XUTBƏTUL – HACƏ


      Həmd ancaq Allahadır, Ona həmd edir, ondan yardım və məğfirət diləyirik. Nəfslərmizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Məhəmməd onun qulu və elçisidir.
      «Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız mısəlman olduğunuz halda ölün». (Ali İmran 102).
      «Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan daha bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) bir-birinizdən (Cürbəcur şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1).
      «Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar». (əl-Əhzab 70-71).
      Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Məhəmməd – səllallahu aleyhi və səlləm – in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə bir zəlalətdir (sapıqlıqdır), hər bir zəlalət isə oddadır.
      «Ey Rəbbim! Köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar». (Ta ha 25-28).
      Möhtərəm müsəlman bacı və qardaşlarım! İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram. Allahın kitabına və Rəsulullah – səllallahu aleyhi və səlləm –in yoluna uyaraq öz risaləmi «Bismilləh» ilə başlamış və buyurmuşdu: «Hər mühüm bir işə – bismilləh – ilə başlanılmazsa o işin sonu kəsikdir».
      Allah – subhanəhu və təalə – Məhəmməd – səllallahu aleyhi və səlləm –i aləmlərə rəhmət, əməl edənlərə öndər, qullarına hüccət olaraq hidayət və haqq dini ilə göndərdi. O, - səllallahu aleyhi və səlləm – ona verilən əmanəti yerinə yetirdi, rəsaləti təbliğ etdi, ümmətə öyüd verdi, dinin əsaslarından tutmuş hər bir şeyi incəliyinə kimi bizə xəbər vermişdi. Açıqlamadığı bir şey, ümmətini sövq etmədiyi bir xeyr və onları çəkindirməyi bir pislik buraxmadı. Səhabələr onun aydınlıq yolu üzərində yürüdükləri kimi, onların yollarına uyan kimsələr də bu yolda yürüməyə başladılar.
      Lakin çox keçmədi ki, gecə qaranlıqları kimi bidətlər ortaya çıxmağa başladı. Bu bidətlər, uydurmalar İslamı və müsəlmanları dağıtmağa və onların firqələrə və məzhəblərə bölünməsinə gətirib çıxartdı. Müsəlmanlar da cahilcəsinə bu bidətlərə doğru yürüməyə başladılar. İnanclarını bu çürümüş şeylər üzərində qurmağa başladılar. Bu İslam və müsəlmanların düşmənlərinin fikirləri birdir. Allahın nurunu söndürmək, yəni İslamı məhv etməkdir. Lakin bu əsla belə deyildir. Allah buyurur: «Onlar Allahın nurunu (İslam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də öz nurunu (dinini) tamamlayacaqdır». (əs-Səff 8). Allahu Əkbər! Həqiqətən də onların xoşlarına gəlsə də, gəlməsə də belə Allah öz dinini qoruyur və tamamlayır. Hər dövrdə, hər zamanda, hər vaxtda Allahın dinini bəxş etdiyi iman, elm və hikmət ilə din düşmənlərinə qarşı vuruşan, onların hiylələrinə, bidətlərinə qarşı çıxan, bidətlərini yox edən və onları Quran və Sünnə ilə məhv edən sünnət əhlindən olan cəmaat olub və olacaqdır. İnşəallah!
      Səvban – radıyallahu anhu – dən gələn rəvayətdə Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurur: «Ümmətimdən bir qrup insanlar olacaq ki, Qiyamətin qopacaqı vaxta qədər haqq üzrə gedəcəklər. Heç nə və heç kim onlara zərə vura biməyəcək. Allahın əmri gəlincəyə qədər». Bu cəmaat Firqətin Nəciyə – qurtuluşa çatan firqə, Əhli Sünnə vəl Cəmaat, Sələfi-Salman, Əhli Hədis və s. deyə adlandırılmışdır. Onlar isə Peyğəmbər – səllallahu aleyhi və səlləm – in və əshabələrin izləmiş olduğu yolu davam etdirən kimsələrdir. Auf b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Yəhudilər yetmiş bir firqəyə bölünəcəklər. Onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcək-dir. Xristianlar yetmiş iki firqəyə bölünəcəklər. Onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir. Qəlbim əlində olan Allaha and olsun ki, mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir. Onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir». İbn Ömər – radıyalallahu anhu- nun rəvayətində isə səhabələr Cənnətə düşən firqə haqqında soruşdular. Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Onlar mənim və səhabələrimin yolu ilə gedənlərdir». Başqa rəvayətdə Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «O da cəmaatdır».
      Bütün bu hədislər bizlərə Cəhənnəm atəşindən qurtulmuş toplumun orta yoly mənimsəmiş Əhli Sünnə vəl Cəmaat olduğunu açıqca göstərməkdədir. Çünki onlar bütün ixtilaflarda orta yolu tutmuş, Kitab və Sünnətin bildirdiyi iman əsaslarından başqa hər hansı bir insana yönəlməmiş, insan üçün lazımlı hər şeyin bu iki qaynaqda bəyan edildiyinə inanmışlar. Sünnəti bəyan etmək, əsaslarını gücləndirmək və bidətləri yıxmaq üçün bir çox əsərlər də yazmışlar.
      Buna görə də hörmətli bacı və qardaşlarım hər biriniz bu azmışlara qarşı mübarizə aparmalısınız. Hər biriniz Allahın dinini qorumalısınız. «Ey iman gətirənlər! Əgər siz Allaha yardım göstərsəniz, o da sizə yardım göstərər və sizi sabitqədəm edər». (Məhəmməd 7). Allahı qorumaq isə onun dinini qorumaq ilə olur. İbn Məsid – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – səllallahu aleyhi və səlləm- buyurdu: «Allahın məndən əvvəlki ümmətlərə göndərdiyi hər Nəbinin öz ümmətindən sünnətin alan və əmrlərinə uyan bir çox həvvariləri və səhabələri vardır. Sonra onların ardından etməyəcəkləri şeyləri söyləyən və əmr olunmadıqları işləri edən bir çox nəsillər zühur edər. Kim onlara qarşı əli ilə mübarizə apararsa o, bir mömindir. Onlara qarşı kim diliylə mübarizə apararsa o da bir mömindir. Onlara qarşı kim qəlbi ilə mübarizə apararsa, o da mömindir. Amma bundan aşağı (imandan) bir xardal dənəsi qədər də iman yoxdur».
      Bu batil firqələrin yoluna uymamaq, onların ardınca getməmək üçün, Rəsulullah – səllallahu aleyhi və səlləm – in yoluna uymaq, hidayət yolunda olan cəmaatdan olmaq üçün hər bir müsəlman, hər bir şəxs öz əqidəsini gözəl bir şəkildə öyrənməli, öyrəndikdən sonra isə ona əməl edib başqalarına öyrətməlidir. İbn Teymiyyə – rahmətulahi aleyhi – bu məsələ ilə bağlı demişdir: «Buna görə də Əhli Sünnə alimləri – sünnətə sarılmaq qurtuluşdur demişlər». Allah rəhmət etsin imam Məlik deyir: «Sünnət Nuhun gəmisi kimdir, minən qurtulur, arxada qalan isə həlak olur. Haqq budur. Çünki Nuhun gəmisinə peyğəmbəri təsdiq edən və ona tabe olanlar minmişlər. Ona minməyənlər isə peyğəmbəri yalan saymışlar. Sünnətə tabe olmaq Allah qatından gələn rtsalətə tabe olmaq deməkdir. Dolayısı ilə risalətə tabe olan, Nuhla bərabər gəmiyə minən kimsə durumundadır. Risalətə tabe olmaqdan ayrılan kimsə də Nuha tabe olmaqdan və onunla bərabər gəmiyə minməkdən qaçan kimsə durumundadır».
      Bu baxımdan da mən ikinci risaləni topladım. Bu risaləni toplamaq üçün Quran və Sünnəyə uyaraq və İslamın elm adamlarının əsərlərindən geniş istifadə edərək Allahın izni ilə əlimizdəki bu risalənin toplanmasına nail oldum. Bu risalədə birincidən fərqli olaraq İman, imanın əsaslarından, ehsan və s. mövzular haqqında geniş yer verməyə və hər oxucu ondan faydalansın deyə, aydın dəlillərlə göstərməyə çalışdım. İlk növbədə Allahdan bu çalışmanın dolğun, düzgün şəkildə yazıb başa çatdırlmasını diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı olmasını, məndən qəbul edib onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər hardasa xəta etmişəmsə bu nəfsimdən və şeytandandır. Burada düzəldilməsi mühüm olan yerləri tapdıqdan sonra mənə öyüd-nəsihət verməkdən çəkinməyəcəyinizi ümid edirəm.
      Güvəndiyim Allahdır! İşlərimi Ona həvalə edirəm və ona arxalanıram. Həmd və təriflər yalnız Onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan da Odur.
      «Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et». (əş-Şüəra 78-85).
      Allahın salat və salamı onun Peyğəmbəri Məhəmməd – sallallahu aleyhi və səlləm – ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun.


Iman

Başlıqlar

  • Ön söz
  • Iman
  • Allaha iman
  • Mələklərə iman
  • Kitablara iman
  • Quran məxluq deyildir, allahin kəlamidir!!!
  • Peyğəmbərlərə iman
  • Peyğəmbərimiz məhəmməd sallallahu aleyhi və alihi vəs səlləm
  • Peyğəmbərimizin xüsusiyyətləri
  • Axirətə iman
  • Qiyamətin kiçik əlamətləri
  • Qiyamətin böyük əlamətləri
  • Ölüm
  • Qəbr aləmi
  • Sur
  • Əl -bas (öldükdən sonra dirilmək)
  • Həşr və məhşər
  • Haqq - hesab
  • Sirat
  • Hovuz
  • Cənnət və cəhənnəm
  • Şəfaət
  • Qəza və qədərə iman
  • Qəza və qədərə imanin faydalari
  • Islam və iman
  • Ehsan
  • Son söz
  • Copyright@www.SelefEqidesi.com, 2006