ALLAHA İMAN


       Uca Allahın sifətləri haqqında, təfsilatlı və əsas, isbat və rədd yönündən söylədiyimiz hər şeydə Rəbbimizin Kitabı ilə Peyğəmbərimiz Məhəmməd (s.ə.s)-in sünnəsinə, bu yolda gedmiş ilk müsəlmanların yoluna və onlardan sonra gələn hidayət qabaqcılları olan imamların fikirlərinə söykəndik
       Bizlər
       Uca Allahın mövzusunda Quran və Sünnənin bildirdiklərinin Allaha yaraşan bir şəkildə zahirən və həqiqi anlamına görə alınması vacib olduğuna inanırıq.
       Bizlər
       Uca Allahın sifətlərini təhrif edərək Allah və Rəsulunun qəsd etdikləri mənadan başqa mənalara dəyişdirənlərin yolundan uzaq dururuq.
       Bizlər
       Uca Allahın sifətlərini, Allah və Rəsulunun qəsd etdikləri mənalardan yan keçənlərin yolundan uzaq dururuq.
       Bizlər
       Uca Allahın sifətlərinə misal və ya keyfiyyət verməklə həddini aşanların yolundan uzaq dururuq. Uca Allah kitabı ilə Peyğəmbəri (s.ə.s)-in sünnəsində göstərilən şeylərin haqq olduğunu, xəbər verilən bu şeylərdə hər hansı bir ixtilafın olmadığını yəqin olaraq bilirik. Uca Allah bu barədə belə buyurur: «Onlar Qur’an barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar.» (Nisa, 82)
       Çünki xəbər verilən mövzularda ixtilafın olması, bu mövzuların birbirini yalanlamasını vacib edir. (Yəni birinin doğru, digərinin yalan olmasını vacib edir) Uca Allah və elçisi Məhəmməd (s.ə.s)-in xəbər verdiyi mövzularda belə bir şeyin olması imkansızdır.
       Hər kim, Allahın kitabında və rəsulu Məhəmməd (s.ə.s)-in sünnəsində və ya Quran ilə sünnə arasında bir ixtilafın olduğunu iddia edərsə, o kimsə pis niyyətli və qəlbində əyrilik olan bir insandır. Onun dərhal tövbə etməsi və içərisində olduğu zəlalətdən qurtulması lazımdır.
       Allahın kitabı və Rəsulunun sünnəsində, yaxud da Quran ilə sünnə arasında bir ixtilafın olduğunu zənn edən kimsənin ya elmi yetərsizdir, ya anlayışı qısadır, ya da yaxşıca düşünməmişdir. Buna görə, haqqın açıq-aydın ortaya çıxması üçün bu kimsənin elmi araşdırma etməsi, yaxşıca düşünə bilməsi üçün çox çalışması lazımdır. Haqq bəlli olmasa belə işi bilənə həvalə etməsi, pis zənnlərdən uzaq durması və elmdə dərinləşmiş olanlar kimi belə deməsi lazımdır: «Elmdə qüvvətli olanlar isə: " Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır", - deyərlər.» (Ali-İmran, 7) Bilinməsi lazımdır ki, Quran və Sünnədə və ya hər ikisi arasında heç bir ixtilaf yoxdur.

MƏLƏKLƏRƏ İMAN

Başlıqlar

  • Əqidəmiz
  • Allaha Iman
  • Mələklərə Iman
  • Kitablara Iman
  • Rəsullara Iman
  • Axirət Gününə Iman
  • Qəza Və Qədərə Iman
  • Bu Inancin Faydalari
  • Copyright@www.SelefEqidesi.com, 2006