![]() |
![]() |
|
ALLAH –subhənəhu və təalə – NİN ƏLİNİN OLMASI«Ey iblis, sənə mənim iki əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu» (Sad 75). «Allahın əli onların əllərinin üstündədir». (əl-Fəth 10). Ancaq bu yaratdıqlarının əlləri kimi deyildir, bir üzüv (orqan) da deyildir. O, əllərin yaradıcısıdır. «Onun bənzəri heç bir şey yoxdur». (əş-Şura 11). Əhli Sünnə vəl Cəmaatın bu ayələrdə mövqeyi ayələri olduğu kimi qəbul etmək, onları müxaliflər kimi qüdrət, nemət kimi mənalarla təvil etməməkdir. Abdullah b. Amr – radıyallahu anhu- rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm- buyurdu: «Allah üç şeyi əli ilə yaratmışdır. Adəmi, Tövratı əli ilə yazmışdı və Ədn cənnətindəki (ağacları da) əli ilə əkmişdi». İbn Ömər – radıyallahu anhu – dan gələn rəvayətdə isə Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur: «Allah dörd şeyi əli ilə yaratmışdır. Ərşi, qələmi, Adəmi və Ədn Cənnətini. Sonra digər yaratdıqlarına ol demiş, onlar da olmuşlar». «Məgər bizim öz əllərimizlə onlar üçün davarlar yaratdığımızı və özlərinin də onlara sahib olduqlarını görmürlərmi?». (Yasin 71). Hökm əlində olan Allah nə qədər uca və nə qədər uludur. O, hər şeyə qadirdir». (əl-Mulk 1). Allah Qurani-Kərimdə bəzi ayələrdə YƏDUHU – bir əl, YƏDEYYƏ – iki əl, bəzi yerlərdə isə ƏYDİNƏ – əllərimizi deyə buyurmuşdu. Çox vaxt iki əza ilə edilən bir işi bir əza ilə edilməsi demək də mümkündür. Məs: Gözümlə gördüm, qulağımla eşitdim və s. Məqsəd isə iki göz və qulaqdır. «Oğru kişi və qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq əllərini kəsin». (əl-Maidə 38). Məqsəd isə iki əldir. «Əgər ikiniz də Allaha tövbə etsəniz». (ət-Təhqim 4). Məqsəd isə ikinizin qəlbidir. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Allahın əli elə doludur ki, gecə və gündüz ondan davamlı axar. Siz Allahın göyləri və yeri yaratdıqdan bəri (əliylə) xərclədiyi (verdiyi) şeyləri görmürsünüzmü? Bütün bu verdikləri onun sağ əlindəkiləri heç bir şəkildə əskiltməmişdir». Allahın hər iki əli də sağdır. Bu İbn Hüzeymə «ət-Tövhid» 1/159, İmam Əhməd bax: Əbu Yəla «Təbəqatul Hənəbiyə» 1/313, Beyhəqi «əl-Əsmə vəs-Sifət» 2/55,56, İbn Teymiyyə «Məcmuul Fətava» 6/397,400, əl-Albani «Məsəl-lətul Asalə» s 68, «Səhih Hədislər Silsiləsi» 3136 və s. alimlərin görüşüdür. Allahın iki əlindən biri sağ, digəri sol əlidir. Bu Darimi «ər-Rədd alə Bişril Mərisi» s. 155, Süleyman ət-Təmimi «Kitabut Tövhid» s. 193, Həsən Siddiq Xan «Katfus Samər» s. 66 və s. alimlərin görüşüdür. İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, adil olanlar (Qiyamət günü) Rəhmanın sağında nurdan minbərlər üzərində olacaqlar. Rəhmanın hər iki əli də sağdır». İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah ilk olaraq qələmi yaratmış və onu sağ əli ilə tutmuşdur. Onun hər iki əli də sağdır». Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: Allah Adəmi yaradıb ona ruhundan üflədiyi zaman hər iki əli də bağlı olduğu halda Adəmə: «Hansını istəyirsən seç al ey Adəm!» dedi. Adəm də: «Rəbbimin sağ əlini seçdim. Lakin onun hər iki əli də mübarək sağ əldir» dedi. Daha sonra onu açdıqda içində Adəm və zuriyyəti olduğu və onlardan hər bir insanın ömrünün orada yazılı olduğu ortaya çıxdı. Əhli Sünnə vəl Cəmaat Allahın ovcunun olmasına da iman edirlər. Səhih hədislərdə OVUC – ləfzi də keçməkdədir. Əbu Hureyrə – radıyallahu anhu – rəavyət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Elə bir kimsə yoxdur ki, halal bir şeydən sədəqə vermiş olsun və Allah onu sağ əli ilə alıb qəbul etməsin. Bu bir xurma olsa da belə. Lakin Allah halaldan başqasını qəbul etməz. Necə ki, sizdən biriniz tayını və ya dəvə balasını böyüdüb yetişdirdiyi kimi sədəqə də Rahmənin övcunda böyüyüb (çoxalır). Nəhayət dağ kimi və ya dağdan da böyük olur». Həmçinin barmaqlarının olmasına da iman edirlər. Muaz b. Cəbəl – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Rəbbimi (yuxuda) ən gözəl surətdə gördüm və Rəbbimin ovcunu iki çiynimin (kürək sümüyümün) arasına qoyduğunu gördüm. Onun barmaq uclarının (başqa rəvayətdə əllərinin) soyuqluğunu qəlbimdə hiss etdim.». Abdullah b. Amr b. əl As – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Adəm oğullarının qəlbləri Rahmənin barmaqlarından iki barmağı arasında tək bir qəlb kimidir. Onları istədiyi kimi çevirir». İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, bir Yəhudi Rəsulullah – sallallahu aleyhi və səlləm – ə dedi: «Ey Məhəmməd (başqa rəvayətdə ey əbul Qasim!) Şübhəsiz ki, Allah Qiyamət günü göyləri bir barmağına, yeddi qat yeri bir barmağına, dağları bir barmağına, ağacları bir barmağına və yaratdıqlarını bir barmağına alıb buyuracaq: «Bu gün Məlik mənəm». Bu sözlərdən sonra Rəsulullah – sallallahu aleyhi və səlləm – qabaq dişləri görünəcək şəkildə gülümsəmiş və: «Allahı lazımınca qiymətləndirməyənlər. Halbuki Qiyamət günü yer bütünlüklə onun ovcunun içində olacaq, göylər isə onun sağ əli ilə büküləcəkdir». (əz-Zumər 67). Ayəsini oxudu. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah Qiyamət günü yeri ovcunun içinə alır, göyü isə sağ əlinə alıb buyuracaqdır: Mənəm hökmdar, bəs yerin hökmdarları haradadır?». Əbu Musa əl-Əşari – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah əllərini gecə açır ki, gündüz günahkarı tövbə etsin, gündüz əllərini açır ki, gecə günahkarı tövbə etsin. Bu da günəşin batdığı yerdən çıxanadəkdir». |
||
![]() |
Copyright@www.SelefEqidesi.com, 2006 | ![]() |