Kafirləri lənətləmək olarmı? (Şeyx Saleh Fouzan al Fouzan)

Sual: Biz bəzən bəzi müşrikləri və ya kafirləri söyürük, onları lənətləyirik və ya onları heyvanlara oxşadırıq, bəzən onlar şirk əhlindən olurlar (Allah bizi qorusun), Allahdan başqasından istəyirlər, bəzən bunu onların ölülərinə, bəzən də dirilərinə edirik. Onların bəziləri məscidlərdə inanlara imamlıq edir, minbərlərdə xütbələr verir. Bizə bunu etməyə icazə varmı?

Cavab: Kafiri, müşriki, böyük günah işləyən fasiqi lənətləməyə gəldikdə, onları ümumi şəkildə lənətləmək olaq. Məsələn deyə bilərsən ki : «Allah zalımlara lənət eləsin» və ya «Allah kafirlərə lənət eləsin» və ya «Allah fasiqlərə lənət eləsin» və ya «Allah rüşvət yeyənlərə, yedirdənlərə, şahidlərə, bunu yazanlara lənət eləsin» amma müəyyən bir şəxsi lənətləmək və ya söymək elm əhli arasında ixtilaflı məsələlərdəndir. Səhih budur ki, icazə yoxdur. Çünki sən bilmirsən əgər lənətlədiyin adam ölüdürsə o necə sonluqla ölüb, və əgər lənətlədiyin adam diridirsə necə sonluqla öləcək

Şeyx Saleh Fouzan al Fouzan
Copyright.SelefEqidesi.com, 2006