![]() |
![]() |
|
SON SÖZBu ümmətin ilk nəslinin Tövhid əqidəsi budur. Bu əqidə olduqca saf və sağlam bir əqidədir. Müsəlmanların birlikdə olmaları və vahid bir din altında birləşmələri yalnız Tövhid əqidəsini gözəl bilmələri ilə mümkündür. Bizim islah olunmağımız, dəvətimizin yayılması üçün, dəvətimizi, əməllərimizi, əxlaqımızı Tövhid əqidəsi üzərində ucaltdıqca mümkün ola bilər. Tərtəmiz əqidə isə bu ümmətin Sələfi olan ilk nəslin inandığı əsaslardır. Əmirul Muminin Əli b. Əbu Talib radıyallahu anhu deyir: «bu elmi kimdən öyrəndiyinizə fikir verin, çünki bu elm dinin özüdür». Allah subhənəhu və təalə dən Sələfi Salihin yolunu bizə göstərdiyi kimi bizi də onlardan etməsini, yaratdıqlarının ən xeyirlisi olan Məhəmməd sallallahu aleyhi və səlləm ilə birlikdə Qiyamət günü həşr etməsini, bizi hidayətə yönlətdikdən sonra qəlbimizi sapdırmamasını, onun yolunda çalışan Muvahhid və saleh qullarından etməsini diləyirəm. O, hər şeyi eşidən və duaları qəbul edəndir. Amin! Allahın salat və salamı onun Peyğəmbəri Məhəmməd sallallahu aleyhi və səlləm ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun. MİLADİ 2003-ci il 8 DEKABR. |
||
![]() |
Copyright@www.SelefEqidesi.com, 2006 | ![]() |