![]() |
![]() |
|
|
Bir müsəlman, fasiqlərdən olmaqdan neçə çəkinməlidir? (Şeyx Saleh Fouzan al Fouzan) Sual: Quranda və Sünnədə «fisq» və «fasiqlər» bir neçə dəfə zikr olunur. Bunlardan biri də «Lakin Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, itaətdən çıxmağa və (Allaha) asi olmağa qarşı sizdə nifrət oyatmışdır.» (Hucurat surəsi, 7)-dir. «Fisq» nə deməkdir? Bir müsəlman, fasiqlərdən olmaqdan neçə çəkinməlidir? Cavab: Uca Allah «Lakin Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, itaətdən çıxmağa və (Allaha) asi olmağa qarşı sizdə nifrət oyatmışdır.» (Hucurat surəsi, 7) bu ayədə asiliyin 3 növünü göstərir. İnsanı İslam millətindən çıxaran asilik – küfr, insanı İslam millətindən çıxarmayıb zahiri imanı azaldan zina, oğurluq, içki və başqa böyük günahları edən asilik – fisq (onu edən fasiq adlanır) Fisq insanı Allahın itaətindən çıxması mənasına gəlir. Sonra kəbairdən (böyük günahlardan) olmayan, fasiqliyə gətirib çıxarmayan balaca günahlar zikr olunur… Allah Sübhahanu və Təala iman əhlinə bu 3 növ asilik barəsində xəbər verir və onlara itaət və yaxınlaşma növlərini sevdirir Şeyx Saleh Fouzan al Fouzan |
||
![]() |
Copyright.SelefEqidesi.com, 2006 | ![]() |