![]() |
![]() |
||||
AXİRƏT GÜNÜNƏ İMANBizlər İnsanların Allahın hüzurunda hesaba çəkilmək üçün diriltiləcəkləri, ya nemətlər yurdu olan cənnət, ya da şiddətli əzab yurdu olan cəhənnəmdə qalacaqları, o gündən sonra başqa bir gün olmayacaq olan və qiyamət günü olaraq da bilinən axirət gününə inanırıq. Bizlər İsrafil (ə.s)-ın ikinci dəfə surə üfləməsi ilə Uca Allahın hesaba çəkmək üçün ölüləri dirildəcəyi ölümdən sonrakı dirilişə və qəbirlərdən çıxarılacağımıza inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Sur (birinci dəfə) çalınacaq, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən (Cəbrail, Mikail, Əzrail və İsrafildən, yaxud ərşi daşıyan mələklərdən və ya müsəlman şəhidlərindən) başqa, dərhal hamı yıxılıb öləcək. Sonra bir daha çalınan kimi onlar (qəbirlərindən) qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar!» (Zumər, 68) İnsanlar, qəbirlərindən qaldırılacaq, ayaqyalın, üzərilərində heç bir paltar olmadan, anadangəlmə və sünnətsiz bir şəkildə Aləmlərin Rəbbinin hüzurunda hesaba duracaqlar. Necə ki, Uca Allah bu barədə belə buyurur: «O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb (dirildib) əvvəlki halına salarıq. Biz yerinə yetirməli olduğumuz və’di mütləq yerinə yetirəcəyik.» (Ənbiya, 104)Bizlər Əməl dəftərlərinin insanların sağ tərəfindən vəya arxalarının solundan verildiyinə inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Kimin əməl dəftəri sağ əlinə verilmişsə, Onun yüngül haqq-hesab çəkiləcək Və o, (Cənnətdəki) ailəsinin (yaxınlarının) yanına sevinclə qayıdacaqdır! Kimin əməl dəftəri arxa tərəfdən (sol əlinə) verilmişsə, O: "Ay öldüm!" - deyə şivən qopardacaq, Və Cəhənnəmə vasil olacaqdır!» (İnşikak, 7-12) Başqa bir ayədə isə belə buyurur: «Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü (bütün əməllərini) açıq kitab kimi qarşısına qoyarıq. (Və ona belə deyərik: ) "Oxu, kitabını (əməl dəftərini). Bu gün sən haqq-hesab çəkməyə özün-özünə (özün öz əməllərinin şahidi olmağa) kifayətsən!" « (İsra, 13-14) Bizlər Əməllərin çəkiləcəyi mizanın (tərəzinin) qiyamət günü ortaya qoyulacağına və heç kimsənin (zərrə miqdarı qədər) haqsızlıq görməyəcəyinə inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)» (Zəlzələ, 7-8) Başqa bir ayədə belə buyurur: «Məhz tərəziləri ağır gələnlər (dünyada yaxşı əməlləri çox olanlar) nicat taparlar.Tərəziləri yüngül gələnlər (dünyada çoxlu günah qazananlar) isə özlərinə ziyan edənlərdir. Onlar Cəhənnəmdə əbədi qalarlar. Cəhənnəm odu onların üzünü yandırar. Onlar orada (üst dodaqları başlarının tən ortasına, alt dodaqları isə göbəklərinə qədər uzanaraq) dişləri ağarmış vəziyyətdə durarlar. « (Muminun, 102-104) Başqa bir ayədə belə buyurur: «Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz.» (Ənam, 160) Bizlər Rəsulallah (s.ə.s)-in özünə xas olan böyük şəfaətinə inanırıq. İnsanlar qiyamət günü dayanılmayacaq qədər böyük sıxıntı və kədərlə qarşılaşınca, onlara şəfaətçi olması üçün sırası ilə Adəm, sonra Nuh, sonra İbrahim, sonra Musa, sonra İsa, son olaraq da Məhəmməd (s.ə.s)-in yanına gələcəklər. Rəsulallah (s.ə.s) – Allahın izni ilə – qulları arasında hökm vermək üçün Allahın hüzurunda şəfaətçi olacaqdır. Bizlər Peyğəmbərimiz Məhəmməd (s.ə.s) ilə digər peyğəmbərlərin, möminlərin və mələklərin, cəhənnəmə girən möminlərə – Allahın izni ilə – şəfaət edib cəhənnəmdən çıxarılacaqlarına inanırıq. Bizlər Uca Allahın şəfaətə lüzum duymadan, lütf və rəhmətilə iman edib bir çox topluluğu Cəhənnəmdən çıxaracağına inanırıq. Bizlər Rəsulallah (s.ə.s)-in (qiyamət günü) hovuzunun olacağına, suyunun süddən daha ağ, dadının baldan daha dadlı, qoxusunun misdən daha gözəl, eni və boyunun bir aylıq yol məsafəsi qədər geniş, daşlarının göydəki ulduzlar qədər gözəl və çox olacağına, ümmətindən sadəcə mömin olanların ondan içəcəyinə və ondan bir dəfə içənin bir daha əbədiyyən susamayacağına inanırıq. Bizlər Qiyamət günü Cəhənnəmin üzərinə qurulacaq olan Sirat körpüsünə inanırıq. İnsanlar, onun üzərindən əməllərinə görə keçəcəklər. İlk topluluq ildırım kimi, ikinci topluluq külək kimi, üçüncü topluluq quşlar kimi, sonrakı topluluq isə normal addımlarla Sirat körpüsünün üzərindən keçəcəklər. Peyğəmbər (s.ə.s) Sirat körpüsünün üzərində ayaqda duracaq və belə yalvaracaqdır: «Ya Rabbi! Bizləri, (Sirat körpüsünün çətinliyindən qurtarıb onun qorxusundan) əmin et» Qulların işləri bitincə, onlardan sonra sürünərək başqa bir topluluq gələcəkdir. Sirat körpüsünün hər iki tərəfində onlara əmr ediləni tutmaq üçün asılı dəmir qancalar olacaq. Qancaları tutmayaanlar qurtulacaq, tutanlar isə Cəhənnəmə atılacaqdır. Bizlər Quran və Sünnədə qiyamət günü və onun dəhşəti haqqında xəbər verilən hər şeyə inanırıq. Uca Allah, o günün dəhşətində bizlərə kömək eləsin. (Amin) Bizlər Peyğəmbər (s.ə.s)-in Cənnətə girmələri üçün cənnət əhlinə şəfaət edəcəyini və bu şəfaətin sadəcə ona xas olduğuna inanırıq. Bizlər Cənnət və Cəhənnəmə inanırıq. Cənnət, Uca Allahın müttəqi möminlər üçün hazırladığı nemətlər yurdudur. Orada heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç kimsənin ağlına gəlməyən nemətlər vardır. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) onlar (mö’minlər) üçün göz oxşayan (onları sevindirəcək) nə cür ne’mətlər gizlənib saxlandığını heç kəs bilməz!» (Səcdə, 17) Cəhənnəm Uca Allahın zalım kafirlər üçün hazırladığı əzab yurdudur. Orada ağla gəlməyən əzab və işgəncələr vardır. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Və de: "Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir olsun). Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir. (Cəhənnəmin qalın divarları zalımları əhatə edəcəkdir). Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir!» (Kəhf, 29) Cənnət və Cəhənnəm bu an vardır və əbədiyyən də yox olmayacaqdır. Necə ki, Uca Allah Cənnət haqqında belə buyurur: «Və iman gətirib yaxşı işlər görənləri zülmətdən nura (küfrdən imana) çıxartmaq üçün Allahın açıq-aşkar (halal-haramı bəyan edən) ayələrini sizə oxuyan bir peyğəmbər göndərmişdir. Kim Allaha iman gətirib yaxşı iş görsə, (Allah) onu (mö’minlərin) əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Həqiqətən, Allah ona gözəl ruzi əta etmişdir!» (Talaq, 11) Cəhənnəm haqqında isə belə buyurur: «Şübhəsiz ki, Allah kafirlərə lə’nət eləmiş və onlar üçün yanar od hazırlamışdır. Onlar orada əbədi qalacaqlar, (özlərinə) nə bir hami, nə də bir mədədkar tapa biləcəklər. Üzləri odda (o tərəf-bu tərəfə) çevrildiyi (haldan-hala düşdüyü) gün onlar: "Kaş Allaha müt’i olaydıq, Peyğəmbərə itaət edəydik!" - deyəcəklər.» (Əhzab, 64-66) Quran və sünnənin birbaşa adlarını və vəsflərini göstərərək cənnətli olduqlarına şahidlik etdiklərinə bizlər də cənnətlik olduqlarına şahidlik edirik. Əbu Bəkr, Ömər, Osma, Əli (Allah onlardan razı olsun) və bəzi səhabələrin cənnətlik olduqlarına Peyğəmbər (s.ə.s) birbaşa özü şahidlik etmişdir. Quran və Sünnənin mömin və müttəqi olaraq vəsf etdiyi hər kəsin cənnətlik olduğuna şahidlik edirik. Quran və Sünnənin birbaşa adlarını və vəsflərini göstərib cəhənnəmlik olduqlarına şəhadət etdiyi kimsələrin cəhənnəmlik olduqlarına bizlər də şahidlik edirik. Quran və Sünnə, Əbu Ləhəb, Əmr b. Luhay əl-Huzai və onun kimi kimsələrin birbaşa cəhənnəmlik olduqlarına şahidlik edmişdir. Quran və Sünnə, kafir, böyük şirk işləyən və münafiq olaraq vəsf etdiyi hər kəsin cəhənnəmlik olduqlarına şahidlik edmişdir. Ölünün, qəbrə qoyulduqdan sonra Rəbbi, din və peyğəmbəri haqqında sorğuya çəkiləcək olduğu qəbir fitnəsinə inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə (kəlmeyi-şəhadətlə) sabitqədəm edər» (İbrahim, 27) Mömin : «Rəbbim Allah, dinim İslam və peyğəmbərim Məhəmməd (s.ə.s)» - deyəcəkdir. Kafir və münafiq isə : «Bilmirəm, insanların bir şeylər dediklərini eşitdim, mən də elə dedim» - deyəcəkdir. Bizlər Uca Allahın qəbir həyatında möminlər üçün qəbir nemətlərinə inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb: "Sizə salam olsun! Etdiyiniz (gözəl) əməllərə görə Cənnətə daxil olun!" - deyərlər.» (Nəhl, 32) Bizlər Uca Allahın qəbir həyatında zalım kafirlər üçün hazırladığı qəbir əzabına inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: "Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!" - dediklərini görəydin!» (Ənam, 93) Bu mövzuda rəvayət edilən hədislər çox olub bilinməkdədir. Quran və Sünnənin qeybə aid mövzularda xəbər verdiyi hər şeyə inanması, bu mövzuları dünyada görülən şeylərlə müqayisə edərək onlara etiraz etməməsi lazımdır. Çünki axirətlə əlaqəli mövzular hər ikisi arasındakı böyük fərqə görə dünyadakı şeylərlə müqayisə olunması mümkün deyil. Yalnızca Uca Allahdan yardım diləyirik. |
|
||||
![]() |
Copyright@www.SelefEqidesi.com, 2006 | ![]() |