![]() |
![]() |
|
QƏZA VƏ QƏDƏRƏ İMANIN FAYDALARI1. Razılıq, yəqinlik və əvəz. «Allahın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər və o, dünyada baş verən hər şeyin Allahın əzəli hökmü ilə izni ilə olduğunu bilir. Allah hər şeyi (keçmişi, indini və gələcəyi) biləndir. (ət-Təğabun 11). İbn Abbas – radıyallahu anhu – deyir ki, səbrli adamın qəlbini yəqinliyə yönəldir. O bilir ki, məruz qaldığı müsibət təsadüfi deyildir. Bu Allahın qəza və qədəridir. 2. Günahların təmizlənməsi. Əbu Səid əl-Xudri və əbu Hureyrə – radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mömini nə xəstəliyə, nə əzab-əziyyətə, nə rahatsızlığa, nə də kədərə məruz qalmaq maraqlandırır. Onu maraqlandıran Allahın bunlara səbr etdiyinə görə günahlarını təmizləməyidir». «Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır». (əş-Şura 30). 3. Böyük əcr (mükafatın) verilməsi. «Əlbəttə, biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Məhəmməd! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver. O, kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: «Biz Allahın bəndələriyik və (öləndən sonra) ona tərəf (onun dərgahına) qayıdacağıq» deyirlər. (əl-Bəqərə 155-156). 4. Sevinməmək və kədərlənməmək. «Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, biz onu yaratmamışdan əvvəl o, bir kitabda (Lövhi-Məhfuzda) yazılmış olmasın. Bu Allah üçün çox asandır. Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə də sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, özü ilə fəxr edən heç bir kəsi sevməz». (əl-Hədid 22-23). İbn Kəsir – rahmətullahi aleyhi – deyir ki, Allahın sizə bxş etdiyi nemətlərə qürrələnib insanlar arasında fəxr etməyin. Bu sizin əməyinizin nəticəsi olmayıb, Allahın qəza və qədəri ilə sizə bəxş edilən ruzisidir. Allahın nemətləri ilə təkəbbür və lövğalıq etməyin. Sevincinizi şükrə, kədərinizi isə səbrə çevirin. 5. İnsanlıqdan qorxmamaq. De ki: «Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz onun zərərini aradan qaldıra bilərlərmi?» Yaxud: «Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar onun mərhəmətinə mane ola bilərlərmi?» De ki: «Mənə təkcə Allah kifayət edər». (əz-Zumər 38). «Əgər Allah sənə bir zərər yetirsə, səni Ondan (Allahdan) başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs onun nemətinə maneəçilik edə bilməz». (Yunis 107). İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – mənə bir neçə nəsihət verərək buyurdu: «Bunu da bil ki, əgər bütün insanlar sənə xeyir vermək üçün bir yerə yığışsalar Allahın yazdığından artıq sənə heç bir xeyir verə bilməzlər. Bunu da bil ki, əgər sənə zərər vermək üçün bir yerə yığışsalar yenə də Allahın yazdığından artıq sənə zərər verə bilməzlər. (Çünki) qələmlər qaldırlmış, səhifələr (in mürəkkəbi) qurumuşdur». 5. Ölümdən qorxmamaq. «Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O, (Lövhi-məhfuzda) vaxtı müəyyən edilmiş bir yazıdır». (Ali-İmran 145). 6. Olub keçənlərə peşman olmamaq. «(Müharibəyə getməyib Mədinədə evlərində) oturan və (müharibəyə getmiş) qardaşları haqqında: «Əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər» deyənlərə (Ya Məhəmməd!) söylə ki: «Əgər doğru deyirsinizsə, onda (bacarıb) ölmü özünüzdən uzaqlaşdırın». (Ali-İmran 168). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah güclü mömini zəif mömindən daha çox sevir. Hər bir işdə özünə faydalı olanı götürməyə səy göstər. Allahdan kömək dilə aciz olma. Başına bir müsibət gələrsə demə: «Əgər belə etsəydim belə olmazdı» De ki: «Allahın qəza və qədəri bu imiş. Əgər sözü şeytana yol açır». 7. Allahın məsləhət bildiyinə xeyr vardır. «Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyrli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz». (əl-Bəqərə 216). |
||
![]() |
Copyright@www.SelefEqidesi.com, 2006 | ![]() |