nə kəsb edəcəyini (savab, yaxud günah qazanacağını), heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır!» (Loğman, 34)
       Bizlər
       Uca Allahın dilədiyi şeylə, dilədiyi zaman və dilədiyi kimi danışdığına inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Musa ilə sözlə (arada heç bir başqa vasitə olmadan) danışdı.» (Nisa, 164) «143. Musa tə’yin etdiyimiz vaxtda (Tur-i Sinaya) gəldikdə Rəbbi onunla (arada heç bir vasitə olmadan) danışdı.» (Əraf, 143) «143. Musa tə’yin etdiyimiz vaxtda (Tur-i Sinaya) gəldikdə Rəbbi onunla (arada heç bir vasitə olmadan) danışdı.» (Məryəm, 52)
       Bizlər
       Uca Allahın özünü bu ayədə izah etdiyi kimi olduğuna inanırıq: «"Əgər Rəbbimin sözlərini yazmaq üçün dərya mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənmədən öncə onlar tükənərdi!"« (Kəhf, 109) «Əgər yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi dərya qatılaraq (mürəkkəb) olsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət, hikmət sahibidir!» (Loğman, 27)
       Bizlər
       Uca Allahın sözlərinin, xəbər verdiyi mövzulardakı doğruluq, hökmlərdəki ədalət və sözdəki gözəllik baxımından ən mükəmməl olduğuna inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «(Ya Rəsulum!) Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu.» (Ənam, 115) «Allahdan daha doğru danışan kim ola bilər?!» (Nisa, 87)
       Bizlər
       Quranı Kərimi Uca Allahın kəlamı olduğuna, Onunla həqiqətən danışdığına, və Onu Cəbrayıl (ə.s)-a öyrətdiyinə, Cəbrayıl (ə.s)-ın da onu Məhəmməd (s.ə.s)-in qəlbinə endirdiyinə (vəhy etdiyinə) inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «(Ya Rəsulum!) De: "Ruhülqüds (Cəbrail) onu (Qur’anı) sənin Rəbbindən iman gətirənlərə səbat vermək, müsəlmanları isə doğru yola yönəltmək və (onlara Cənnətlə) müjdə vermək üçün haqq olaraq nazil etmişdir!"« (Nəhl, 102) «Şübhəsiz ki, bu (Qur’an) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir! Onu Cəbrail (Ruhuləmin) endirdi: (Günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi);» (Şuara, 192-195)
       Bizlər
       Uca Allahın zatı və sifətləri ilə yaratdıqlarının üzərində olduğuna inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Ən uca, ən böyük varlıq da Odur!» (Bəqərə, 255) «Öz qulları üzərində hakimi-mütləqdir. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır!» (Ənam, 18)
       Bizlər
       Uca Allahın özünü bu ayədə izah etdiyi kimi olduğuna inanırıq: «Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşə istiva edən, hər işi yerinə qoyan (səhmana salan) Allahdır» (Yunus, 3) Uca Allahın ərşə istiva eləməsi : Onun cəlal və əzəmətinə yaraşan bir şəkildə, zatına xas olaraq ərşin üzərinə qurulması və yükləlməsidir ki, bunun necəliyini Allahdan başqa heç kəs bilə bilməz.
       Bizlər
       Uca Allahın ərşin üzərində olmasına baxmayaraq, elmi ilə qulları ilə bərabər olduğuna, onların hallarını bildiyinə, söhbətlərini eşitdiyinə, etdiklərini gördüyünə, işlərini yerli yerində idarə etdiyinə, kasıba rizq verdiyinə, çətinlikdə qalanın ehtiyacını ödədiyinə, dilədiyinə mülk verdiyinə, dilədiyindən də aldığına, dilədiyini izzətli, dilədiyini zəlil etdiyinə, hər növ xeyrin Onun əlində olduğuna və Onun hər şeyə gücü çatdığına inanırıq. Bu vəsflərə sahib Uca Allah, qullarının üstündə, ərşinin üzərinə istiva etmiş olsa belə, həqiqətdə O elmi ilə onlarla bərabərdir. «Ona bənzər heç bir şey yoxdur. O, (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!» (Şura, 11) Cəhmiyyənin bir qolu olan Hululiyyə və başqalarının: «Allah, yerüzündə, qulları ilə bərabərdir» dedikləri kimi, Uca Allahın yerüzündə qulları ilə barəbər olduğunu söyləyə bilmərik. Uca Allahı, Ona yaraşmayan nöqsan sifətlərlə vəsfləndirə bilməməyimizə görə, belə deyənin kafir və ya zəlalətdə olduğuna hökm edirik.
       Bizlər
       Rəsulallah (s.ə.s)-in Uca Allahdan xəbər verərək buyurduğu kimi inanırıq ki:
       «Rəbbimiz, gecənin son üçdə birində, hər gecə dünya səmasına enir və belə səslənir: «Mənə dua edən yoxmu, duasına cavab verim. Məndən istəyən yoxmu, istədiyini verim. Məndən bağışlanma diləyən yoxmu, onu bağışlayım» (Buxari, 1145; Muslim, 758; Əbu Davud, 1315; Tirmizi, 446)
       Bizlər
       Uca Allahın qiyamət günü qulları arasında hökm vermək üçün (Ərəsat Meydanına) gələcəyinə inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Xeyr! Yer dağılıb parça-parça olacağı; Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün - məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!» (Fəcr, 21-23)
       Bizlər
       Uca Allahın özünü bu ayədə izah etdiyi kimi olduğuna inanırıq: «O, istədiyini edəndir.» (Buruc, 16)
       Bizlər
       Uca Allahın iki növ iradəsi olduğuna inanırıq.
       Kövni iradə: Bir şeyin mütləq olaraq olmasını diləməsi. Bu şey Uca Allahın o xoşuna getdiyi və ya o şeydən razı olduğu anlamına gələ bilməz. Bu məşiət (yəni diləmək) anlamındadır. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Əgər Allah istəsə idi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah Öz istədiyini edər!» (Bəqərə, 253) «Əgər Allah sizi (haqq yoldan) sapdırmaq (və ya məhv etmək) istəyirsə, mən sizə nəsihət vermək istəsəm də, heç bir faydası olmaz. O sizin Rəbbinizdir və siz Onun hüzuruna qaytarılacaqsınız!"« (Hud, 34)
       Şəri iradə: Bir şeyin olmasını istəməsi deməkdir. Ancaq bu, o şeyin baş verməsini vacib etməz. Ancaq istənən şey, Allahın xoşuna gedən və Onu razı olduğu şeydir. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Allah sizin tövbələrinizi qəbul etmək istəyir.» (Nisa, 27)
       Bizlər
       Uca Allahın kouni və şəri iradəsinin Onun hikmətinə bağlı olduğuna inanırıq. Buna görə kouni iradə ilə olmasını diləyib yaratdığı hər şeyi və ya şəri iradəsi ilə nəticəni qullarına əmr etdiyi ubudiyyəti, bir hikmətə görə etmişdir. Hikmətini bilsək də, bilməsək də, ağlımız onu qavramasa da bunun belə olduğuna inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Məgər Allah hakimlərin hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?!» (Tin, 8) «Tam qənaət sahibi olan bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?!» (Maidə, 50)
       Bizlər
       Uca Allahın dostlarını sevdiyinə, dostlarının da Uca Allahı sevdiyinə inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «(Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin» (Ali İmran, 31) «Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər.» (Maidə, 54) «Allah səbr edənləri sevər!» (Ali İmran, 146) «insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər!» (Hucurat, 9) «yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir» (Bəqərə 195)
       Bizlər
       Uca Allahın fərz etdiyi söz və fellərin işlənməsinə razı olduğuna, qadağan etdiyi söz və fellərin işlədilməsini çirkin gördüyünə inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Əgər küfr etsəniz (Allahın ne’mətlərini dansanız, bunun zərəri Allaha yox, ancaq sizin özünüzə olar). Çünki Allah sizə (sizin ibadətinizə) əsla möhtac deyildir. Amma bəndələrinin küfr etməsi Ona xoş getməz. Əgər (Allahın ne’mətlərinə) şükür etsəniz, sizin bu şükrünüz Ona xoş gələr.» (Zumər, 7) «Əgər onlar (münafiqlər cihada) çıxmaq istəsəydilər, ona hazırlıq görərdilər. Lakin onların davranışı Allaha xoş gəlmədi, buna görə də (cihada çıxmaqlarına) mane oldu. Onlara: "(Evdə) oturanlara (qocalar, zəiflər, qadınlar və uşaqlarla bərabər) siz də oturun!" - deyildi.» (Tövbə, 46)
       Bizlər
       Uca Allahın, iman edib saleh əməl işləyənlərdən razı olduğuna inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Allah onlardan razıdır, onlar da Allahdan. Bu (ne’mətlər) Rəbbindən qorxanlar üçündür!» (Bəyyinə, 8)
       Bizlər
       Uca Allahın qəzəbini qazanan kafirlərə hiddətləndiyinə inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Allah Onun barəsində bədgüman (bədniyyət) olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba düçar etsin. Onların bədniyyətliyi öz başlarında çatlasın! Allahın onlara qəzəbi tutmuş və (Allah) onlara lə’nət etmişdir.» (Fəth, 6) «Lakin qəlbən küfrə razı olanlara (qəlbində könüllü surətdə küfrə yer verənlərə) Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar olarlar!» (Nəhl, 106)
       Bizlər
       Uca Allahın cəlal və ikram sifəti ilə vəsf edilmiş bir üzə sahib olduğuna inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir.» (Rəhman, 27)
       Bizlər
       Uca Allahın kərim və əzim olan iki ələ sahib olduğuna inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Xeyr, Allahın əlləri açıqdır. istədiyi kimi lütf (və ehsan) edər.» (Maidə, 64) «(Müşriklər) Allahı lazımınca qiymətləndirmədilər (uca tutmadılar). Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir (yerin də, göyün də hökmü ancaq Allahın əlindədir, bütün kainat Allahın qüdrətinə tabedir). (Allah müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır!» (Zumər, 67)
       Bizlər
       Uca Allahın iki ədəd həqiqi gözə sahib olduğuna inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «gəmini gözlərimizin önündə və vəhyimiz çatıncaya qədər düzəlt» (Hud, 37) Peyğəmbər (s.ə.s) bu mövzuda belə demişdir: «Onun (Allahın pərdəsi nurdur. (İzzət və cəlalının nurları, yaratdıqlarının Onu görməsinin qarşısını alar) Əgər pərdəni qaldırmış olsaydı, üzünün nurları gözlərini gördüyü bütün məxluqatı yandırardı. (Nə bir canlı, nə də gözlə görünən bir şey qalardı)»
       Əhli Sünnə alimləri Uca Allahın gözü olduğunda ittifaq etmişlər. Necə ki, Peyğəmbər (s.ə.s)-in Dəccal haqqında bu hədisi bunu qüvvətləndirməkdədir:
       «(Dəccal) tək gözlü bir kimsədir. Ancaq Rəbbiniz tək gözü kor deyil.» (Muslim, 179; İbn Macə, 195)
       Bizlər
       Uca Allahın özünü bu ayədə izah etdiyi kimi olduğuna inanırıq: «Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər. O, lətifdir (cismlikdən uzaqdır), (hər şeydən) xəbərdardır!» (Ənam, 103)
       Bizlər
       Möminlərin qiyamət günü Rəbblərini görəcəklərinə inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «O gün neçə-neçə üzlər sevinib güləcək, Öz Rəbbinə baxacaqdır! « (Qiyamət, 22-23)
       Bizlər
       Kamillik sifətlərə sahib olduğundan Uca Allahın bir bənzərinin olmadığına inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Ona bənzər heç bir şey yoxdur. O, (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!» (Şura, 11)
       Bizlər
       Həyy və Qayyum sifətlərinin kamilliyinə görə, Uca Allaha nə mürgü, nə də yuxu gəldiyinə inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «O nə mürgü, nə də yuxu bilər.» (Bəqərə, 255)
       Bizlər
       Ədalətin kamilliyinə görə, Uca Allahın heç kimsəyə zülm etməyəcəyinə inanırıq.
       Bizlər
       Qullarına nəzarət etməsi və hər tərəfdən onları əhatə etməsi kamilliyinə görə, Allahın qullarının etdiklərindən qafil olmadığına inanırıq.
       Bizlər
       Elm və qüdrətinin kamilliyi səbəbilə, göylərdə və yerdə heç bir şeyin Uca Allahı aciz buraxa bilməyəcəyinə inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: "Ol!" deməkdir. O da dərhal olar.» (Yasin, 82)
       Bizlər
       Güc və qüvvətinin kamilliyi səbəbilə, Uca Allaha yorğunluq və bezmə hallarının gələ bilməyəcəyinə inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «And olsun ki, Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq da üz vermədi.» (Qaf, 38)
       Bizlər
       Uca Allahın özü haqqında və elçisi Məhəmməd (s.ə.s)-in Allah haqqında anlatdığı Allahın gözə adları və uca sifətlərinin hamısının sabit olduğuna inanırıq. Ancaq bu iki çəkinməli haldan uzaq dururuq:
       Birincisi: «Bir kimsənin qəlbi və ya dili ilə Uca Allahın sifətləri, insanların sifətləri kimidir» -deməsi
       İkincisi: «Bir kimsənin qəlbi və ya dili ilə Uca Allahın sifətləri belə-belədir»-deməsi.
       Uca Allahın özü haqqında və ya elçisi Məhəmməd (s.ə.s)-i Allahın isim və sifətləri barəsində rəddetdiyi şeyləri biz də rədd edirik. Şübhəsiz bu rəddediş ziddinin kamilliyini vacib edir. Allah və Rəsulunun sustuğu mövzularda biz də susuruq.
       Bizlər
       Bu yolda getməyi, yerinə yetirilməsi lazım olan bir fərz kimi görürük. Çünki Uca Allahın özü haqqında isbat etdiyi və ya rədd etdiyi şeylər, birbaşa özü xəbər vermişdir. Yəni, Allahı özündən daha yaxşı bilən, Ondan daha doğru və gözəl sözlü olan heç kimsə yoxdur. Qulları isə Onu olduğu kimi bilməzlər.
       Rəsulallah (s.ə.s)-in Uca Allah haqqında isbar etdiyi və ya rədd etdiyi şeyləri, birbaşa özü xəbər vermişdir. Çünki Rəsulallah (s.ə.s) Allahı ən yaxşı bilən, qulları içərisində ən yaxşı nəsihət verən, ən doğru sözlü və ən yaxşı danışan insandır.
       Allah və Rəsulunun sözlərində elm, doğruluq və bəyan yönündən mükəmməllik vardır. O sözləri qəbul etməyib rədd etmək və ya o sözlərin qəbulunda tərəddüt etmək də özü qəbul edilməzdir.

ALLAHA İMAN

Başlıqlar

  • Əqidəmiz
  • Allaha Iman
  • Mələklərə Iman
  • Kitablara Iman
  • Rəsullara Iman
  • Axirət Gününə Iman
  • Qəza Və Qədərə Iman
  • Bu Inancin Faydalari
  • Copyright@www.SelefEqidesi.com, 2006