Biz belə inanırıq


       Həmd yalnız Allaha məxsusdur. Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Ona sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Allahdan başqa ilah olmadığına şəhadət edirəm. O, təkdir və şəriki də yoxdur. Şəhadət edirəm ki, Məhəmməd Onun qulu və Rəsuludur.

Ön söz


       Həmd aləmlərin Rəbbi Allaha məxsusdur, gözəl nəticə (Cənnət), Allahdan lazımı qədər qorxan müttəqilər üçündür. Düşmənlik ancaq zalımlaradır. Allahdan başqa (haqqı ilə ibadət ediləcək) bir ilahın olmadığına, Onun bir olduğuna və ortağının olmadığına, Məhəmməd (s.ə.s)-in Allahın qulu və elçisi, peyğəmbərlərin sonuncusu, müttəqilərin qabaqcılı olduğuna şəhadət edirəm. Heç şübhəsiz ki, Uca Allah elçisi Məhəmməd (s.ə.s)-i aləmlərə rəhmət, möminlərə gözəl bir misal, bütün qullarına hüccət olması üçün hidayət və haqq dini ilə göndərmişdir. Uca Allah qullarının xeyrinə olan hər bir şeyi onların dini və dünyəvi hallarını düzəltmək, onların doğru inanca, sağlam əməllərə, gözəl əxlaqa və uca bir təbiətə sahib olmaları üçün Məhəmməd (s.ə.s)-ə endirdiyi Qurani Kərim və hikmətlə açıqlamışdır.
       Məhəmməd (s.ə.s) ümmətini gecəsi də gündüzü kimi apaçıq bir yol olan İslam dini üzrə buraxmışdı. O yoldan ancaq özünü həlak edən uzaqlaşır.
       Allah və Rəsulunun dəvətinə tabe olan səhabə, tabiin və onlara ən gözəl bir şəkildə tabe olan ümməti də bu haqq yolla gedmiş, inanc, ibadət, əxlaq və tərbiyə yönündən şəriətini tətbiq edərək Onun sünnəsinə sımsıx sarılmışlar. Beləcə özlərini düşmən edən və pis davrananların onlara heç bir zərər verəməyəcəyi və Allahın əmri gəlib qiyamət qopana qədər bu haqq yol üzrə olacaq olan taifə sadəcə onlar olmuşlar.
       Bizlər, Allaha həmd olsun onların yolunda gedən, onlar kimi Quran və Sünnə ilə hidayətə nail olan, bunu Allahın üzərimizdəki bir neməti olaraq görən və hər möminin belə olması lazım olduğuna inananlarıq.
       Uca Allahdan bizləri və müsəlman qardaşlarımızı dünya və axirətdə «Lə iləhə illəllah» kəliməsi ilə sabit etməsini və bizlərə tərəfindən rəhmət ehsan etməsini diləyirik. Şübhəsiz ki, O, qarşılıqsız və çox verəndir.
       Bu mövzunun əhəmiyyəti və insanların bu mövzuda bir çox fikir ayrılığına düşmələri səbəbilə Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, qədərin xeyrinə və şərrinə inanmaq olan əhli sünnə vəl cəmaə inancımızı xülasə olaraq qələmə almağı uyğun gördüm.
       Uca Allahdan, bu çalışmamı kəramətli Üzünə/Vəchinə, xalis və rizasına uyğun, qullarına da faydalı etməsini diləyirəm.
      
Məhəmməd b. Saleh əl-Useymin


Əqidəmiz

Başlıqlar

  • Əqidəmiz
  • Allaha Iman
  • Mələklərə Iman
  • Kitablara Iman
  • Rəsullara Iman
  • Axirət Gününə Iman
  • Qəza Və Qədərə Iman
  • Bu Inancin Faydalari
  • Copyright@www.SelefEqidesi.com, 2006