İblis mələklərdəndirmi? (Şeyx Saleh Fouzan al Fouzan)

Sual: Uca Allah belə buyurur: «(Ya Peyğəmbər!) Biz mələklərə: 'Adəmə səcdə edin! - dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu.» (Bəqərə surəsi, 34) İblis mələklərdəndirmi?

Cavab: Bu mövzu elm əhli arasında ixtilaflı məsələdir. Allahın zahiri istinasına görə o mələklərdəndir. Uca Allah belə buyurur: «Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdi; Yalnız İblisdən başqa! O (səcdə etməyə) təkəbbür göstərdi» (Sad surəsi, 73-74) Bundan sorna onda Allaha itaət etməyə qarşı təkəbbürlül yarandı, Allah onu cəzalandırdı və ona lənət etdi. Bu fikir zəif fikirdir.
      Səhih budur ki, o mələklərdən deyildi. Çünki Uca Allah belə buyurur: «başqa hamısı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi. O öz Rəbbinin əmrindən çıxdı» (Kəhf surəsi, 50) Səhih budur ki, o mələkrədən deyil, çünki mələklər hədisdə gəldiyi kimi nurdan yaranıblar, amma şeytan isə alovdan. Bir ayədə şeytanın belə dediyi göstərilir: «Sən məni oddan, onu isə palçıqdan yaratdın!' - dedi.» (Əl Əraf surəsi, 12)

Şeyx Saleh Fouzan al Fouzan
Copyright.SelefEqidesi.com, 2006