İSLAM VƏ İMAN


      Şəri mənaları ilə islam və iman bir-birindən ayrılmazdırlar. Biri digəri olmadan işlənməzlər. Əksinə harada səhih və mötəbər bir iman varsa onunla birlikdə islam da vardır və ya harada islam varsa onunla birlik də iman da vardır. Onlardan hər hansı biri tək başına işlədiləcək olarsa, digəri də onun içərisinə girər və tək başına işlədilən bu isim yenə digər ismin tək başına işlədilməsi halında dəlalət etdiyi şeylərə dəlalət edər. Məs: «Ey iman gətirənlər! Namaz qılmağa durduğunuz zaman üzünüzü və əllərinizi dirsəklərinizə qədər (və ya dirsəkləriniz də daxil olmaqla) yuyun, (yaş əlinizi) başınıza məsh edin (çəkin), ayaqlarınızı topuqlarınıza qədər (topuqlarınız da daxil olmaqla) yuyun». (əl-Maidə 6) – ayəsindəki xitab həm mömin, həm də müsəlmanları əhatə edir. Yoxsa ki, namaz üçün dəstəmaz almaq təkcə möminlər üçün deyildir. Müsəlmanların da dəstəmazsız namaz qılmaları mümkün deyildir. İman islamı əhatə etdiyi kimi, islam da imanı əhatə edir. Həmçinin: «Məni müsəlman olaraq öldür….» (Yusif 101) ayəsindəki «Məni müsəlman olaraq öldür!» - eyni zamanda – «Məni mömin olaraq öldür!» deməkdir. Yoxsa – məni müsəlman olaraq öldür, mömin olaraq öldürmə – mənasında deyildir. Çünki Allah bütün möminlərin ancaq müsəlman olaraq can vermələrini «Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün». (Ali-İmran 102) istər.
      Lakin ikisi bir yerdə zikr olunarlarsa (islam və iman) aralarında fərq olur. Bu vəziyyətdə iman qəlbin təsdiqi, iqrarı və bilib tanıması mənasına gəlir, islam da Uca Allaha əməl ilə təslimiyyət göstərmək, boyun əymək və ona itaətlə bağlanmaq mənalarına gəlir. Elm adamları buna belə deyirlər: «Hər mömin müsəlmandır, lakin hər müsəlman isə mömin deyildir». Məs: Allah buyurur: «Bədəvi ərəblər: «Biz iman gətirdik!» dedilər. (Ya Peyğəmbər! Onlara) De ki: «Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: «Biz İslamı qəbul etdik!» deyin». (əl-Hucurat 14). İbn Abbas – radıyallahu anhu – deyir ki, onların bütünlüklə münafiq olmadığını, imanları zəif kimsələr olduğunu açıqlamışdır. İbn Cərir ət-Təbəri – rahmətullahi aleyhi – bu ayənin təfsirində deyir ki, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – bədəvi ərəblərin yalnız İslam (təslim) təslim olduqlarını söyləməsini əmr etmişdi. Onlar yalnız dilləri ilə təsdiq etmiş, lakin qəlbləri ilə təsdiq etməmişlər. Buna görə də onlara yalnız İslam olduqları demələri əmr olundu. Çünki İslam (təslim) olmaq üçün söz yetərli olarkən, iman etmək üçün həm söz, həm də əməl gərəkdir. «Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam (dini) üçün açıb genişləndirər. Kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O sanki (sıxıntının şiddətindən) göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər». (əl-Ənam 125).
     

İMANDA İSTİSNA ETMƏK «İNŞƏALLAH, MƏN MÖMİNƏN» DEMƏK


      Əhli Sünnə vəl Cəmaat imanda istisna etmək – yəni «İnşəallah, mən möminəm» deməyin və özləri haqqında yəqin olaraq «mən möminəm» deməyin əleyhinədir. Bu isə onların Allahdan qorxmaları və qədərə iman etmələrinə görədir. Çünki heç kəs yəqin olaraq deyə bilməz ki, «mən möminəm». Mütləq iman bütün itaətləri etməyi və bütün qadağaları tərk etməyi əhatə edir. İnsan bütün bunları etdikdə də yəqin olaraq bu kəlməni söyləməz. Əgər belə etsə onda özünü tərif etmiş, təmizə çıxarmış və özünü Allahdan haqqıyla qorxan, yaxın kimsələrdən olduğunu irəli sürmüş olur. Beləliklə də özünə yəqin olaraq mömin deyən kimsə özünün Cənnət əhlindən olduğunu da irəli sürməlidir. Bu isə mümkün deyildir. «Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu daha gözəl bilir». (ən-Nəcm 32).
      İstisna etmək- «İnşəallah, mən möminəm» demək haqqında üç rəy vardır. Kimisi bunun vacib olduğunu, kimisi bunun haram olduğunu, kimisi də bu məsələdə orta yolu tuturlar.
      Müxaliflərin qeyd etdiyinə görə iman tək bir şey olub əməl və sözdən ibarət deyildir. İman qəlbdəki təsdiqdir. Əgər qəlb təsdiq edirsə o, özünün mömin olduğunda da heç bir şəkk-şübhə etməməlidir. Onlara görə şəhadət kəlməsini söylədiyimi bildiyim kimi, mömin olduğumu da bilirəm. Onların «mən möminəm» deməyi, «mən müsəlmanam» deməyi kimidir və bu məsələdə «inşəallah, mən möminəm» deyənlərə də ŞƏKKAK – şübhəçi adını verirlər.
      İmam Əbu Hənifə – rəhmətullahi aleyhi – də imanda inşəallah, mən möminəm deməyin haram olduğu fikrindədir.O, deyir: «Mömin yəni inanan kimsə həqiqətən mömindir, kafir də həqiqətən kafirdir. Küfrdə şübhə olmadığı kimi imanda da şübhə yoxdur». Allah buyurur: «Onlar həqiqi möminlərdir». (əl-Ənfal 4). «Bütün bunlar həqiqətən kafirdirlər». (ən-Nisa 151). Məhəmməd – sallallahu aleyhi və səlləm – in ümmətinin günahkar olan kimsələrinin hamısı həqiqətən mömin olub, kafir deyillər». İmam Əbu Hənifə – rahmətullahi aleyhi -, Harisi və Haskəfinin rəvayətinə görə belə demişdir: «Alkamə ilə birlikdə Ata b. Əbi Rəbahın yanında idik». Alkamə ona: «Ey Əbu Məhəmməd! Ölkəmizdə imanlarını özlərinə nisbət etməyə və mən möminəm deməyi xoş qarşılamayan bir qrup vardır» dedi. Ata b. Əbi Rəbah: «Onlara nə olur ki, bunu söyləmirlər?» deyə qarşılıqlı sual verdi. Alkamə sözünə davam edərək: «Deyirlər ki, mömin olduğumuzu söylədikdə özümüzü Cənnət əhlindən olduğumuzu da qeyd edirik». Ata onlara: «Allah! Allah! Bu şeytanın hiylələrindən biridir. Şeytan onları Allahın onlara verdiyi ən böyük nemət olan İslamı tərk etməyə və bu xüsuslarda Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə müxalif olmalarını vəsvəsə edir. Mən səhabələrin və eyni zamanda da Peyğəmbər – sallallahu aleyhi və səlləm – in də bunu etdiyinin şahidi olmuşam».
      Digər bir qrup isə hər bir şeydə istisna etməyə başladılar və bu məsələdə həddi aşmışlar. Məs: Onlar etdikləri bütün saleh əməllərdə də istisna etməyə başladılar. «İnşəallah mən namaz qıldım, inşəallah oruc tutdum» və s. sözlər söyləməyə başladılar. Yenə onlardan bir çoxu hər şeydə istisna etməyə başladılar. «İnşəallah bu paltardır, inşəallah bu ayaqqabıdır» və s.
      Lakin ən gözəl mövqe isə Sələfin mövqeyidir. Allah – subhanəhu və təalə – Qurani-Kərimdə yəqin olaraq baş verən bəzi işləri Allahın diləməsinə bağlaya-raq ifadə edildiyini açıq göstərən bir sıra ayələr vardır. Məs: «And olsun ki, Allah öz peyğəmbərinin (Məkkə fəthi) röyasının çin olduğunu təsdiq etdi. (ey möminlər!) Siz, inşəallah əmin-amanlıq içində, (bəziniz) başınızı qırxdırmış, (bəziniz) saçınızı qısaltmış halda və (müşriklərdən) qorxmadan Məscidulhərama daxil olacaqsınız». (əl-Fəth 27). O,yürüyüb-qaçmaq və atasına kömək edə bilmək çağına (on üç yaşında) çatdıqda (ibrahim) dedi: «Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən! O, dedi: «Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşəallah mənim səbrlilərdən olduğumu görəcəksən». (əs-Saffat 102). Və heç bir şey barəsində: «Mən onu sabah edəcəyəm! Demə. Ancaq: «İnşəallah edəcəyəm» de. (əl-Kəhf 23-24). (Yəqub və ailəsi) Yusifin hüzuruna daxil olduqda o, ata-anasını bağrına basıb: «İnşəallah əmin-amanlıqla Misirə daxil olun» dedi. (Yusif 99). Aişə – radıyallahu anhə – rəvayət etdi ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – gecənin sonunda Bəqi qəbrsanlığına girər və deyərdi: «Ey möminlər topluluğunun yurdu! Salam üzərinizə olsun. Sizə vəd olunmuş (ölüm) gəlmişdir. İnşəallah biz də sizə qovuşacağıq. Allahım! Bəqi qəbrsanlığında yatanları bağışla!». Başqa rəvayətdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey möminlərin və müsəlmanların yatdığı yurdun sakinləri! Salam üzərinizə olsun! İnşəallah biz də sizə qovuşacağıq!». Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və sələm – buyurdu: «Hər peyğəmbərin qəbul edilmiş duası vardır. Hər peyğəmbər bu duasını etmişdir. Lakin mən duamı qiyamət günündə ümmətimə şəfaət etmək üçün saxladım. Artıq ümmətimdən Allaha heç bir şeyi şərik qoşmamış olan kimsələr inşəallah bu şəfaətə nail olacaqlar». Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Süleyman b. Davud (Allahın salamı iksinin də üzərinə olsun): «Şübhəsiz ki, bu gecə yetmiş (bəzi rəvayətdə 90, bəzilərində 99, bəzilərində 100) zövcəmi (xanımlarımı) dolaşacağam. Zövcələrimdən hər biri Allah yolunda vuruşacaq bir süvari doğacaq» dedi. Bu an yoldaşı (olan mələk) Ona: «İnşəallah de!» dedi. Lakin o, inşəallah deməyi unutdu. Bundan sonra o, qadınlardan biri xaric, heç biri hamilə olmadı. O daxəstə olan bir uşaq doğdu». Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, əgər inşəallah demiş olsaydı hər biri Allah yolunda vuruşacaq süvarilər doğardılar».
      Səhabələrdən gələn rəvayətlərdə: Əbul-Vahterinin (Səid b. Feyruz) rəvayətinə görə Əli – radıyallahu anhu – demişdir: «Bir kimsənin mən möminəm deməsi bidətdir». İbn Məsud – radıyallahu anhu – deyir: «Hər kim mömin olduğuna dair şahidlik edərsə, özünün Cənnətdə olduğuna da şahitlik etsin». Bir nəfər İbn Məsud – radıyallahu anhu – nun yanında şübhəsiz ki, mən möminəm dedikdə İbn Məsud ona: «Onda mən Cənnətliyəm də de!» dedi. Sonra İbn Məsud – radıyallahu anhu – o, adama: «Lakin biz Allaha, Mələklərinə, Kitablarına, Peyğəmbərlərinə inanırıq». Bir nəfər İbn Məsud – radıyallahu anhu – nun yanında şübhəsiz ki, mən möminəm deyir: «Ey Əbu Abdurrahmən! Bu adam mömin olduğunu iddia edir». İbn Məsud onların bu sözlərinə: «Ondan bir soruşun görün o, Cənnətlikdir yoxsa Cəhənnəmlik?» Onlar həmin şəxsdən bunu soruşurlar. Adam da onlara: «Allah ən doğrusunu bilir». Adamın bu cavabından sonra İbn Məsud ona: «İkincisini (yəni Cənnətlik və ya Cəhənnəmlik olduğunu) Allaha həvalə etdiyin kimi birincisini də Allaha həvalə etsəydin?» dedi. İmam Əhməd – rahmətullahi aleyhi – ə imana dair sual verildikdə o: «İman söz, əməl və niyyətdir!» deyə cavab vermişdir. Bu dəfə ona: «Adam sən möminsən?» deyə soruşarsa, o: «Bu bir bidətdir!» deyə cavab vermişdir. Bu səfər ona: «Yaxşı, beləsinə necə cavab verilir?» deyilincə, «İnşəallah, möminəm!» deyilir, deyə cavab vermişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm - qəbr əhlini ziyarət etdikdə buyurdu: «İnşəallah, biz də sizə qovuşacağıq!». O, burda istisna etdi. O, isə yəqin olaraq öləcəyini bildiyi halda istisna etdi». Vəlid b. Müslim: «Əvzai, Məlik b. Ənəs və Səid b. Abduləzizin kişinin mən möminəm deməsini inkar etdiklərini, inşəallah mən möminəm deməsinə isə izn verdiklərini eşitdim». İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir: «İbn Məsud və səhabələr, Sevri, İbn Uyeynə, Kufə alimlərindən bir çoxu, İmam Əhməd və sünnə imamları kimi hədis alimləri də imanda istisna edərdilər. Bu onlardan mütəvatir olaraq gəlmişdir». Həmçinin səhabələrdən: «Ömər, İbn Məsud, Əli – radıyallahu anhumə -, tabiinlərdən – İbn Əbi Muleykə, Tavus, Həsənul-Basri, Məhəmməd b. Sirin, İbrahim ən-Nəhai, Səid b. Feyruz, Dəhhak b. Məşriki, İsmail b. Əbu Xalid, Muğirə b. Miksəm, fikhçilərdən Abdullah b. Sübrümə, Mamər b. Rəşid, Sufyan əs-Səvri, Sufyan b. Uyeynə, Abdullah b. Mubərək, İmam Məlik, İmam Əhməd və s. rəyləridir».


EHSAN

Başlıqlar

  • Ön söz
  • Iman
  • Allaha iman
  • Mələklərə iman
  • Kitablara iman
  • Quran məxluq deyildir, allahin kəlamidir!!!
  • Peyğəmbərlərə iman
  • Peyğəmbərimiz məhəmməd sallallahu aleyhi və alihi vəs səlləm
  • Peyğəmbərimizin xüsusiyyətləri
  • Axirətə iman
  • Qiyamətin kiçik əlamətləri
  • Qiyamətin böyük əlamətləri
  • Ölüm
  • Qəbr aləmi
  • Sur
  • Əl -bas (öldükdən sonra dirilmək)
  • Həşr və məhşər
  • Haqq - hesab
  • Sirat
  • Hovuz
  • Cənnət və cəhənnəm
  • Şəfaət
  • Qəza və qədərə iman
  • Qəza və qədərə imanin faydalari
  • Islam və iman
  • Ehsan
  • Son söz
  • Copyright@www.SelefEqidesi.com, 2006