![]() |
![]() |
|
HƏCCHəcc – ibadət məqsədilə ilin müəyyən vaxtında Məkkəni ziyarət etmək. «Onun yolunda gücü çatan hər bir kəsin Həccə gedib o, evi ziyarət etməsi insanların Allah qarşısında borcudur». (Ali-İmran 97). Allah Bəytul-Haramı Həcc etməyi islamın rukunlarından olduğunu qeyd edir. Gücü çatan; sağlam olan və imkanı olan hər bir kəsin Həcc etməsi vacibdir. Həcc ömürdə bir dəfə vacibdir. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey insanlar! Allah üzərinizə həcc etməyi fərz qıldı, artıq siz də Həcc edin». Bir nəfər: «Ey Allahın Rəsulu, hər il Həcc edək?» Peyğəmbər – səllallahu aleyhi və səlləm – susdu. Həmin şəxs sualını bir neçə dəfə təkrarladı. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər mən hə desəm, sizə hər il həcc etmək vacib olardı. Sizin də buna gücünüz çatmazdı». İmkanı olanın həcc etməsi vacibdir. İbn Abbas – radyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «Həcc etməyə tələsin. Çünki sizdən hər hansı bir kimsənin irəlidə başına nə gələcəyini bilməz». Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Həcci gözəl bir şəkildə, günah və pis əməllərə yol vermədən edərsə evə anadan doğulmuş kimi qayıdar». «Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Gözəl Həcc edənin mükafatı isə Cənnətdən başqa bir şey deyildir». HƏCC ZƏİFLƏRİN VƏ QADINLARIN CİHADIDIRƏl-Həsən b. Əli – radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən soruşdu: «Mən həm qorxaq həm də zəif bir kimsəyəm. «Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «O, halda silahsız cihada get. Həccə». Aişə – radıyallahu anhə – rəvayət edib deyir ki, Ey Allahın Rəsulu, cihad əməllərin ən fəzilətlisidir, bəs biz cihad etməyək. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Xeyir, sizin üçün ən fəzilətli cihad həccdir». |
||
![]() |
Copyright@www.SelefEqidesi.com, 2006 | ![]() |