![]() |
![]() |
|
ALLAH subhənəhu və təalə nin RİCL VƏ QADƏM AYAQ SİFƏTİƏhli Sünnə vəl Cəmaat Allahın Rici və Qadəm ayaq sifətinin olmasına da iman edirlər. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: « . Allah Cənnətə sən mənim rəhmətimsən, mən səninlə qullarımdan istədiyimə rəhmət edirəm». Cəhənnəmə də: «Sən mənim əzabımsan. Mən səninlə qullarımdan istədiyimə əzab edirəm. Hər birinizə dolusu qədər var. Amma Cəhənnəm dolmaq bilməz. Nəhayət Allah ayağını onun üzərinə qoyar, o da: Bəsdi, Bəsdi! Deyib Cəhənnəm dolar. (Cəhən-nəmi doldurmaqla) Allah heç bir kəsə zülm etməz. Cənnətə gəlincə Allah onun boşluqlarını doldurmaq üçün bir neçə varlıqlar yaradır». Allahın Cəhənnəm atəşinə ayağını qoymaqda hikmətə gəlincə: «Mən Cəhənnəmi bütün cinlər və insanlarla dolduracağam» sözü tamamilə yerinə yetdi. (Hud 119) buyurduğu kimi oranı dolduracağını vəd etmişdi. Günahsız kimsələrə əzab etməməsi onun rəhməti və ədalətindəndir. Cəhənnəm son dərəcə geniş və dərin olduğundan Allah vədini gerçəkləşdirmək üçün ayağını qoyacaq, bu vaxt Cəhənnəm hər iki tərəfdən bir-birinə qovuşmuş olacaqdır. Cənnətdə isə Allah hər bir insana geniş yer verəcəkdir, lakin boş yerlər qaldıqda Allah yeni varlıqlar yaradacaqdır. |
||
![]() |
Copyright@www.SelefEqidesi.com, 2006 | ![]() |