![]() |
![]() |
|
|
Allahın qulları ilə birgə olma sifətini necə başa düşək? (Şeyx Useymin) Sual: Allahın qulları ilə birgə olma sifətini necə başa düşək? Cavab:Ey hörmətli oxucu bil ki, mənim tərəfdən bəzi məclislərdə Allahın yaratdıqları ilə bərabərliyi barəsində dediklərimi özündə cəm edən tələbələrə yazdığım bir yazı var. Mən orada demişəm : «Allahın özünə məxsus, zatı ilə həqiqi məiyə sifəti (birgə olması) var, O hər şeyi elm, qüdrət, eşitmə, görmə, hökmranlığı ilə əhatə edir və O Sübhanahu yaratdıqları ilə birlikdə və ya onların olduğu yerdə olmaqdan münəzzəhdir, uzaqdır. Əksinə o zatı və sifətləri ilə ucadır və həmişə onunladır. O, ərşi üzərinə Cəlalına xas olaraq istiva edib və bu Onun birgə olmağını nəfy etmir. Çünki O, «Onun mislində heç bir şey yoxdur, O Eşidən və Görəndir» » Mən zati sözünü deməklə Allahın birgə olmasının həqiqi olmasını vurqulamaq üçün demişəm. Mən demək istəməmişəm ki, Allah Sübhanahu və Təalə yaratdıqları ilə birlikdə yerdədi, necə ola bilər ki, axı bu kitabda belə deyirəm: «Allah yaratdıqlarına qarışmasından və onların yanında olmasından uzaqdır. O zatı və sifətləri ilə Ucadır. Ucalıq Onun ayrılmayan zatı sifətlərindəndir. Mən orada həmçinin qəti olaraq demişəm ki: «Və görürük ki, kim Allahın zatı ilə hər yerdə olmasını iddia etsə o ya kafirdir, etiqad etsə zəlalətdədir, bu fikrini sələf alimləri və imamlardan birinə aid etsə yalançıdır.» Allahını yaxşı tanıyan və Onu lazımınca qiymətlərndirən heç bir insan deyə bilməz ki : «Allah yaratdıqları ilə birlikdə yerdədir». Mən bütün məclislərdə bu fikrdən söhbət gedəndə onu inkar etmişəm və etməkdəyəm. Allahdan istəyirəm ki, məni və müsəlman qardaşlarımı bu dünya və axirətdə sabit söz üzərində sabit etsin Şeyx Useymin |
||
![]() |
Copyright.SelefEqidesi.com, 2006 | ![]() |