![]() |
![]() |
|
|
Qiyamət günündə Mizanda insanın əməlləri ölçüləcək? (Şeyx Useymin) Sual: Qiyamət günündə Mizanda insanın əməlləri ölçüləcək. Bir hədisdə isə Peyğəmbər (s.ə.s)-in Abdullah ibn Məsud (r.a)-nun ayaqları görsəndikdə «Vallahi o Mizanda Uhud dağından ağır gələcək» deməsini bir araya necə toplayaq? Cavab: Bu ya Abdullah ibn Məsud (r.a)-ya xas olan bir haldır. Ya insanların bəzilərinin əməlləri, bəzilərinin isə bədənləri Mizanda çəkiləcək. Ya da insan özü tərəzidə çəkiləcək, və əməllərinə görə ağır gələcək. Düzünü Allah bilir. Şeyx Useymin |
||
![]() |
Copyright.SelefEqidesi.com, 2006 | ![]() |