![]() |
![]() |
|
ÖN SÖZXUTBƏTUL – HACƏHəmd ancaq Allahadır, ona həmd edir, ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Məhəmməd onun qulu və elçisidir. «Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün». ( Ali-İmran 102). «Ey insanlar! Sizi tək bir şəxsdən ( Adəmdən) xəlq edən, ondan zövcəsini ( Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) Bir-birinizdən ( cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1). «Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! ( Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə ( Cənnətə) nail olar». ( əl-Əhzab 70-71). Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Məhəmməd- səllallahu aleyhi və alihi və səlləm- in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl bidətdir, hər bir bidət zəlalətdir, zəlalət isə oddadır. «Ey Rəbbim! Köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar». ( Ta ha 25-28). Möhtərəm müsəlman bacı və qardaşlarım! İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram. Allahın kitabına və Rəsulullah – səllallahu aleyhi və alihi və səlləm- in yoluna uyaraq öz risaləmi «bismilləh» ilə başlayıram. Çünki Allah Rəsulu- səllallahu aleyhi və alihi və səlləm- də öz məktublarını «bismilləh» ilə başlamış və buyurmuşdu: «Hər mühüm bir işə «bismilləh» ilə başlanılmazsa, o işin sonu kəsikdir». Allah – sübhanəhu və təala – nın bu ümmət üzərindəki nemətlərindən biri də heç şübhəsiz ki, bu ümmətin dinini kamil etmiş olması, bu ümmət üzərindəki nemətini tamamlamış olması və ona İslamı din olaraq seçmiş olmasıdır. Şübhəsiz, Rəsulullah – səllallahu aleyhi və səlləm- bu ümməti gecəsi gündüzü kimi aydın olan bir yolun üzərində buraxmamış canını təslim etmədi. Rəsulullah- səllallahu aleyhi və səlləm- buyurdu: « Sizə gecəsi gündüzü kimi tər-təmiz bir yol qoyuram. Bundan sonra kimsə yoldan azmaz. Azanlar isə həlak olurlar». Belə ki, bu yoldan həlak olandan başqası azmaz. Bu rəhmət Peyğəmbəri, bu ümməti Cənnətə yaxınlaşdıracaq və Cəhənnəm atəşindən uzaqlaşdıracaq xeyir naminə hər nə varsa mütləq onu göstərmiş, nə qədər pislik varsa bu ümməti o, pislikdən çəkindirmişdir. Allah bizlərə anlaşılmazlıqa düşdüyümüz məsələlərdə bu anlaşılmazlığı Allah və Rəsuluna buraxmağımızı tövsiyə edir. «Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və Qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərinə həvalə edin! Bu daha xeyirli və nəticə etibarı ilə daha yaxşıdır». ( ən-Nisa 59). Lakin bütün bunlara baxmayaraq günümüzdəki İslam ümməti, müsəlmanların ayrılığa düşməsi, firqə-firqə bölünməsi bu risalənin yazılmasına səbəb oldu. Bu cəmaat və firqələrin hər biri öz əqidəsinə və yollarına çağırmaqla insanları çaşqınlığa salmış, artıq insanların kimin ardınca gedəcək, kimin dediklərinə inanacaq çaşqınlığında qalmışlar. Allaha şükürlər olsun ki, bu ümmətdə xeyir olub və bu xeyir əsla tükənməyəcəkdir. Qiyamətin qopacağı vaxta qədər bu ümmətin hidayət və haqqa sarılan, azı dişləri ilə ondan yapışan bir qism cəmaat olacaqdır. Səvban- radıyallahu anhu- dən gələn rəvayətdə Rəsulullah – səllallahu aleyhi və səlləm- buyurur: « Ümmətimdən bir qrup insanlar olacaq ki, Qiyamətin qopacağı vaxta qədər haqq üzrə gedəcəklər. Heç nə və heç kim onlara zərər vura bilməyəcək. Allahın əmri gəlincəyə qədər». Bu cəmaat Firqətin Nəsiyə – qurtuluşa çatan firqə, Əhli Sünnə vəl Cəmaat, Sələfi-Salihin, Əhli Hədis və s. deyə adlandırılmışdır. Onlar isə Peyğəmbər- səllallahu aleyhi və səlləm- in və əshabələrin izləmiş olduğu yolu davam etdirən kimsələrdir. Əbu Nəsib əl-İqbad b. Səriyə – radıyallahu anhu- rəvayət edir ki, Rəsulullah- səllallahu aleyhi və səlləm- bizimlə elə bir tərzdə danışdı ki, qəlblərimiz titrədi, gözlərimiz yaşla doldu. Biz dedik: « Ey Allahın Rəsulu, bu vidalaşan bir kişinin öyüdünə oxşayır, bizə vəsiyyət et». Rəsulullah- səllallahu aleyhi və səlləm- buyurdu: «Mən sizə uca və böyük olan Allahdan haqq təqvası ilə qorxmağınızı, başınıza Həbəşı bir kölə əmir olaraq təyin edilərsə, onu dinləyib itaət etməyinizi tövsiyə edirəm. Şübhəsiz ki, aranızdan ( uzun bir ömür) yaşayacaq olanlar bir çox ayrılıqlar görəcəklər. Mən sizə mənim sünnətimə və hidayətdə olan Rəşidi xəlifələrin sünnəsinə sarılmağını tövsiyə edirəm. Ona möhkəm sarılın, arxa dişlərinizlə ondan yapışın. Sonradan uydurulan işlərdən uzaq durun. Çünki sonradan uydurulan hər bir şey bir bidət, hər bir bidət isə zəlalətdir». Allah – subhənəhu və təala- bu ümməti firqələr arasında VASAT – olduğunu, həmçinin də bu ümməti əvvəlki ümmətlər arasında da VASAT – olduğunu bildirməkdədir. «Beləliklə də, sizi vasat bir ümmət etdik ki, insanların əməllərinə şahid olasınız». (əl-Bəqərə 143). VASAT- ədalətli, xeyirli kimsələr mənasındadır. Əbi Səid əl-Xudri- radiyallahu anhu- rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm- buyurdu: « Qiyamət günü Nuh çağırılacaq. O, buyur, ya Rəbbim, əmrinə hazıram» deyəcək. Allah ona: «Təbliğ etdinmi!?» deyə soruşacaq. O, da: «Bəli, ya Rəbbim!» deyəcək. Allah bu dəfə onun ümmətinə buyuracaq: « Sizə təbliğ etdimi!?» Onlar: « Bizə heç kim təbliğ etmədi» deyəcəklər. Bu dəfə Allah ona: «Sənin lehinə kim şahidlik edə bilər?» deyə soruşacaq. O, da: «Məhəmməd və onun ümməti» deyəcək. Onun təbliğ etdiyinə şahidlik edəcəklər. Rəsulullah da ona qarşı şahid olacaq. Allah buyuracaq: «Beləcə sizi vasat bir ümmət etdik ki, insanlara qarşı şahid olasınız». O, halda bu ümmət zərər verən, sapmış ümmətlər ilə həlaka aparan qüsurlu yollara meyl etmiş firqələr arasında vasat bir ümmətdir. Onlar Siratal-Mustəqimdən sapmış ümmətin bidətçi firqələri arasında orta yolu tutmuş vasat olanlardır. Auf b. Məlik – radiyallahu anhu- rəvayət edir ki, Rəsulullah- səllallahu aleyhi və səlləm- buyurdu: « Yəhudilər yetmiş bir firqəyə bölünəcəklər, onlardan yalnız biri Cənnətə qalanları isə Cəhənnəmə düşəcəkdir. Xristianlar yetmiş iki firqəyə bölünəcəklər, onlardan yalnız biri Cənnətə qalanları isə Cəhənnəmə düşəcəklər. Qəlbim əlində olan Allaha and olsun ki, mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir, onlardan yalnız biri – Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir». İbn Ömər – radıyallahu anhu- nun rəvayətində isə səhabələr Cənnətə düşən firqə haqqında soruşdular. Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: « Onlar mənim və səhabələrimin yolu ilə gedənlərdir». Başqa rəvayətdə Rəsulullah- sallallahu aleyhi və səlləm- buyurdu: « O da cəmaatdır». Sünnət – Rəsulullah – sallallahu aleyhi və səlləm- in yoludur. Cənnət – da müsəlman bir toplum, cəmaatdır. Bunlar əshabələr, tabiin və Qiyamətə qədər gözəl bir şəkildə onlara tabe olanlardır. Onlara tabe olmaq bir hidayət, onlara müxalif olmaq isə bir sapmaqdır. Bu batiniyyə firqələrin yoluna uymamaq, onların ardınca getməmək üçün, Rəsulullah – sallallahu aleyhi və səlləm – in yoluna uymaq, hidayət yolunda olan cəmaatdan olmaq üçün hər bir müsəlman, hər bir şəxs öz əqidəsini gözəl bir şəkildə öyrənməli, öyrəndikdən sonra isə ona əməl etməlidir. Bu baxımdan da mən bu risaləni yazdım. Bu risaləni yazmaq, toplamaq üçün Quran və Sünnəyə uyaraq və islamın elm adamlarının əsərlərindən geniş istifadə edərək Allahın izni ilə əlimizdəki bu risalənin yazılmasına nail oldum. Bu risalədə islamın əsaslarından, « lə iləhə illəllah» ın şərtləri haqqında və tövhidin növləri haqqında geniş yer verməyə və hər oxucu ondan faydalansın deyə aydın, dəlillərlə göstərməyə çalışdım. İlk növbədə Allahdan bu çalışmamın dolğun, düzgün şəkildə yazıb başa çatdırılmasını diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı olmasını, məndən qəbul edib onunla müsəlmanları faydalandırılmasını diləyirəm. Əgər hardasa xəta etmişəmsə bu nəfsimdən və şeytandandır. Burada düzəldilməsi mühüm olan yerləri tapdıqdan sonra mənə öyüd-nəsihət verməkdən çəkinməyəcəyinizi ümid edirəm. Güvəndiyim Allahdır, işlərimi ona həvalə edirəm və ona arxalanıram. Həmd və nemət yalnız onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan da odur. «Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et». (əş-Şüəra 78-85). Allahın salat və salamı onun Peyğəmbəri Məhəmməd – sallallahu aleyhi və səlləm- ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun. |
||
![]() |
Copyright@www.SelefEqidesi.com, 2006 | ![]() |