Allah Bağışlayandır

Tərcüməçinin önsözü
     
     Möhtərəm oxucu!
     Əlinə aldığın bu kiçik həcmli və son dərəcə dərin mənalı kitabça Uca Allaın sonuncu rəsulu Məhəmməd Peyğəmbərin (Ona, ailəsinə və sədaqətli əshabələrinə Allahın salamı və xeyirduası olsun!) imam ən-Nəvəvi tərəfindən tərtib və şərh edilmiş «Qırx hədis» kitabının rus dilində nəşrindən (Moskva, İnfo-Yedinstvo nəşriyyatı, ikinci çap, 2001, ərəb dilindən tərcümə Vladimir Abdulla Nirşa tərəfindən yerinə yetirilmişdir) iqtibas edilərək Azərbaycan dilinə tərəfimizdən çevrilmişdir.
     Böyük və Qüdrətli Allahın bağışlama sifətinin genişliyindən bəhs edən bu şərafətli peyğəmbər hədisini müasir cəmiyyətimizin mənəvi ehtiyacı, Allahın tövhid dininə tələbatı baxımından geniş xalq kütləsinə ilk növbədə çatdırılması üçün son dərəcə vacib sayaraq, onu tərcümə etdim.
     Kəramətli hədisdə Azərbaycan insanına zəruri olan bir sıra əxlaqi normalar öz ilahi tərtibatını tapmışdır ki, onları vətəndaşlarımıza – bacı və qardaşlarımıza çatdırmağı qərara aldım. Bu normalar, ilk öncə, insana Allahı dərk etmək üçün lazım olan bəşər əxlaqi prinsipinin qaydalarıdır. Onlarsız, bu qaydaları bilmədən, daxilən mənimsəmədən iman eşqini dadmaq çox çətindir.
     Bu qaydalar hansılardır və onların əsasını təşkil edən mənbəyi haradan qidalanır?
     Sizə təqdim olunan bu kitabçanın Önsözündə qoyduğumuz suallara birbaşa və dolayısı ilə açıq-aşkar sübutlarla imam ən-Nəvəvinin şərhində cavab tapa biləcəksiniz.
     Qısaca da olsa, oxucunun diqqətinə çatdırmaq istərdim ki, bu gün müsəlman millətinə mənsub olan və müxtəlif obyektiv-subyektiv səbəblərdən mükəmməl İslam əqidəsinə yiyələnməmiş insanlarımızın mütləq əksəriyyəti dinə qayıtmaq, Allahın mərhəmətinə sığınmaq, etdiyi günahlardan uzaqlaşmağı ara-sıra düşünür və çətinliklər qarşısında qalırlar. Bu əxlaqi-psixoloji halın olması, mövcudluğu bir çox səbəblərlə əlaqələndirilir. Lakin bu qısa önsözümdə bunlardan ancaq birinə toxunmaq niyyətindəyəm və məhz buna görə həmin əsəri Ana dilimizə tərcümə etmişəm. Bu – hər bir insanın öz günahını fetişləşdirməsi, onu adlanması mümkün olmayan bir maneəyə tay tutmasıdır.
     Bəli, bu gün çətin kimsə tapılar ki, Allah qarşısında günahkar olmadığını sansın. İnsanların çoxu özlərinin tam əmin olduqları şəxsi günahları qarşısında o dərəcədə acizdirlər ki, Allahın onları bu bəd əməllərinə görə bağışlayacağına inanmırlar (yaxşı halda. Əks halda isə belələri, ümumiyyətlə ilahi qüvvəyə iman gətirmirlər).
     Önsözü çox uzatmaq və geniş şərh vermək fikrində deyiləm. Təkcə onu bildirmək istəyirəm ki, Məhəmməd Peyğəmbərin (Ona, ailəsinə və sədaqətli əshabələrinə Allahın salamı və xeyirduası olsun!) ilahi nuru ilə cilvələnmiş bu hədisinin Nəvəvi şərhində qeyd edildiyi kimi, əgər insanın günahları yerdən göyə qədər məkanı örtsəydi belə, o, səmimi qəlblə tövbə edib, Allahdan bağışlanmasını diləsəydi və Ona şərik qoşmasaydı Qüdrət və Əzəmət sahibi olan Allah istərdisə, onu bağışlar, istəməzdisə, günahlarına görə onu cəzalandırardı. Bir şərtlə ki,
     şərtlə ki, tövbədən sonra o günah əməllərinə qayıtmayaydı və Allaha şərik qoşmayaydı.
     Uca Allahın aşağıdakı ayəsi bunu qəti surətdə təsdiq edir:
     «Uca Allah demişdir: «Ey Adəm oğlu, həqiqətən, Mən, etdiklərinə (günahlarına) baxmayaraq, Mənə dua ilə ibadət edəcəyin və Mənə tapınacağın günədək səni bağışlayacağam! Ey Adəm oğlu, əgər sən səma buludlarına çatan qədər günahlar işlətsən və sonra Məndən bağışlanmanı diləsən, Mən səni bağışlayaram! Ey Adəm oğlu, həqiqətən, əgər sən, az qala bütün yeri (doldura bilən) günahlarla Mənim yanıma gəlsən və Mənimlə bərabər heç nəyə ibadət etmədən Mənlə görüşsən, Mən hökmən sənə bağışlanma əta edərəm və o (bütün günahlarını örtər)
     
     
     Ət-Tirmizi və əd-Darimi
     «Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar»
     «ən-Nisa», 48.
     Həqiqətən, Qüdrətli və Əzəmətli Allaha ibadətin nuru ilə müqayisədə günahlar olduqca əhəmiyyətsizdir.
     
     Əssalamu əleykum və rəmətullahi və bərəkatuhu!
     
     Fərahim Sələfi
Kitabın mətni