![]() |
![]() |
|
İmam Nəvəvinin 40 hədis kitabından41-ci hədis Qüdrətli və Böyük Allahın bağışlama sifətinin genişliyiRəvayət edirlər ki, Ənəs (Allah ondan razı olsun) demişdir: "Mən eşitmişəm ki, Allahın Rəsulu (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun), buyurub: "Uca Allah demişdir: "Ey Adəm oğlu, həqiqətən, Mən, etdiklərinə1 (günahlarına) baxmayaraq 2 , Mənə 3 dua ilə ibadət edəcəyin və Mənə 4 tapınacağın günədək səni bağışlayacağam! Ey Adəm oğlu, əgər sən səma buludlarına çatan 5 qədər günahlar işlətsən və sonra Məndən bağışlanmanı diləsən, Mən səni bağışlayaram! Ey Adəm oğlu, həqiqətən, əgər sən, az qala bütün yeri (doldura bilən) günahlarla Mənim yanıma gəlsən və Mənimlə bərabər heç nəyə 6 ibadət etmədən Mənlə görüşsən 7, Mən hökmən sənə bağışlanma əta edərəm və o (bütün günahlarını örtər)!" Ət-Tirmizi və əd-Darimi Bu hədisin və onun müsəlmanı nəyə yönəltdiyinin anlamı Peyğəmbərin (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun), bütün sünnələrinin məcmusu olan hədislərin hamısından bu hədis daha çox ümid verir, çünki onda Uca Allahın olduqca çox şeyləri bağışlaya biləcəyindən bəhs edilir. Bu ona görə edilir ki, çoxsaylı günahlar törədən şəxslər Allahın onları bağışlayacağına ümidlərini itirməsinlər. Digər tərəfdən, heç kim bununla özünü aldatmamalı və günahların girdabına atılmamalıdır; elə ola bilər ki, bu günahlar insanı büsbütün özünə tabe edərək, Allahın bağışlaması haqqını qazanmağa imkan verməz. Aşağıda oxucuya bunun izahı təklif olunur. 1. Bağışlanmanın səbəbləri Bir sıra vasitələr var ki, çoxlu günahlar işlədən insan onların köməyi ilə bağışlanma qazana bilər, o cümlədən: 1 – Namazla Allaha müraciət və cavab almaq üçün Ona təvəkkül etməklə. Uca Allah Ona dua və itaət yolu ilə ibadət etməyi buyurur və vəd edir ki, O, belə dualara cavab verir. Uca Allah demişdir: "Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!" əl-Mumin, 60. Əl-Numan bin Bəşirin (Allah onlardan razı olsun) sözlərindən rəvayət edirlər ki, Peyğəmbər (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun), bir dəfə buyurmuşdur: "Həqiqətən, Allaha dua ilə müraciət – ibadətdir", sonra isə aşağıdakı ayəni oxumuşdur: "Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!" Ət-Tirmizi. Həqiqətən də əgər Uca Allah (Ona həmd-sənalar olsun!) Öz bəndəsinə mərhəmətini göstərərək, onu Özünə mütiliklə ibadətə sövq edirsə, onda O, quluna hökmən digər bir iltifat da göstərəcək: onun duasını qəbul edərək, ona cavab verəcək. Ət-Təbərani bir hədisi nümunə gətirir. Orada deyilir ki, Peyğəmbər (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Dua (edə bilmək imkanı) almış kəsə cavab da əta ediləcəkdir, fəqət, Allah-təala buyurur: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!" (əl-Mumin, 60). Digər bir hədisdə isə nəql edilir ki, Peyğəmbər (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun), buyurmuşdur: "Allah, bəndəsi qarşısında dua qapısını açıb, cavab qapısını bağlayan deyil". İbn Rəcəb. 2 – Cavabın alınması şərtləri, ona olan maneələr və Allaha dua ilə müraciət qaydaları. Allaha dua ilə müraciət hökmən cavab alınması ilə o zaman nəticələnir ki, bütün zəruri şərtlərə riayət olunsun və buna mane olan nə varsa istisna edilsin. Beləliklə, insan dua ilə müraciətin bəzi şərtlərinə və ya qaydalarına riayət etmədikdə və yaxud bu və ya digər maneələr mövcud olduqda, cavab alınmaya bilər. a – Olma və ümid Əsas şərtlər sırasına qəlbin və Uca Allahdan cavab alınmasına ümidin olmasıdır. Əbu Hüreyrənin (Allah ondan razı olsun) sözlərindən rəvayət edirlər ki, Peyğəmbər (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun), buyurmuşdur: "Cavab almağa inandığınız halda Allaha dua edin və bilin ki, Allah laqeyd və etinasız qəlbin dualarına cavab vermir". Ət-Tirmizi. İmam Əhmədin "Müsnəd"ində gətirilən bir hədisdə Abdullah bin Ömərin (Allah onların hər ikisindən razı olsun) sözlərindən rəvayət edilir ki, Peyğəmbər (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun), buyurmuşdur: "Qəlblər qablar kimidir, onların bəziləri başqalarından daha tutumludur və (buna görə) siz Qüdrətli və Əzəmətli Allahdan (bir şey) xahiş edəndə, ey insanlar, cavab almağa əmin olduğunuz zaman Ona dua edin, əks halda, Allah, həqiqətn, Ona dua edərkən qəlbi laqeyd bəndəsinə cavab vermir". Ümid nişanəsi öz dini vəzifələrini lazımi qaydada yerinə yetirməklə özünü göstərir. Uca Allah buyurmuşdur: "Həqiqətən iman gətirənlər və Allah yolunda səy göstərərək hicrət edənlər Allahın mərhəmətinə əmindirlər…" "Bəqərə", 218. b – Xahiş və dua ilə müraciət edərkən qətiyyət göstərmək. Bu o deməkdir ki, bəndə öz duaları ilə Allaha səmimiyyətlə, qəti, israrla və qəlbində və sözlərində tərəddüd olmadan müraciət etməlidir. Rəvayət edilir ki, Allahın Elçisi (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Qoy sizlərdən heç kim heç vaxt deməsin ki: "Ey Allah, əgər istəyirsənsə, bağışla məni, ey Allah, istəyirsənsə mənə rəhm et", - əksinə, dua edilərkən qoy qətiyyətli olsun, çünki onsuz da Allah ancaq istədiyini edir və heç kim Onu (hər hansı bir şeyi etməyə) məcbur edə bilməz". Müslim. Həmçinin rəvayət edilir ki, Peyğəmbər (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun), buyurmuşdur: "Sizlərdən kimsə havaxt dua edərsə, qoy deməsin ki: "Ey Allah, əgər istəyirsənsə, bağışla məni", əksinə xahişində qətiyyətli olsun və çox şey xahiş etsin, çünki, həqiqətən, Allah nə qədər hədiyyə etsə belə, O, bunu çox hesab etməz". Müslim. c – Dualarda qətiyyətli olmaq. Uca Allah xoşlayır ki, bəndəsi Onun qulu və Ona möhtac olduğunu bildirsin və bunu Ondan cavab alması və xahişinə əməl olunması üçün etsin. Bəndə öz dualarında nə qədər qətiyyətli olarsa, cavab almaq məqsədilə ümidini itirməzsə, belə cavab almağa yaxın olacaq, çünki, qapı döyən onun açılmasına yaxın olur. Uca Allah buyurmuşdur: "Allaha həm qorxu, həm də istəklə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!" Əraf, 56. Rəvayət edilir ki, Peyğəmbər (s.ə.s.) buyurmuşdur: "Allah Ona dua ilə müraciət etməyənlərə qəzəblənir" İbn Macə. ç – Tələsgənlik və dua etməmə. Allahın Peyğəmbəri (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) Allah bəndəsinə tələsməyi və mətləbinə yetməsi gecikdikdə Allaha bir daha dua ilə müraciətdən boyun qaçırmağı qadağan etmiş və belə halların istəyin yerinə yetməsinə mane olan amillərdən olduğunu göstərmişdir. Bu ona görə buyurulmuşdur ki, bəndə, Allahdan cavab geciksə də, onu almaq ümidini itirməsin, çünki Uca Allah (Ona həmdüsəna olsun!) öz dualarında inadcıl olanları sevir. Allahın Peyğəmbəri (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Siz tələsərək: "Mən Allahıma dua etdim, O isə mənə cavab vermədi" deməsəniz, Ondan cavab alacağsınız". Əl-Buxari və Müslim. d – Halallıq. Duaya cavab verilməsinə səbəb olan mühüm amillərdən biri də insanın yaşaması üçün zəruri olan vasitələrin halallıqla əldə edilməsi, onları qanuni üsullarla qazanmasıdır. İstəyinin yerinə yetməsinə maneçilik törədən şeylər arasında başqaları ilə yanaşı, onun öz qismətinə düşənlə qane olmaması, əldə etdiyinin halal və ya haram olmasına diqqət yetirməməsidir. Rəvayət edilir ki, bir dəfə (Peyğəmbər (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) toz basmış, saçları bir-birinə qarışmış və uzun yol keçdikdən sonra əllərini göyə qaldırıb: "Ey Allah, ey Allah!", deyən bir insanı misal gətirmişdi. (Bu adamın) haram yediyini, haram paltar geyindiyini və haramla bəsləndiyini yada salaraq, buyurmuşdur: "Məgər o (öz dualarına) cavab ala biləcəkmi?!" Müslim. Peyğəmbər (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) Səd bin Əbu Vakkasa (Allah ondan razı olsun) məsləhət verdi ki: "Ey Səd, halal şeylərdən yesən, dualarına cavab alarsan". Ət-Təbərani. 2. Bağışlanma haqqında dua. Günahların bağışlanması haqqında dualar və bilavasitə onlarla bağlı olan şeylər, məsələn, cəhənnəm atəşindən qorunma və cənnətə girmək imkanı mühüm məsələlər sırasına daxildir ki, Allahın bəndəsi öz Pəbbindən onlar barədə xahiş edə bilər. Rəvayət edilir ki, Peyğəmbər (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Biz buna qayıdırıq". Əbu Davud. Bu, o deməkdir ki, biz daima cənnət haqqında və cəhənnəm atəşindən xilas edilməmizi diləyirik. Əbu Müslim əl-Hauləni demişdir: "Mən atəşi yada saldığım dualarımda hökmən ondan xilas edilməyimi diləyirdim". 3. Bəndə üçün halal olan şeylər haqqında dua. Uca Allahın Öz bəndəsinə qarşı mərhəmət göstərməsi ondan ibarətdir ki, bəndəsi Ona hər hansı dünya nemətləri istəyi ilə dua etdikdə, O, ya onun xahişinə əməl edir və yaxud da xahişolunanı daha yaxşısı ilə əvəz edir. Başqa sözlə desək, Allah xahişolunanın yerinə ya hər hansı bir bədbəxtliyi ondan uzaqlaşdırır, ya da əbədi aləmdə onun üçün ehtiyat tutur və yaxud da onun hər hansı bir günahını ona bağışlayır. Cabirin (Allah ondan razı olsun) dilindən söyləyirlər ki, Peyğəmbər (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Kimliyindən asılı olmayaraq Allaha (hər hansı) dua ilə müraciət edənə istədiyini Allah mütləq bəxş edir, ya da onu ona bərarbər olan bəladan qoruyur (əgər bu istək günah bir şey və ya qohumluq əlaqələrinin pozulması haqqında deyilsə)". Əhməd və ət-Təbərani. İmam Əhmədin "Müsnədi"ndə və əl-Həkimin "Müstədrəki"ndə verilmiş bir hədisdə Əbu Səidin (Allah ondan razı olsun) sözlərindən rəvayət edilir ki, Peyğəmbər (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Müsəlmanlardan kim Allaha etdiyi duasında küfrə və qohumluq əlaqələrinin kəsilməsinə aid olana toxunmazsa, Allah hökmən ona üç şeydən birini bəxş edər: ya elə bu dünyadaca onun duasına cavab verər, ya onun əbədi dünyası üçün ehtiyat yaradar və yaxud da onu, istəyinə bərabər olan şərdən xilas edər". (Adamlar) soruşdular ki: "Əgər çox şey haqqında (xahiş etsək)?" O dedi: "Allah daha artıq (verə bilər)". Ət-Təbəraninin misal gətirdiyi hədisdəki "…yaxud da onu, istəyinə bərabər olan şərdən xilas edər" sözləri əvəzinə, "…yaxud bunun əvəzində əvvəllər işlətdiyi günahı bağışlar" kimi ifadə edilmişdir. 4. Allaha necə dua etmək haqqında Bunun üçün aşağıdakılır zəruridir: dua üçün müvafiq vaxt seçmək, əvvəlcə dəstəmaz almaq və namaz qılmaq, tövbə etmək, qibləyə üz tutaraq əlləri səmaya qaldırıb Allahı tərifləmək və Ona həmdüsəna etməklə, Peyğəmbərinə (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) salavat çevirməklə duaya başlamaq və onu, Peyğəmbərə (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) yenə bir salavat çevirməklə və "amin" ifadəsini işlətməklə bitirmək. Dua edərkən ancaq özünü deyil, başqalarını da unutmamalı, Allahdan ancaq yaxşılıq gözləməli və buna ümid etməli, günahlarını böynuna almalı və səsini yavaşcadan çıxarmalısan. 5. Edilən günahların ağırlığından asılı olmayaraq bağışlanma haqqında yalvarış Bəndənin günahlarının nə dərəcədə ağır olmasına baxmayaraq, Allahın mərhəməti və bağışlaması onlardan daha geniş və daha çox olacaq və Uca Allahın bağışlaması ilə müqayisədə onlar əhəmiyyətsiz bir şey kimi görünəcək. Rəvayət edilir ki, Cabir (Allah ondan razı olsun) demişdir: "Bir nəfər Peyğəmbərin (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) yanına gələrək iki və ya üç dəfə ucadan demişdir: "Günahlarım nə qədər çoxdur!" (Buna cavab olaraq) Peyğəmbər (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) ona: "Ey Allah, Sənin bağışlaman mənim günahlarımdan daha genişdir, mən öz əməllərimdən daha çox Sənin mərhəmətinə ümid edirəm" (Allahummə, məğfirətəkə ausau min zunubi, və rəhmətukə arci indi min amali),- bu sözləri deyərək, sonra Peyğəmbər (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) ona buyurmuşdur: "Təkrar et", o da onları təkrar etmişdir. Sonra O, (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) yenə də ona demişdir: "Təkrar et", - və o yenə də onları təkrar etmişdir və bundan sonra (Peyğəmbər (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) ona buyurub: "Qalx, Allah səni bağışladı". Əl-Həkim. 6. Quranda bağışlanma haqqında xahişlər Quranda bağışlanma haqqında çoxlu xahişlər vardır. Bəzən, Allah insanlara Ona belə xahişlərlə müraciət etməyi buyurur. Məsələn, Uca Allah buyurmuşdur: "…Allahdan bağışlanmağınızı diləyin. Həqiqətən, Allah bağışlayan və rəhm edəndir!" "əl-Muzzəmmil", 20. Uca Allah yenə buyurmuşdur: "…Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin…" "Hud", 3. Bəzən O, belə xahişlərlə Ona müraciət edənləri tərifləyir. Məsələn, Uca Allah buyurmuşdur: "…sübh vaxtı Allahdan bağışlanmaq diləyənlər…" "Ali-İmran", 17. Uca Allah yenə buyurmuşdur: "… bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri 8 zaman Allahı yada salıb günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar gördükləri işin (pis olduğunu) bildikdə 9 bir daha ona qayıtmazlar. Onların mükafatı öz Rəbbi tərəfindən bağışlanmaqdır…" "Ali-İmran", 135-136. Bəzən də göstərilir ki, bağışlanmaq haqqında duayla müraciət bağışlanma ilə nəticələnir və həm də qeyd olunur ki, Uca Allah o şəxsləri bağışlayır ki, onlar Ona dua ilə müraciət etsinlər. Uca Allah buyurmuşdur: "Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan və mərhəmətli olduğunu görər" "Ən-Nisa", 110. Bütün bunlar onu göstərir ki, bağışlanma haqqında xahiş böyük əhəmiyyətə malikdir və bəndənin xilasının əsasını təşkil edir, çünki o (bəndə) hökmən Allahın hökmlərinə zidd şeylərə yol verir və istər-istəməz günah işlədir. 7. Tövbə və bağışlanma haqqında xahiş Bağışlanma haqqında istəklər yada salınanda çox vaxt o, tövbə ilə birgələşir. Məsələn, Uca Allah buyurmuşdur: "Məgər onlar Allaha tövbə edib Ondan bağışlanmalarını istəməyəcəklər?" "əl-Maidə", 74. Uca Allah yenə də buyurmuşdur: "…Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki,…" "Hud", 3. Başqa ayələri misal çəkmək olar. Bağışlanma haqqında xahişin mənası aydındır, lakin tövbə etmək – zahirən və daxilən günah etməkdən boyun qaçırmaqdan ibarətdir. Bəzən, təkcə bağışlanma barədə xahiş olunması haqqında qeyd edilir və göstərilir ki, elə bu da, bağışlanmaya səbəb olur. Məsələn, Uca Allah buyurmuşdur: "(Musa) dedi: "Ey Rəbbim, şübhəsiz ki, mən özüm-özümə zulm etdim. Buna görə məni bağışla!" (Allah Musanı) bağışladı". "əl-Qəsəs", 16. Uca Allah yenə buyurmuşdur: "…Allahdan bağışlanmağınızı diləyin. Həqiqətən, Allah bağışlayan və rəhm edəndir!" "əl-Muzzəmmil", 20. Bu qəbildən olan digər ayələr də mövcuddur. Elə bu barədə nəzərdən keçirdiyimiz və ona bənzər hədislərdə kifayət qədər bəhs edilir. "Sən Məndən bağışlanma haqqında xahiş etdin" sözləri o deməkdir ki: "yol verdiyin özbaşınalıqdan təəssüflənərək həqiqi tövbə etmiş, ondan əl çəkmiş və Allah xatirinə belə hərəkətlərə bir daha qayıtmayacağına qəti qərar qəbul etmiş və ibadətin əvvəllər diqqət yetirmədiyin növlərinə bacardığın qədər əməl etmişsən. Bundan əlavə, qanunsuz olaraq mənimsədiklərini öz sahiblərinə qaytarmalı və ya onlardan səni bağışlamalarına nail olmalısan. Bağışlanma haqqında müraciət həm də günah işlətməkdən əl çəkməyi və mövcud vəziyyəti təshih etməyi tələb edir. Uca Allah buyurmuşdur: "Lakin hər kəs gördüyü haqsız işdən sonra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayan və rəhm edəndir!" "əl-Maidə", 39. 8. Bağışlanma haqqında dua və günahların törədilməsində inadkarlıq göstərmə Bağışlanma haqqında söz açılan bütün ayələrin və hədislərin hökmən hamısında, məsələn, yuxarıda "Ali-İmran" surəsindən sitat gətirdiyimiz 135-ci ayə, günah işlədilməsində inadcıllıq edilməsinin yolverilməzliyini göstərir. Çünki Allah bu ayələrdə o şəxslərə Öz bağışlamasını vəd edir ki, onlar Allahdan günahlarının bağışlanmasını diləyərək, günahları törətməkdə davam etməsinlər. Hər iki "Səhihdə" Əbu Hüreyrənin (Alah ondan razı olsun) sözlərindən rəvayət edilən hədisdə deyilir ki, Peyğəmbər (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Bir bəndə günah işlətmişdi və dedi: "Allahım, günah işlətmişəm, məni bağışla!" Uca Allah buyurdu: "Mənim bəndəm bilir ki, onun Rəbbi günahı bağışlayır və ona görə cəzalandırır və Mən də bəndəmi bağışladım". Bundan sonra (bu bəndə) Allahın istədiyi qədər (belə vəziyyətdə) qaldı 10 , sonra isə yenə günah işlətdi…", Peyğəmbər (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) enilə yuxarıda qeyd edilən kimi buyurdu. Bu hədisin, Müslimin gətirdiyi versiyasında rəvayət edilir ki, Uca Allah üçüncü dəfə buyurdu: "Mən Öz bəndəmi bağışladım, qoy necə istəyir belə də etsin!" Bu o deməkdir ki, o, hər dəfə günah işlədərkən bağışlanması haqqında dua edərmiş. Yəqin ki, burada bağışlanma haqqında istək, günah işlətməkdə inad göstərilməməsi ilə bağlılığı nəzərdə tutur. Bağışlanma haqqında bağışlanmanı gerçəkləşdirən xahişin edilməsi belə inadkarlıq göstərilməsindən əl çəkildiyini nəzərdə tutur. Allah buna əməl edən insanları tərifləmiş və onlara bağışlanacaqlarını vəd etmişdir ki, bu da peşman olanların səmimi tövbə etməsinə ümid verir. Arif insanlardan biri demişdir: "Bağışlanma haqqında xahişi insanın düzgün tövbə etməsinə gətirmirsə, bu o demədir ki, onun bağışlanma haqqında duası səmimi olmamışdır". İnsanın qəlbi günah işlətməkdə davam etdiyi halda, o, dili ilə bağışlanma haqqında dua edirsə, bu, Allaha formaca müraciətdir ki, buna Allah istəsə cavab verər, istəməsə onu rədd edər. Lakin buna baxmayaraq, cavab veriləcəyinə ümid etmək olar, xüsusilə belə dualar öz günahının ağırlığını dərk etmiş qəlbdən gəldikdə və yaxud, bəzən, Allaha yönəldilmiş belə müraciətlər elə bir vaxta düşür ki, o zaman dualara cavab verilir, məsələn, sübh öncəsi, azandan sonra fərz namazlarının qılındığı vaxtda və başqa buna bənzər hallarda. Amma inadkarlıq göstərilməsi cavab alınmasına mane ola bilər. "Müsnəddə" bir hədis verilmişdir. Hədisdə Abdullahın dilindən (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Vay inadkarlıq edənlərin halına ki, onlar bildikləri halda (ki, günah işlədirlər) inadlarında davam edirlər!" Rəvayət edilir ki, İbn Abbas (Allah onların hər ikisindən razı olsun), demişdir: "Etdiyi günahından peşman olan şəxs, onu heç vaxt etməyənə bənzər, lakin törəidiyi günah üçün bağışlanma diləyib, günahlarında davamlı olanlar Allaha istehza edənlərə bənzərlər". Bu məlumat İbn Əbu-d-Dünya tərəfindən verilmişdir. Yenə də rəvayət edilir ki, Huzayfə (Allah ondan razı olsun) demişdir: "Yalançı o kəsi hesab etmək olar ki, "Allahdan bağışlanma diləyirəm", desə də, sonradan (etdiyi əməllərə) qayıdır". 9. Yalançıların tövbəsi İnsan: "Allahdan bağışlanmamı diləyir və Ona tövbə edirəm" deyərək, qəlbindəki günahda davam edirsə, onda o, yalan sözlər danışır və günah işlədir, çünki əslində o, peşmançılıq çəkmir və məhz peşman olmadığına görə o, bu barədə danışmağı özünə rəva görməməlidir. O, daha çox belə deyə bilər: "Ey Allah, mən Səndən, həqiqətən bağışlanmamı diləyirəm, tövbəmi qəbul et!" (Allahummə, inni əstəğfirukə, fə-tub aləyyə). Belə müraciət zənn etməyə əsas verir ki, bu insan ağır cəzaya məhkum ediləcəkdir. Çünki o, əkin əkmədən məhsul götürmək istəyən və ya nigah bağlamadan uşağı olmasını istəyən adama bənzəyər. 10. Tövbə və vəd Bütün alimlər belə bir yekdil rəydədirlər ki, peşman olan bəndə: "Allaha tövbə edirəm" (Atubu ilə-Llahi) deməklə, öz Rəbbinə vəd verməli və bu sözündən kənara çıxmamalıdır, çünki belə hallarda qəti qərar qəbul etmək tələb olunur. 11. Bağışlanma haqqında xahişlərlə tez-tez müraciət Əbu Hüreyrənin (Alah ondan razı olsun) sözlərindən rəvayət edilən hədisdə deyilir ki, Peyğəmbər (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Allaha and olsun ki, mən, həqiqətən, gündə Allahdan yetmiş dəfədən çox bağışlanma diləyir və Ona tövbə edirəm". Əl-Buxari. Rəvayət edilir ki, Loğman öz oğluna demişdir: "Ey oğlum, dilini: "Ey Allah, məni bağışla" sözünü təkrar etməyə alışdır, çünki, həqiqətən, Allahın elə vaxt məqamları var ki, o zaman O, xahiş edənin (istəyini) rədd etmir". Əl-Həsən demişdir: "Öz evlərinizdə, masalarınızın arxasında, yollarınızda olarkən, bazarlarınızda, görüşlərinizdə və harada olmağınızdan asılı olmayaraq, tez-tez Allahdan bağışlanmanızı istəyin, çünki, sizə həqiqətən məlum deyil ki, bu bağışlanma havaxt nazil olacaq" . Ən-Nəsainin "Əməlü-l-yaum və-l-ləylə ("Gecə və gündüz əməlləri") adlı kitabında verilmiş hədisdə rəvayət edilir ki, Əbu Hüreyrə (Alah ondan razı olsun) demişdir: "Mən elə bir adam görmədim ki, o, Allahın Elçisindən (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) daha tez-tez "Allahdan bağışlanma diləyir və Ona tövbə edirəm" (Əstəğfirullaha və atubu iləyhi) sözlərini işlətmiş olsun" . "Sunəndə" verilmiş hədisdə isə rəvayət edilir ki, İbn Ömər (Allah onların hər ikisindən razı olsun) demişdir: "Adətən, bir görüş ərzində biz Allahın Elçisinin (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) yüz dəfə: "Allahım, məni bağışla və tövbəmi qəbul et, həqiqətən Sən – Tövbəqəbuledən, Bağışlayansan" (Rabbiğfirli va tub aləyyə, innəkə Əntə-t-Tavvabu-l-Qafuru) dediyini saymışdıq. 12. Bağışlanma haqqında ən ləyaqətli xahiş Yaxşı olardı ki, bağışlanma haqqında xahişə Peyğəmbərin (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) buyurduğu: "Allahdan bağışlanma diləyir və Ona tövbə edirəm" (Əstəğfirullaha və atubu iləyhi) sözlərindən başqa hər hansı bir şey əlavə ediləydi. Rəvayət edilir ki, bir dəfə Ömər (Allah ondan razı olsun) eşitdikdə ki, bir nəfər: "Allahdan bağışlanma diləyir və Ona tövbə edirəm" (Əstəğfirullaha və atubu iləyhi) ifadəsini işlədir, ona belə deyir: "Ey Humayk, (həm də) əlavə et ki: "…özünə nə xeyir, nə ziyan verə bilməyənin, həyatına, ölümünə, dirilməsinə (sərəncam çəkə bilməyənin) tövbəsini". Rəvayət edilir ki, bir dəfə: "Ondan başqa ilah olmayan, Canlı, Əbədi Varlıq Olan Böyük Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm", deyən, Allahdan bağışlanma diləyən bir adam haqqında Auzaidən soruşdular. (Əl-Auzai) dedi: "Həqiqətən, bu yaxşıdır, amma qoy, əlavə: "Allahım, məni bağışla" (Rabbi-ğfir-li) də desin ki, bağışlanma haqqında bu dua tam olsun" Bu sözləri Peyğəmbərin (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) söyləməsi Əbu-Davud, Tirmizi və başqa mühəddislərin kitablarındakı hədislərdə verilmişdir. Lakin bağışlanma haqqında duanın, xahişin bütün növlərindən ən yaxşısı, ən dəyərlisi ən layiqlisi, başqa cür desək, ən böyük mükafat nəzərdə tutulan və çox vaxt qəbul edilən x a h i ş elə bir xahişdir ki, onu insan öz Rəbbini tərif, həmd, səna etməklə başlayır, sonra öz günahlarını sadalamağa keçir, daha sonra isə Allahdan bağışlanması haqqında xahişini, Allahın Elçisinin (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə hallarda işlətdiyi kəlamlarından istifadə etməklə, bilidirir. Şəddad bin Ausun (Allah ondan razı olsun) sözlərindən rəvayət edirlər ki, Peyğəmbər (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Allahdan bağışlanmanı diləyərkən yaxşı olar ki, deyəsən: "Ey Allah, Sən – mənim Rəbbimsən, Səndən başqa ilahi yoxdur, Sən məni yaratmısan, mən isə Sənin qulunam,gücüm çatdıqca Sənə sədaqət bəsləyəcək və vəd etdiklərinə inanacağam. Etdiyim yamanlıqlardan Sənə sığınıram, mənə göstərdiyin mərhəmətini qəbul və bütün günahlarımı etiraf edirəm. Məni bağışla, çünki, həqiqətən, Səndən başqa heç kim günahları bağışlamır!" əl-Buxari. 13. İnsana məlum olmayan günahları üçün bağışlanma istəmək İnsan çoxlu günahlar və nalayiq hərəkətlər törədərək onlardan əksəriyyətinə diqqət yetirmirsə və nəticədə də onların sayını bilməsi mümkünsüzləşirsə, qoy, bunları Bilən Uca, Qüdrətli və Böyük Allahdan etdiyi günahlar üçün bağışlanmasını diləsin Şəddad bin Aus (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Sənə məlum olanın pisliyindən Sənə sığınıram, Sənə məlum olanın xeyrini Səndən diləyir, Sənə məlum olan haqqında Səndən bağışlanmamı diləyirəm və həqiqətən Sən gizli olanı hamıdan yaxşı bilirsən!" (Əuzu bikə min şərri ma taləmu, va əssəlukə min xayri ma taləmu, və əstəğfirukə mima taləmu, innəkə Əntə aləmu-l-quyyub). Həqiqətən də, Allah hər şeyi bilir və O, hər şeyi hesaba almışdır, məhz buna görə Uca Allah buyurmuşdur: "Allah onların hamısını dirildəcəyi gün etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah onların əməllərini (bir-bir) sayıb yazmış, onlar isə etdiklərini unutmuşlar…" "əl-Mücadələ", 6. 14. Bağışlanma haqqında xahişlə müraciətin bəhrələri Uca Allaha müraciət edən insan hiss edir ki, o, Bağışlayana, Mərhəmətliyə, Varlıya, Səxavətliyə, Biliciyə və Mülayimə sığınır və bunun sayəsində onun qəlbi rahatlanır, o sevinc duyur, qayğıları və kədəri onu tərk edir, o, Uca Allahın mərhəmətinə və xoş münasibətinə sevinir, bu zaman artıq ümidsizlik hissi ona yad olur. Əl-Aqarr əl-Muzaninin sözlərindən rəvayət edirlər ki, Peyğəmbər (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Həqiqətən, elə olur ki, qəlbim uzaqlaşır 11 və həqiqətən Allahdan gündə yüz dəfə məni bağışlamasını diləyirəm". Müslim. Katada demişdir: "Həqiqətən bu Quran sizə xəstəliyinizi və müalicəniz üçün dərmanı nişan verir. Xəstəliyinizə gəldikdə, o, sizin günahlarınız, sizin dərmanınız isə – bağışlanmağınız barədə dua etməyinizdir". Aişə (Allah ondan razı olsun) demişdir: "Bəxtəvər o şəxsdir ki, öz kitabında 12 bağışlanmaq haqqında çoxsaylı xahişlərinin (qeyd edilməsini) aşkar edəcəkdir". Əbu-l-Minxal demişdir: "Qəbrində uzanmış bəndənin ən çox arzu etdiyi qonşusu onun bağışlanma haqqında çoxsaylı dualarıdır". Kimsə demişdir: "Həqiqətən də günahkarların yeganə dayağı onların ancaq ağlaması və bağışlanma haqqında dualarıdır. Buna görə də öz günahlarından narahat olanlar bağışlanmaları barədə tez-tez dua etsinlər". Ola bilsin ki, habelə bağışlanma haqqında duaların nəticələrindən biri də odur ki, insanın dili başqa sözləri artıq işlətmədiyinə görə qəlbi özü mərhəmətliliyə, güzəştə və əxlağılığa doğru yönəlir.Rəvayət edilir ki, Xuzayfə (Allah ondan razı olsun) demişdir: "(Bir dəfə) dedim: "Ey Allahın Elçisi, həqiqətən, bəzən dilim çox kəskin olur 13 və bundan da, əsasən, ailəm əziyyət çəkir". Cavabında Peyğəmbər (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) buyurdu: "Sən Allahdan bağışlanman haqqında az xahiş edirsən, ey Xuzayfə, mən isə, Allahdan bağışlanmam və tövbəmi qəbul etməsi haqında gündüz və gecə ərzində yüz dəfə dua edirəm". Əhməd. 15. Az günah işlətmələri haqqında düşünəyə əsasları olan insanların bağışlanma haqında etdikləri dualar Öz günahlarına yüksək həssaslıqla yanaşan insan, belə günahlara az yol verən kəsə müraciət edərək ondan özü üçün bağışlanması haqqında dua etməsini rica edə bilər. Belə ki, Ömər (Allah ondan razı olsun) uşaqlardan xahiş edərmiş ki, onlar Allahdan (onun) bağışlanmasını diləsinlər və bu vaxt uşaqlara deyərmiş: "Həqiqətən, siz günah işlətməmisiniz". Əbu Hureyrə (Allah ondan razı olsun) isə, mirzələrin Quran öyrənən uşaqlarına deyərmiş: "Deyin ki: "Ey Allah, Əbu Hureyrəni bağışla"" və onlar dua etdikdən sonra özü "Amin" deyərmiş. 16. Allahdan ancaq yaxşılıq gözləmək lazımdır, çünki təkcə O, günahları bağışlaya bilər Rəbbindən bağışlanmasını diləyən mömin bəndə, Allahın onun günahını bağışlayacağına əmin olduğu üçün Ondan hökmən yaxşılıq gözləməlidir. Müqəddəs (qüdsi) hədislərdən birində rəvayət edilir ki, Peyğəmbər (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Uca Allah deyir: "Mən, bəndəmin Mənim haqqımda düşündüyü kimiyəm, qoy o haqqımda necə istəyir, elə də düşünsün" Əl-Dərimi Bu hədisin başqa versiyasında nəql edilir ki, Peyğəmbər (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Allah haqqında xoş niyyətlə düşünün" İbn Rəcəb Allah bəndəsinin bağışlanması üçün ən tutarlı səbəblərdən biri, onun edəcəyi günahı Allahdan başqa kimsənin bağışlaya biləcəyinə ümidi olmaması. Günahları bağışlayanın və onlara görə cəza verənin Allahdan başqa kimsənin olmaması haqqında bilməsi də bəndənin bağışlanmasına kömək edir. Uca Allah möminlər haqqında buyurmuşdur: "O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər?" "Ali-İmran", 135. Hər iki "Səhihlər"də rəvayət edilən bir hədisdə Abdullah bin Əmr (Allah hər ikisindən razı olsun) söyləyib ki: "Bir dəfə Əbu Bəkr (Allah ondan razı olsun) demişdir: "Ey Allahın elçisi, mənə elə bir dua öyrət ki, namaz vaxtı mən onunla Allaha müraciət edə bilim". (Peyğəmbər (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun)) buyurmuşdur: "De ki: "Ey Allah, həqiqətən, mən özüm özümə dəfələrlə zülm etmişəm 14, Səndən başqa heç kim günahları bağışlamır! Məni bağışla və mənə əfvini əta elə və rəhm et, həqiqətən, Sən – Bağışlayansan, Mərhəmətlisən!" (Allahummə, inni zaləmtu nəfsi zulmən kəsirən, və lə yəğfiru-z-zunuba illə Antə, faqfir li mağfiratan min indikə varhəmni, innəkə Antə-l-Ğafuru-r-Rahimu!) İnsan həyatının müddətinin sona yetişdiyi və Allahla görüşə yaxınlaşdığı ehtimal olunduğu bir vaxtda bağışlanmaya ümid hər şeyi üstün gəldiyi üçün Allahdan ancaq xoş niyyət gözləmək zəruri olur. 17. Qorxu və ümid Ümidin gerçəkləşməsi üçün qorxuya ehtiyac var. Xilas olmaqdan ötrü isə insan qorxu ilə ümidi bir-biri ilə birləşdirməli, özünü onlardan biri ilə məhdudlaşdırmamalıdır, çünki təkcə ümid bəsləmək – hiyləgərliyə, təkcə qorxu keçirmək isə – umidsizliyi çevrilə bilərlər. Buna baxmayaraq, onların hər ikisi də qınanmağa layiqdir. Malikilər hesab edirlər ki, insan sağlamdırsa, onda qorxu hissi, xəstədirsə – ümid üstünlük təşkil etməlidir. Şafiilər zənn edirlər ki, sağlam insanda hər iki keyfiyyət bərabər qədər olmalıdır ki, o bəzən öz çatışmazlıqlarına baxaraq qorxuya düşməli və bəzən də Uca Allahın sxavətinə nəzər salaraq ümid bəsləməlidir. Xəstədə isə ümidin qorxudan üstün olması barədə Peyğəmbər (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Qoy sizlərdən heç kim, ölərkən, Qüdrətli və Əzəmətli Allahdan yaxşılıqdan başqa bir şey gözləməsin" Müslim. Xəstəliyə düçar olduqdan sonra imam aş-Şafii (Allah ona rəhmət etsin) belə şerlər oxumuşdur: Qəlbim sərtləşəndə, yollarım daralanda ümidimi Sənin bağışlamana aparan nərdivana çevirdim. Günahım mənə böyük görünərkən, mən onu Sənin əfvinlə müqayisə edərək, Allahım, gördüm ki, Sənin bağışlaman daha böyükdür. İmam Nəvəvinin nəzərdən keçirdiyimiz bu hədisi, seçilmiş hədisləri sırasında məhz bu sonluqla bitirməklə qırx hədisə əlavə edilmişdir. 18. Bağışlanmanın əsasında dayanan tövhiddir Bağışlanmanın səbəbləri sırasına aid olan tövhid ibadətidir. Bu, başlıca səbəblərdəndir. Çünki bu tövhid əqidəsini qəbul etməyən kəs bağışlanmaya ümid edə bilməz, onu etiqadının əsası sayana isə bağışlanmasına ümidverici əsas əta edilmişdir. Uca Allah buyurmuşdur: "Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar" "ən-Nisa", 48. Həqiqətən, ancaq təkcə Qüdrətli və Əzəmətli Allaha ibadətin nuru ilə müqayisədə günahlar olduqca əhəmiyyətsizdir və məhz buna görə, kimsə təkcə bir olan Allaha ibadət etməklə bütün yeri özü ilə dolduran günahlar işlətsə belə, Qüdrətli və Əzəmətli Allah istəyərsə, onu bağışlar, istəməzsə, günahlarına görə onu cəzalandırar. 19. Tövhid əqidəsində olanı cənnət gözləyir Bu o deməkdir ki, o, atəş içində əbədi qalmayacaq, oradan çıxarılacaq və sonra cənnətə girəcək. Bundan əlavə, o, cəhənnəmə kafirlər kimi atılmayacaq və orada, kafirlərin qaldığı kimi əbədi qalmayacaq. Rəvayət edilir ki, Peyğəmbər (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Allahdan başqa ilah yoxdur" deyən cəhənnəmdən çıxarılacaq, o şərtlə ki, onun qəlbində heç olmazsa buğda dənəsi qədər xoş niyyəti 15 olsun". əl-Buxari. 20. Atəşdən 16 xilas Bəndənin tövhidi və onun Allaha münasibətinin səmimiliyi gerçəkdirsə və o, bütün zəruri şərtlərə qəlbi, dili və bədəninin başqa əzaları, ölümə yaxın olduğu halda isə, ancaq qəlbi və dili ilə riayət edirsə, bu, onun bütün keçmiş günahlarının bağışlanmasını qətiləşdirir və onu cəhənnəmdən xilas edir. Rəvayət edilir ki, bir dəfə Peyğəmbər (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) Muaz bin Cəbaldan (Allah ondan razı olsun) soruşur: "Bilirsənmi Allah Öz qullarından nə gözləyir?" O isə cavab verir ki: "Allah və Onun Rəsulu daha yaxşı bilirlər" (Peyğəmbər (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "O, qullarının təkcə Ona ibadət etməsini, Ondan başqa heç nəyə ibadət etməməsini gözləməyə haqlıdır. Bilirsənmi onlar Ondan nə gözləməlidir?" O dedi: "Allah və Onun Rəsulu daha yaxşı bilirlər" (Onda Peyğəmbər (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) buyurdu: "Allahın onlara əziyyət verməyəcəyini". əl-Buxari. Bundan başqa, Şəddad bin Aus və Ubadı bin əs-Samitin (Allah onların hər ikisindən razı olsun) sözlərindən rəvayət edirlər ki, bir dəfə Peyğəmbər (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) öz səhabələrinə buyurmuşdur: "Əllərinizi qaldırın və deyin: "Allahdan başqa ilah yoxdur". Onlar söyləyirlər ki: "Biz əllərimizi qaldırdıq bir qədər (belə saxladıq), sonra isə Allahın Rəsulu (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) öz əllərini endirib buyurdu: "Allaha həmd olsun! Ey Allah, Sən məni bu sözlərlə göndərmisən və onları dilə gətirməyi mənə əmr etmisən və mənə onlara görə cənnəti vəd etmisən, həqiqətən, Sən Öz vədini pozmursan!" Sonra isə o (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun), buyurdu: "Sevinin, çünki həqiqətən Qüdrətli və Əzəmətli Allah artıq sizi bağışlamışdır!" Əhməd. Bütün bunlar öncə yad etdiyimiz tövbəyə və xeyirxah əməllərə yüksək dərəcədə diqqət yetirilməsinin nəticəsidir, çünki Uca Allah buyurmuşdur: "Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayan və rəhm edəndir!" "əl-Furqan",70. 21. Xalis tövhid İnsan tövhid kəlməsini öz qəlbi ilə ifadə etdikdə, oradan, Uca Allahdan başqa, nə varsa uzaqlaşır, Ona qarşı isə qəlb məhəbbət, dərin ehtiram, pərəstiş hiss edir, qorxu hissi keçirir, ümid və təvəkkül edir. Bunun nəticəsində isə onun bütün günahları və xətaları, hətta say etibarı ilə dəniz köpüyü parçalarına bənzəsələr də, puç olurlar. Ola bilsin ki, bu sözlər onları xeyir əməllərə çevirər və onun Rəbbinə olan məhəbbətin nuru onun qəlbini hər cür kənar şeylərdən xilas edər. Peyğəmbər (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Allahı və Onun rəsulunu hər şeydən çox sevməyənə qədər kimsə iman gətirməz!". əl-Buxari. Peyğəmbərə (Ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) məhəbbət barədə düşüncələrə gəldikdə isə, bilmək lazımdır ki, onun mənbəyi Qüdrətli və Əzəmətli Allaha sevgidən qidalanır. Peyğəmbərimiz Məhəmmədə, Onun ailəsinə və səhabələrinə Uca Allahın salavatı və salamı olsun! |
||
![]() |
Copyright.SelefEqidesi.com, 2006 | ![]() |