ORUC


      Oruc – lüğəti mənası tutmaq, saxlamaq deməkdir. İstilahı mənası dan yeri ağarandan gün batana qədər qadağan olmuş şeylərdən (yemək, içmək və cinsi əlaqəyə girməkdən) çəkinmək.
      Quran və Sünnə ilə orucun rukun olması icma ilə qəbul edilmişdir. «Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi». (əl-Bəqərə 183). «Oruc sizin üçün bilsəydiniz nə qədər xeyirlidir». (əl-Bəqərə 184).
      Hər bir həddi buluğa çatan ramazan ayında orucu mütləq tutması vacibdir. Oruc tutan insan çox sayda xeyir qazanır. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Ramazan orucunu ixlasla və əcrini umaraq ibadət edərsə keçmiş günahları bağışlanar». Əl-Albani – rahmətullahi aleyhi – deyir: «Əgər insanın günahı yoxdursa, oruc onun dərəcələrinin artmasına kömək edir».
     

ORUC TUTMAYANLARIN AQİBƏTİ


      Ramazan ayında oruc tutmamaq böyük günahlardandır. Müsəlman bir kimsə özünü Allahın qəzəbindən və cəzasından özünü qorumalıdır. «Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır». (ət-Təhrim 6). Əbu Uməmə əl-Bəhili – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «Yatdığım zaman yanıma iki nəfər gəldi. Məni qollarımdan tutub, çıxılması olduqca çətin olan bir dağın yanına gətirdilər və çıx dedilər». Mən bunu bacarmaram dedikdə: «Biz onu sənin üçün asanlaşdırarıq, dedilər». Mən də dağa çıxdıqda dağın təpəsindən olduqca dəhşətli səslər eşitməyə başladım. «Bu səslər kimin səsləridir?» dedim: «Bunlar Cəhənnəmliklərin ulaşmalarıdır, dedilər». Sonra məni götürüb, topuqlarından asılmış bir topluluğun yanına gətirdilər. Ağızları parça-parça olmuş, ağızlarından qan axırdı. Mən dedim: «Bunlar kimlərdir?» Bunlar oruc açmaları halal olmadan qabaq oruclarını yeyənlərdir.


HƏCC


Başlıqlar

  • Ön söz
  • Əhli sünnə vəl cəmaat sələfi salihin
  • Islam
  • Şəhadət
  • Tövhid (Rububiyyət tövhidi, Uluhiyyət tövhidi , Isim və sifətlərin tövhidi)
  • Istiva
  • Ərş və kursi
  • Allah – subhanəhu və təala – nin uluv – ucaliq sifəti və səmada olmasi qiyamət günü möminlərin rəblərini görmələri
  • Qiyamət günü möminlərin rəblərini görmələri
  • Allah –subhənəhu və təalə – nin əlinin olmasi
  • Allah – subhənəhu və təalə –nin ityan – gəliş, məci - gəlmək sifət
  • Allah – subhənəhu və təalə – nin nüzul – enmə sifəti
  • Allah - subhənəhu və təalə – nin üz - sifəti
  • Allah – subhənəhu və təalə – nin göz – sifəti
  • Allah – subhənəhu və təalə – nin səmi – eşitmək, basir görmək sifəti
  • Allah – subhənəhu və təalə – nin ricl və qadəm ayaq sifəti
  • Isim və sifətlərin tövhidinə zidd olanlar
  • Məhəmmədən rəsulullah
  • Məhəmmədən rəsulullahin şərtləri
  • Namaz və zəkat
  • Oruc
  • Həcc
  • Son söz
  • Copyright@www.SelefEqidesi.com, 2006