![]() |
![]() |
|
İSİM VƏ SİFƏTLƏRİN TÖVHİDİNƏ ZİDD OLANLAR1. Allah subhənəhu və təalə nin isimlərini bütlərə qoymaq. Məs: Allahın əl-İlah adını, əl-Lat adı ilə dəyişərək öz bütlərinə qoymuşlar. Əl-Lat Taif şəhərində ağ dağın adı idi. Sikayf qəbiləsindən olanlar bu bütləri ilə fəxr edirdilər. İbn Hişam deyir: « Peyğəmbər səllallahu aleyhi və səlləm in əmri ilə Muğirə b. Şöbə və əbu Sufyan b. Hərb radıyallahu anhum onu yandırıb dağıdırlar. Sonralar isə onun yerində Məscid tikirlər». əl-Əziz adını, əl-Uzza İbn Cərir rahmətullahi aleyhi deyir: «Məkkə ilə Taif arasında, Nəxl adlanan yerdə ağac adı idi». İbn Hişam deyir: «Məkkənin fəthi günü Xalid b. Valid radıyallahu anhu oranı dağıdır». Əl-Mənnan adını, əl-Manat Məkkə ilə Mədinə arasında, Hudeydə adlanan yerin adı idi. Aişə radıyallahu anhə deyir: «Əli radıyallahu anhu Məkkənin fəthi günü oranı dağıdır». «Bir deyin görək Lat və Uzza nəyə qadirdir. Digəri üçüncüsü olan Manat da həmçinin .O, bütlər sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlara dair bir dəlil endirməmişdir». (ən-Nəcm 19-23). 2. Allah subhənəhu və təalə yə layiq olmayan adı vermək. Məs: Yəhudi və Xristianların dediyi kimi Ata, oğul və bizim dilimizdə işlənən o, kişiyə qurban olum və s. «Şübhəsiz ki, Allah Məryam oğlu İsadır deyənlər kafir oldular. Halbuki, Məsih belə demişdir. Ey israil oğulları! Mənim də sizin də Rəbbiniz olan Allaha ibadət edin». (əl-Maidə 72). 3. Allah subhənəhu və təala yə naqis sifətlər vermək. Məs: Yəhudilər və Xristianlar dedilər ki, Allah xəsisdir, göyləri və yeri xəlq etdikdən sonra dincəldi və s. Yəhudilər dedilər: «Allahın əlləri bağlıdır. Bu dedikləri sözə onların öz əlləri bağlandı və lənətə gəldilər. Xeyr! Allahın əlləri açıqdır, istədiyi kimi lütf və ehsan edər». (əl-Maidə 64). O, nə mürgü nə də yuxu bilər». (əl-Bəqərə 255). 4. Allah subhənəhu və təalə nin Sifətlərinə keyfiyyət isnad edib və onun Sifətlərini Allahın yaratdıqlarına bənzədən Müşəbbihlər (bənzədənlər). Bunlar müşriklərdən də pisdirlər. Müşriklər yerdəkiləri Allaha şərik qoşurlar, onlar isə Allahı yaratdıqlarına bənzədirlər. «Allah ona aid etdikləri sifətlərdən uzaqdır». (əs-Saffət 159). 5. Allah subhənəhu və təalə nin İsim və Sifətlərini qismən və ya tamamilə inkar edən MUATTİLA. Onların iddialarına görə Allahın İsim və Sifətlərini qəbul etmək Allahı yaratdıqlarına bənzətmək deməkdir. Bunlar da iki qismdirlər. 1) Allahın isimlərinin qəbul edərək mənasız olduğunu qeyd edirlər. O, rahmətsiz olaraq Rəhim və Rahməndir, Elmsiz olaraq Alimdir və s. 2) Bütün İsim və Sifətləri inkar edənlər. Əvvəla bütün bunlar batil fikirlərdir. Çünki Allah Qurani Kərimdə bir çox ayələrdə İsim və Sifətlərinin olduğunu buyurduğu halda, digər ayələrdə heç bir şeyin İsim və Sifətlərinin ona bənzəmədiyini də buyurmuşdu. Əgər bu İsim və Sifətləri qəbul etmək, onu yaratdıqlarına bənzətməyi irəli sürmüş olsaydı, Allahın ayələrinin bir qisminin digərini yalanladığını qəbul etməli olardıq. Allah subhənəhu və təalə nin SƏMİ (eşidən) olduğunu bilirik. Eşitmək isə məna etibarı ilə səsləri qəbul (idrak) etmək deməkdir. Lakin Allahın eşitməsinin həqiqi mənası bizim tərəfimizdən bilinməzdir. Çünki biz iki şəxs gördükdə: Bu ikisinin insanlıq xüsusiyyətləri olan eşitmək, görmək və danışmaq kimi xüsusiyyət lərinin eyni olduğunu fikirləşmirik. Həmçinin İstiva sözünü götürsək bu da fərqlidir. Məs: Çarpayının üstünə istiva etmək ilə dəvənin üstünə istiva etmək arasında fərqlər vardır. Bütün bunlara yaradılanlar arasında fərqli olduğu halda, yaradıcı ilə yaradılan arasında belə bir fərq daha açıq və daha böyükdür. 6. İnsanlar arasında olan bəzi müraciətlər. Məs: Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Rəsulullah səllallahu aleyhi və səlləm buyurur: «Sizdən heç kim öz (qulluqçusuna) Rəbbinə su ver, Rəbbini doydur, Rəbbinə dəstəmaz aldır və s deməsin. (Ey kölələr!) Sizdən də heç kimsə Rəbbim deyə xitab etməsin. Həmçinin qulum deyə xitab etməsin. Oğlum, qızım desin». |
||
![]() |
Copyright@www.SelefEqidesi.com, 2006 | ![]() |