![]() |
![]() |
|
ALLAH - subhənəhu və təalə – nin ÜZ - SİFƏTİƏhli Sünnə vəl Cəmaat Allahın üzünün olduğuna da inanırlar. Üz-Allahın zatı sifətlərindəndir. Müxaliflər Allahın üz sifətini Allahın savabı kimi təhrif edirlər. Savab yaradılmışdır və Allahdan ayrıdır, Üz isə Allahın sifətlərindən olub yaradılmamışdır və ondan ayrı deyildir. Əbu Hənifə – rahmətullahi aleyhi – deyir: «Onun əli, üzü və nəfsi vardır. Allahın kitabında bildirdiyi üz, əl, nəfs onun keyfiyyəti bilinməyən sifətlərindəndir. «Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin üzü qalar». (ər-Rahmən 27). «Onun simasından başqa hər şey məhvə məhkumdur». (əl-Qəsəs 88). «Allahın üzünə (rizasını diləyərək) zəkat verənlərin (mükafatı) qat-qat artacaqdır». (ər-Rum 39). Əli – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və sələm – mənə buyurdu: Yatağına girəndə bu sözləri de: «Nazil etdiyin şərdən qorunmaq üçün sənin kəramətli üzündən və kamil kəlamlarından kömək diləyirəm». Əbu Musa – radıyallahu anhu - rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah yatmır. O, yatmamalıdır ki, Mizanı (başqa rəvayətdə ədaləti) endirsin və ya qaldırsın. Gündüzün əməlindən əvvəl gecənin əməli, gecənin əməlindən əvvəl gündüzün əməli ona (Allaha) yüksəlir (qaldırılır) Onun örtüyü (pərdəsi) nurdur. (Əbu Bəkr – radıyallahu anhu – nın rəvayətində pərdəsi atəşdir). Əgər üzündəki pərdəni qaldırsa üzünün nurları yaratdığı hər bir şeyi yandırar. Heç bir üz ona bənzəmədiyi kimi, onun üzü də heç bir üzə bənzəməz. |
||
![]() |
Copyright@www.SelefEqidesi.com, 2006 | ![]() |