![]() |
![]() |
|
|
Bir ayədə Allahın unudmaq sözünü necə başa düşək? (Şeyx Saleh Fouzan al Fouzan) Sual: Allah Sübhanahu və Təala Cəhənnəmdə olan kafirlərə müraciət edib deyir ki: «(Onlara belə) deyiləcəkdir: 'Siz bu gününüzə qovuşacağınızı (dünyada) unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq (əbədi əzab içində buraxacağıq).» (Casiyə surəsi, 34) Başqa bir ayədə isə Uca Allah belə buyurur: «Rəbbim (heç bir şeydə) xəta etməz və (heç bir şeyi) unutmaz!'» (Taha surəsi, 52) Bu iki ayəni bir yerdə necə başa düşək? Cavab: Hər iki ayədə unutmaq sözü fərqli-fərqli mənalara gəlir. Allahın Özündən uzaq tutduğu unutqanlıq qəflət mənasında olan unutqanlıqdır və Allah bundan uzaqdır. Çünki bu sifət nöqsanlı və eyblidir. Amma Allahın «Onlar Allahı unutdular, Allah da onları unutdu.» (Tövbə surəsi, 67) ayəsindəki Allahın Özünə isbat etdiyi unutmaq sifətinin mənası aşağıdakıdır: Yəni Allah onları zəlaalətdə və Allaha qarşı çıxmaqlarında başdı-başına buraxacaq. Bu əvəz vermək yönündəndir. Onlar Allahın əmrlərini buraxıb dinini inkar edəndə, Allah da onları inadkarlıqları ilə baş-başa buraxar. Unutqanlıq sözü müştərək bir sözdür. Hər cümlədə işlədildiyi yerinə və dilçiliyə uyğun olmasına görə izah oluna bilər. Belə misalallardan «istehza edənlərlə istehza etməsi», «tələ quranlara tələ qurması» və s. Bunlar müqabil olmaq, əvəz vermək yönündəndir və əslində Allahdan olan bir ədalətdir. Şeyx Saleh Fouzan al Fouzan |
||
![]() |
Copyright.SelefEqidesi.com, 2006 | ![]() |