![]() |
![]() |
|
İSTİVAİstiva Allah subhanəhu və təala nin feli sifətlərindəndir. İstiva üstə olmaq, yüksəlmək, çıxmaq deməkdir. Allahın yeddi səmanın üstündə yaratdıqlarından ayrı olaraq Ərşin üzərinə istiva etdiyinə və elmi ilə hər bir şeyi əhatə etdiyinə iman gətirilməlidir. Qatadə b. ən-Numan radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər səllallahu aleyhi və səlləm buyururdu: «Allah yaratmağı qurtardıqdan sonra ərşin üzərinə istiva etdi». Bu kəlməni Müxaliflərin yozduqları kimi zəbt etdi, hökmü altına aldı, qüdrəti ilə və s. mənalar ilə dəyişməməliyik. İstiva məlumdur, keyfiyyəti isə məchuldur. Ona iman gətirmək isə vacibdir. Əbu Nuaym Cəfər b. Abdullah deyir ki, biz imam Məlik rahmətullahi aleyhi nin yanında idik. Bir nəfər: «Ey Abdullahın atası! Allah Ərşə necə istiva etdi?» İmam Məlik rahmətullahi aleyhi bu sualı eşidəndə bərk qəzəbləndi. Başını aşağı salaraq, əlindəki çubuqla yerə sürtərək fikrə daldı. Sonra başını qaldırıb əlindəkini atdı və: «Necəliyi ağılla dərk olunmaz. İstiva Allah üçün məlumdur. Buna iman vacib, bu haqda sual vermək bidətdir. Səni də bir bidətçi kimi görürəm və bu adamın qovulmasını əmr etdi». Allah subhanəhu və təala Qurani Kərimdə yeddi yerdə: əl-Əraf 54, Ta ha 5, ər-Rad 2, Yunus 3, əs-Səcdə 4, Furqan 59, əl-Hədid 4-də ALƏ üzərinə ön qoşması ilə, «Rahmən ərşin üzərinə yüksəldi». (Ta ha 5). İki yerdə isə: əl-Bəqərə 29, Fussilət 11-də İLƏ tərəf ön qoşması ilə, «Sonra səmaya tərəf üz tutaraq». (əl-Bəqərə 29) də İstiva etdiyini bəyan etmişdi. Müxaliflər İstiva kəlməsini bir çox mənalar ilə dəyişmişlər. Bunlardan ən məşhuru İSTİVA sözünə LƏ şəkilçisi artıraraq İSTƏVLƏ zəbt etmək, hökmü altına almaq mənasıdır. Heç bir qrammatika alimləri bu sözlərin eyni məna ifadə etdiklərini qeyd etməmişlər. İSTİVA felin səkkizinci fəslinə aiddir və kökü Sin, Vav, Və dən ibarətdir. Əlif və Tə artırılaraq əmələ gəlib. İSTƏVLƏ felin onuncu fəslinə aiddir və kökü Vav, Ləm, Və dən ibarətdir. Əlif Sin artırmaqla düzəlir. Həmçinin bizə Qurani Kərimdən göründüyü kimi, sonra ərşə yüksəldi. Muxaliflərin dediyi kimi olsa, sonra hökmü altına aldı belə çıxır ki, əvvəl Ərş Allahın hökmü altında deyildi, həmçinin hökmü altına almaq acizliyin əlamətidir. Allah əvvəl aciz olub, sonra güc toplayaraq öz hökmü altına alıb. İkinci tərəfdən əgər Allah, onların dediyi kimi Ərşi hökmü altına alıbsa bəs qalan məxluqlar necə? Biz bilirik ki, Allah göyləri və yeri yaratmamışdan əlli min il əvvəl də her bir şey Allahın hökmü altında olub və olacaqdır. |
||
![]() |
Copyright@www.SelefEqidesi.com, 2006 | ![]() |